Страницы

19.08.2014

Erməni qadının Zeynəb Xanlarova şikayəti

Ermənistanın Noyenberyan rayonunda bir qadın Polis İdarəsinə şikayət edib. 

“Qafqazinfo” xəbər verir ki, qadın  polisə  müraciətində deyib ki, qonşu  blokda  yaşayan  ailə  müntəzəm  olaraq  yüksək  səslə  Azərbaycan  mahnıları oxutdurur və bundan narahatdır. Şikayətlə  əlaqədar polis əməkdaşları hadisə  yerinə  göndərilir. Polislərin  araşdırması  zamanı  məlum  olur  ki, mahnılar  əsasən Azərbaycanın xalq artisti  Zeynəb Xanlarovanın  ifa  etdiyi Azərbaycan  xalq  mahnılarıdır. Ailə  başçısı  Azərbaycan xalq  mahnılarının  vurğunu  olduğu  üçün  həmin  mahnıları  Gürcüstanın Sadaxlı  bazarından  əldə etdiyini bildirir. Mahnıları  ən  çox  dinləyən  isə, hələ  uşaq  vaxtından  mərkəzi  sinir  sisteminin  pozulması  nəticəsində  iflic  xəstəliyindən əziyyət  çəkən 21  yaşlı  gənc olur. Polislər  heç  bir  tədbir  görmədən  evi  tərk  edirlər.

Комментариев нет:

Отправить комментарий