Страницы

04.08.2014

İcra başçısının müavini Akif Quliyev şəhid məclisinə niyə hörmətsizlik etməlidir?!

Vüsal Hətəmov

Sumqayıtdakı yüksək çinli məmurlar, deyəsən, özlərini ölkə prezidentinin gözlərindən uzaq bilir. Və məsələ o yerə çatıb ki, hətta ən həssas məclis hesab edilən, şəhidin yas məclisinidə, məmur rəftarına sığışmayan hərbə-zorbalıq həddi-hüdudu aşıb. Dünən "Stansiya Sumqayıt" qəsəbəsində şəhid məclisində bir ruhani çıxış edir, ictimaiyyətdə , marşurutlarda, telekanllarda şəhidlərlə bağlı isti məlumatların olmamasından nigaran olduğunu bildirir. Elə bu zaman Sumqayıt İcra Başçısının müavini Akif Quliyev qalxır ayağa: "a, bala, a bala, mövzudan kənara çıxma. Çıxanda söhbət edərik, nə lazımsa mən sənə çatdıraram" Və otura-otura davam edir:"Səni göndərərəm cəbhəyə dolğun məlumat alarsan..." Və davamlı təhdidlər... Təbii ki, Sumqayıt şəhərində öz yumşaq əxlaqı ilə tanınan ilahiyyatçı Bəhruz Əlizadə baş üstə deyib, dua edərək sözünə dua ilə xitam verir.

Nə isə, Şəhid məclisi əməlli-başlı qanqaraçılığa çevrilir. Mən məclisdən çıxıb gedəndən sonra isə, sən demə, həngamə qopubmuş. Gözünə döndüyüm Akif müəllim əməlli-başlı ruhanilərin üstünə düşüb ki, mən onu dama basdıracğaam. Məclis iştirakçılarından mənə verilən məlumata görə, şəhidin atası deyib ki, heç bir narahatçılıq ola bilməz. Kimsə mənim qonağımı həbs etdirə bilməz. Onu da bildirim ki, təhdid edilən ilahiyyatçı Bəhruz Əlizadə ANS telekanalında "Adam içində" verilişinin vaxtaşırı ilahiyyatçı ekspertidir.
Bir daha səslənirəm : Cənab Eldar Əzizov, İcra müavinlərinə izah edin ki, SƏNGƏR müqəddəs yerdir, Məscid qədər. Ora kimlərisə qorxudub göndərmək düzgün məsələ deyil. Bir qədər danışıqlarını ictimaiyyət arasında korrektə etsinlər. Niyə siz fikirləşirsiniz ki, cəbhəyə ancaq "naruşenniklər getməlidir?
Əslində, bu məsələyə göz yummaq da olardı. Amma anlaşılmayan bəzi məsələlər var. Görəsən, bu Akif Quliyev nə vəzifənin sahibidir ki, istədiyini dama badırır, istədiyini hərbi xidmətə göndərir?

birlik.az

Комментариев нет:

Отправить комментарий