Страницы

10.09.2014

Ey seyyidimiz, ey mövlamız, dua elə bizlər üçün!

Qasımbala Səfərov

Allahın adı ilə!
Cənabını xəstəxanada, xəstə yatağında gördükdə həqiqətən gözlərim doldu. Sosial şəbəkədə bir nəfər "heç bilməzdim onu xəstəxana yatağında görmək bu qədər halımı korlayacaq" yazdı. Həqiqətən də belədir. Biz cənab Seyyid Əli Xameneini daim ayaq üstə görmüşük, inşəAllah bundan sonra da onu ayaq üstə görəcəyik.
Əlbəttə, "ayaq üstə" ibarəsində məqsəd qiyam halındadır, o daim zalım və şər qüvvələr əleyhinə qiyam halındadır. Fəqət buna görə də olsa Allah onu bu ümmətə çox görməz. 
Cənab Xamenei barəsində ötənlərdə maraqlı bir məlumata rast gəlmişdim. Prezident və Tehranın imam cüməsi olduğu və cümə günü moizə əsnasında suyi-qəsdə məruz qalan və partlayış səbəbiylə sağ qolunun qüdrətini itirən seyyidə təklif ediblər və əlinin təbii halına dönməsinin çox qısa müddət ərzində mümkünlüyünü deyiblər. Amma cavab bu olub ki, ölkədə bütün xəstələr sağalsın, sonda bu əl. 
Onun əli Kərbəladan, Həzrət Abbasdan bir təbərrükdür. Allah onu bu ümmət üçün saxladı. Amma belə bir cavaba malik olan şəxsin bu gün cərrahiyyə əməliyyatına razı olması, cənabın özünü deyil, xalqı düşünməsinin açıq bir göstəricisidir. O, şəxsi mənafeyindən keçməyi bacarır, amma ümmətə lazımlı olduğu üçün ümmətin xeyrini öz xeyrindən üstün tutur.
Həqiqətən Ayətullah Xamenei (Allah hifz eləsin) müsəlman dünyası üçün bir nemətdir və Allahın zalımların murdar sifətinə çəkdiyi sillədir. İstər elmi olsun, istərsə də ayıq-sayıqlığı, dövlət və hökümət işlərində bacarığı, müsəlman dünyasının hər zaman köməyi olub.
Yeganə şəxsdir ki, çəkinmədən şər qüvvələrin əleyhinə olan bütün işlərdə zəhmətinin olmasını açıqca elan etmişdir. 
İslam adına bir inqilab təşkil etmək nə qədər çətindirsə, bu inqilabı çiyinlərində daşımaq bəlkə ondan da məşəqqətlidir. Bu məşəqqətli anlarda isə o, İslam inqilabını müdafiyə etməklə başlayıb fəaliyyətə. Prezidentliyi dövründə də, sadiqliyi və Əli (ə) aşiqliyi ilə yaddaşlarda qalıb. Və artıq iyirmi beş ildir ki, bu inqilabən ağır yükünü çiyinlərində daşıyır.
İmam Zamana (ə.f) müraciətlə dediyi sözlər isə hər zamanda yaddaşlardadır. "Ey Seyyidimiz, ey Mövlamız, dua elə bizlər üçün."
Bu günlər İmam Rza (ə) ağanın mövlud günləridir. Allah-Təala İmam Rza (ə) ağaya xatir ağanı bizlərə bağışlasın. Amin!

Комментариев нет:

Отправить комментарий