Страницы

09.08.2014

İŞİD-ə valideyn silləsi

Devran Abdullah

Amerika İŞİD-in hansısa anbarına, konvoyuna hava zərbəsi endirib. Nəticədə 7 işid terrorçusu ölüb. Bu hücumu elə təqdir etdilər ki, elə bildim nəsə böyük bir şey olacaq. Amma, ortada olan uşağın poposuna vurulan valideyn silləsinə bənzəyir. Hətta İraq ordusu bir hücumda 40-60 işidçini öldürür, amerikanlar isə 7-nə qıya biliblər. Sual yaranır ki, nə üçün Amerika təlim keçdiyi İŞİD-çilərə valideyn silləsi vurdu? 
Aşağıdakı səbbələrə görə:
1. İŞİD Bağdada hücum etməli olduğu halda Ərbilə doğru getdi;
2. İŞİD qeyri müsəlman azlıqları- yezidiləri və xristianları soyqırıma məruz qoymaqla həddini aşdı (müsəlmanları, məsələn, şiələri öldürəndə Amerika buna göz yumurdu, çünki islamdaxili müharibə yaratmaq İŞİD üçün hazırlanan missiya idi);

3. Amerika ictimai rəydə özü barədə səssiz qalmadı, nəsə etdi kimi fikirlərin yayılmasına zəmin yaratmaq üçün valideyn silləsini işə saldı;
Bütün bunlarla bərabər Obama bildirib ki, İŞİD-lə müharibə etmək niyyətində deyil, Maliki Obamanın sözünə baxsa, ona da "hərbi yardım" da edə bilər. Ümumiyyətlə isə deyim ki, İŞİD-i də Səddam Hüseyn və Talibanın aqibəti gözləyir. Amerika vaxtilə Səddam Hüseyni hakimiyyətə gətirmişdi, sonra devirdi. Vaxtilə İŞİD kimi Talibanı da yetişdirmişdi. Sonra hakimiyyətdən qovaraq dağlarda didərgin saldı. Amma, İŞİD-in missiyası bitmədiyindən hələ ki, valideyn silləsi ilə onu yolunu azmaqdan saxlayırlar.

Комментариев нет:

Отправить комментарий