Страницы

09.09.2014

Demək, yaşayıram mən

Elnur Rəsuloğlu (Əliyev)

Əgər bir gözələ könlümü verib
Sevirəmsə, demək, yaşayıram mən.
Ürəyimin mənə dediyi yerə
Gedirəmsə, demək, yaşayıram mən.

Bəsdir yaşadığım mütilər kimi!
İtirsəm, itirrəm, söylə nəyimi?
Axı mən insanam! İstədiyimi
Edirəmsə, demək, yaşayıram mən.

Çox ağac əkmişəm dostluq bağında.
Dostluq etməmişəm pul marağında.
Dostun köməyinə dar ayağında
Yetirəmsə, demək, yaşayıram mən.

Комментариев нет:

Отправить комментарий