Страницы

23.08.2014

Xantı-Mansı tayfasının həyat tərzi

Bildiyiniz kimi Rusiya Federasiyası Dövlətinin inzibati ərazi vahidi çox nəhəng bir sahəni əhatə edir. Şimal əraziləri əvvəllər tamamilə unudulmuş bir məkan olub. Ölkənin Şimalında həddindən artıq soyuq hava iqlimi, oksigenin otuz faiz çatışmadığı, ərazinin çox hissəsinin bataqlıq və meşə zolağı ilə əhatə olunsa da, ucsuz bucaqsız səhrası da insanın diqqətini sonu görünməyən, duman içinə çəkir. Bu da ondan irəli gəlir ki, bu soyuqlu-dumanlı sonsuzluqda insan nəfəsinin hərarəti duyulur. Buralarda mənfi altımış dərəcə soyuqda tarixlər boyu məskən salan çox maraqlı bir bir xalq mövcuddur. Bu insanlara baxanda adamı heyrət və təəccüb bürüyür. Onların heyrətli olması bundadır ki, zahirən çox gözəl, arıq, boyu bir metrdən hündür olmayan insanlardır. Demək olar ki, onlar digər xalqların on-on iki yaşlı uşaqlarına bənzəyirlər. Onlar bir tayfa olaraq, qəbilə halında, bir yerdə qidalanır, hər nəsil bir çadırda yaşamaqla birgə ömür sürürlər. Bu tayfanın adı XANTI-MANSI adlanır.

Şimal torpaqları onların doğma mülkləri olduğundan, o soyuq, bataqlıqlar əhatəsində yaşamaqdan da zövq alırlar. Rusiya hökuməti arxioloji kəşfiyyat işləri aparıb, məlum olur ki, o ərazilərdə zəngin NEFT ehtiyyatları mövcuddur. Bu səbəbdən, hökumət orda qazıntı işləri aparmağa start verib. İşçi axını artdıqca, evlər tikilir, şəhər salınır, sözügedən bölgə bu tayfanın adı ilə bağlı, Xantı-Mansı Muxtar Vilayəti.
Bu qeyri-adi, maraqlı tayfa, digər insanlarla çox müstəsna hallarda ünsiyyət qururlar. Qəribə dilləri olmaqla, öz ana dillərində mahnı oxuyur, toy şənliyi də keçirirlər. Təzə evlənən gənc ailəyə maral dərisindən tikdikləri çadırdan pay verirlər.
O soyuq buzlaqlarda bu millət, maral dərisindən tikdikləri çadırlarda yaşamağa üstünlük verirlər. Mabədi olaraq, bizim talış gənclərindən onlara yaxın isti münasibət bəsləməklə onlarla dostluq əlaqəsi quranlar da var.
Əslən Masallı rayonunun Sığdaşd kəndindən olan Balaş Cəfərovun onlarla çox mehriban dostluq əlaqəsi qurmasına bütün şəhər əhli heyran qalıb.
Bu barədə uzun-uzadı yazıb, sizi yormaq istəmirəm. Bəzi əsas məqamları diqqətinizə çatdırmaqla, bildirirəm ki, biz insanların ulu əcdadı ADƏM (ə) peyqəmbər olmasına heç kimdə şübhə olmasın. Biz insanıq, gəlin insan kimi yaşayaq, bir-birimizi sevərək ömür sürək. Çünki ALLAH da insanı sevir. Gəlin insani sevgimizi öz aramızda paylaşaq.
Bu tayfanın əsas qazanc mənbəyi heyvandarlıq təsərrüfatıdır. Onlar çoxlu sayda Maral saxlayırlar. Maralların sayından da çox it saxlayırlar. Onların məkanına təkbaşına getmək qeyri mümkündür, itlər adamı paran-parça etməsində şübhə yeri də yoxdur.
Həftənin bazar günləri maral kəsib, ətini şəhərə gətirib, satandan sonra bazarlıqların edib, mahnı oxuya-oxuya şəhərdən çıxıb, məkanlarına gedirlər. Onların şəhərə gəlişi uşaqları daha çox sevindirir. Uşaqlar özləri boyda bığlı-saqqallı, gözəl-göyçək adamları görəndə, heyrətlərini də gizlədə bilmirlər. Çoxlu sayda saxladıqları itləri xizəklərə bağlayıb, nəqliyyat vasitəsi kimi, həm də özlərinin və marallarının mühafizəsi məqsədilə istifadə edirlər.
Rusiya hökuməti bu tayfanın adı ilə bağlı böyük bir Muxtar Vilayət yaratmaqla onlara yüksək imtiyazlar da təyin etmişdir. Bu insanlar Rusiya hökumətinin heç bir işinə qarışmırlar. Onlar hökumətin pasportunu da daşımamaqla heç vətəndaşlıqları da yoxdur. Amma iş burasındadır ki, hökumət onların hər birini mənzillə, istədikləri imtiyazları da verməklə növbədən kənar maşın da pulsuz verir. İstədikləri paltarı da istənilən dükandan pulsuz götürürlər. Dərman və dərman pereparatlarını da pulsuz alırlar. Hökumətin xüsusi qərarı ilə kim onlarla ailə qurursa, həmin ailəyə də eyni imtiyazlar şamil olunur. Onlara şəhərdə verilən mənzillərdə bütün lazım olan ev əşyaları olsa da, nədənsə bu insanlar o evlərdə yaşamaqdan imtina edir, özlərinin uzaq məkanlarında əlləri ilə maral dərisindən tikdikləri çadırlarda yaşamağa üstünlük verirlər.
Kriminallaşmış Azərbaycan hakimiyyətindən fərqli olaraq, onların yeni doğulan uşaqlarına da hər cür imtiyazlar, hətta Rusiya vətəndaşları ilə müqayisədə belə bir sıra üstünlüklər verilmişdir.
Xantı-Mansılar kəsdikləri maral ətini, ovladıqları balığı çiy yeyərlər. Bəlkə bu səbəbdəndir ki, onların ömrü çox qısadır. Otuz beş-qırx yaşlarına çatanda həyatla vidalaşırlar. Ona görə də Rusiya hökuməti bütün vasitələrdən istifadə edir ki, bu millətin kökü kəsilməsin.
Yeri gəlmişkən, həmyerlimiz Balaş Cəfərovun dostları şəhərə bazarlığa gələndə, onun maral ət payını da gətirər, bişmiş yeməyindən dadar, geri gayıdarlar. Demək olar ki, bir çoxları tədricən ətin bişmiş formada yeməsinə üstünlük verməyə başlayıb.
Məsələnin maraqlı tərəflərdən biri isə ortada əlacsız qalan Azərbaycandan gedən bəzi gənclər bir tərəfdən Rusiya vətəndaşlığını almaq, digər tərəfdən yerli xalqa verilən imtiyazlardan bəhrələnmək üçün onların qızları ilə nigah bağlayıb, ailə həyatı qururlar.

Mətləb DADAŞOV,   Bakı-Xantı-Mansiyski-Bakı           talish.org

Комментариев нет:

Отправить комментарий