Страницы

23.10.2014

Azərbaycanın Stalini

QISA ARAYIŞ: Ədalət İdris oğlu Abdinov - 16 oktyabr 1958-ci ildə Masallı rayonunun Bədəlan kəndində anadan olmuşdur. 1985-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Üniversitetini fərqlənmə diplomu ilə bitirmişdir. Uzun müddət Azərbaycan Kommunist Partiyasının müxtəlif mətbuat orqanlarında çalışmışdır. Marksizm-leninizm ideologiyasına həsr olunmuş xeyli sayda məqalənin müəllifidir. 30 mart 2014-cü ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ideoloji məsələlər üzrə katibi seçilmişdir.

Ədalət Abdinov Azərbaycanın çağdaş kommunist hərəkatında mütərəqqi təsir gücünə malik şəxslərdən biridir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ideoloji məsələlər üzrə katibi kimi dərin zəka, iti fəhm, analitik və innovativ düşüncə tərzi, sistemli analiz qabiliyyəti, prinsipiallıq və qətiyyət nümayiş etdirir. Bu unikal şəxsi keyfiyyətlərin daşıyıcısı olan Ədalət Abdinov harada  çıxış etməsindən və mövqe bildirməsindən asılı olmayaraq, tərəflər üzərində ilkin üstünlüyünü təmin etməyi bacarır.

Problemə sistemli və ardıcıl yanaşma tərzi, səlis və məntiqli ifadə üslubu, auditoriya ilə işləmək və onu ələ almaq  qabiliyyəti və nəhayət, ecazkar cəzbetmə potensialı və bənzərsiz xarizması ilə  Ədalət Abdinov ən qatı siyasi opponentlərini də “tərksilah” etməyə müyəssər ola bilir. Bu keyfiyyətlərinə görə kommunist yoldaşları onu çox vaxt  “Azərbaycanın Stalini” adlandırırlar. Həmfikirliləri onu bu adla müraciət etməsinin əsas səbəblərində biri də odur ki,Ədalət Abdinov stalinsevərlərin öz dahi  lideri İosif Vissarionoviç Stalinin xatirəsinə ehtiramını ifadə etmək arzu və istəyi, Stalin siyasi məfkurəsinin həmişəyaşar səciyyəsini əks etdirmək zərurəti, Stalinin  möhkəmləndirdiyi sovet dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılamaq məqsədi ilə Azərbaycan Stalinçilər Birliyinin əsasını qoymuşdur. Və bu təşkilat İ.Stalin irsinin öyrənilməsi və əsil həqiqətin xalqa çatdırılmasında çox faydalı işlər görür.
Ədalət Abdinov üçün kommunizm ideyasından kommunist baxışları, kommunist baxışlarından kommunist düşüncələri, kommunist düşüncələrindən  kommunist təfəkkürü, kommunist təfəkküründən kommunist əqidəsi, kommunist əqidəsindən kommunist əxlaqı formalaşır. Buna görə də siyasətin əxlaqla əlaqəsi yoxdur – deyənlərin fikirlərini rədd edir. Özü bu barədə deyir: -  “Sion müdriklərinin protokolları” adlı bir sənəd var. Onun birinci  protokolunda yazılır: “Siyasətin əxlaqla əlaqəsi yoxdur. Əxlaqi dəyərlərə sadiq qalan siyasətçi uğur qazana, tutduğu mövqeyini qoruya bilməz. Yaxşı siyasətçinin böyük xəyalları və inandırmaq qabiliyyəti olmalıdır. Dürüstlük və səmimiyyət kimi dəyərlər siyasətdə zəiflik hesab olunur, bu dəyərlər siyasətçiyə ən güclü düşmənindən də daha çox zərər verə bilər. Bu dəyərlər yəhudi olmayanların işinə yaraya bilər, amma ölkəni idarə etmək üçün kifayət deyil”. Əslində bu, burjuaziyanın əxlaq və düzlü kodeksidir ki, bunun özü də tam əxlaqsızlıqdır.
Sovet dönəmində də, indi də kommunizm haqqında çox danışırlar, - Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Ədalət Abdinov deyir. - Dünyada faşizm 1934-1945-ci illərdə Almaniyada, rasizm 1945-1980-cı illərdə ABŞ-da, Cənubi Afrika Respublikasında, Rodeziyada olub. Amma kommunizm bir cəmiyyət kimi hələ heç bir ölkədə tam formalaşmayıb. Ona görə də kommunizm barədə bəzilərin düçüncələri ilə razılaşmıram. Məlumat üçün: XVIII  əsrin ortalarından XIX əsrin ortalarınadək, təəcüblü də olsa kommunizm cəmiyyətinin o dövr üçün mini-kiçik miqyasada formaları (Şeyker cəmiyyətləri) ABŞ-nın bir cox ştatlarında mövcud olub. Amma bu bütün ABŞ-ı əhatə etməyib. Əgər bu gün Amerika demokratiyasından danaşılırsa, ilk növbədə bu demokratiyanın bazasının ABŞ-da Şeyker cəmiyyətlərində (o dövr üçün mini-kiçik miqyaslı kommunizm cəmiyyətlərində) müvcud olmuş sosial-iqtisadi münasibətlərindən formalaşması qeyd edilməlidir. Amerikalılar bu gün malik olduqları demokratiya üçün Amerika demokrariyasının təməlini qoymuş Şeyker cəmiyyətlərindəki demokratik, humanist, münasibətlərə minnətdardırlar. 
Şeyker cəmiyyətlərində cəmiyyətin üzvlərinin davranış qaydalarını 
İnsanlar arasında qarşılıqlı hörmət və hümanist münasibətləri; 
Bütün cəmiyyətlərin zəhmətkeşləri arasında həmrəylik;   
Milli-etnik, irqçilik zəmində kinə yol verilməməsi;   
Cəmiyyətdə ictimai maraqların pozulmasına dözümsüzlük, cəmiyyət üzvlərinin öhdəliyinin ali olması şüuru;
Cəmiyyətin rifahı naminə əmək;   
Yoldaşlıq və kollektivçilik həmrəyliyi: bir nəfər hamı üçün, hamı bir nəfər üçün;
Cəmiyyətin əmlakının qorunması və artırılması hər kəsin qayğısıdır;   
İctimai və şəxsi həyatda təvazökarlıq və sadəlik, saf əxlaq;  
Ailədə qarşılıqlı hörmət, uşaqların tərbiyəsi qayğısına qalmaq kimi əxlaq normaları təşkil edib. Bax, bunları öyrənmək lazımdır, təəssüf ki, bu günün gəncləri az mütaliə edirlər. Beynəlmiləl tarixi keçmişimizdən demək olar ki, tam məlumatsızdılar. Bu isə son nəticədə düzgün olmayan fikirlər formalaşdırır...
1977-ci ildən Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Proqram nə Nizamnaməsini qəbul edən və ona bu günə qədər sədaqətli olan Ədalət Abdinovun Azərbaycan Sovet Sosialist Respublikasının süquta uğradığı təxminən son 25 il barədəki fikirləri isə belə oldu: 
“Milli iradənin təmsilçisi sayılan millət vəkilliyi pulla satılan, seçim imkanları saxtalaşdırılan, bayrağı neft şirkətində işləyən hansısa ingilis tərəfindən tapdalanan, torpağının 20 faizi işğal altında olduğu halda Milli Qəhrəman ünvanı hərraca çıxarılan, ordusu müəmmalı əsgər ölümləriylə çalxalanan, şəhid ailəsinin, pensiyaçısının dilənçi payı qədər az təqaüdü mənimsənən, korrupsiyanın, rüşvətin tüğyan etdiyi ölkənin hansı dövlət müstəqilliyindən danışılır, anlaya bilmirəm”.
1989-cu ildən başlayaraq keçən 25 illik dövrü Azərbaycanda Sol və Kommunist hərakatında nizamsızlıq, qərarsızlıq, qətiyətsizlik dövrü hesab etmək olar, – deyə Ədalət Abdinov təssüflə bildirdi. - Gecə-gündüz mətbuat və TV-də boş araba kimi səs-küy salan istedadsız, cılız, heç bir siyasi mədəniyyəti və çox vaxt da elementar savadı, hətta ağlı  olmayan vulqar fərdlər kommunist hərəkatında “at oynadırlar”. Burjua hakimiyyətinin məqsədli şəkildə yaratdığı şəraitdən məharətlə istifadə edən belələri kommunist partiyası adı ilə kiçik qruplar, özfəaliyyət dərnəkləri yaradıblar. Bunların arasında elə vələduzuna var ki, abır-həya gözləmədən hətta  Rusiya kommunistlərinə özünü Azərbaycan kommunistlərinin “lideri” kimi təqdim edir. Azərbaycan Kommunist Partiyası Ədliyyə Nazirliyində qeydiyyatda olan, Proqramı və Nizamnaəsi Ədliyyə Nazirliyində təsdiq edilmiş, Nəzmnaməsinə uyğun olaraq fəaliyyət göstərən siyasi partiyadır. Nizamnaməyə əsasən partiyanın Mərkəzi Komitəsi təsisatı var. Mərkəzi Komitə demokratik mərkəziyyət prinsipi əsasında təşkil edilmiş kolleqial idarəedici orqandır. 
Mərkəzi Komitə plenumlar arası partiya işinin təşkili və idarəolunması məqsədilə Mərkəzi Komitə Katiblərini seçir, - Ədalət Abdinov məsələyə daha ətraflı aydınlıq gətirdi. - Mərkəzi Komitə Katibləri onlara həvalə edilmiş istiqamətlər üzrə fəaliyyət aparırlar. Mərkəzi Komitə Katibliyinin kolleqial işinin təşkili və tənzimlənməsi məqsədi ilə, Nizamnaməyə əsasən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsi təsis edilib. Mərkəzi Komitənin birinci katibi partiya işinin təşkili ilə yanaşı, katiblərin fəaliyyətinin tənzimlənməsi funksiyasını da yerinə yetirir. Azərbaycan Kommunist Partiyasının Nizamnaməsində partiyanın “sədri” vəzifəsi təsisatı yoxdur. Belə ki, idarəçilikdə “sədr” vəzifəsi “kolxoz-kooperatif” inzibati idarəçilik üsulu olaraq daha çox biznes idarəçiliyi, o cümlədən siyasi biznes idarəçiliyi kateqoriyasıdır. Hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatda olan Azərbaycan Kommunist Partiyasının “sədri” vəzifəsi olmadığından, özünü kimlərəsə, o cümlədən kütləvi informasiya vasitələrinə “sədr” kimi, hətta özünü təvazökarlıqdan uzaq olaraq  Azərbaycan Kommunistlərin "lideri" kimi təqdim edən işbazların Ədliyyə Nazirliyində qeydiyyatda olan Azərbaycan Kommunist Partiyasına heç bir aidiyyətı yoxdur.
Sosializm özünü doğrultmuş və bundan sonra da doğruldacaqdır – Ədalət Abdinov deyir – Baxın, Çin faktoru sosialiszmin güclənib inkişaf edib, müasir texnologiyayla yanaşı xarici kapitalizmlə rəqabətə girib hətta işçi qüvvəsini və münbit iqtisadi Infrastrukturası xarici kapitalı cəzbedici təsirə gətirə bilir. Çin öz məhsullarının alıcılıq qabiliyyətini ən zəif inkişaf etmiş ölkədən ən yüksək inkişaf etmiş ölkələrə qədər yaya, daşıya, reallaşdıra bilirsə, deməli sosializmin bu variantı real model olaraq və yeriyə bilən, inkişaf gətirən davamlı bir forma olması movcud faktdır. Təsadüfi deyildir ki, Amerika kimi super dövlət özü belə Çin kimi sosiaalizm ölkəsinə 15 trliyondan yuxarı borcu vardır. Dahi alimlər Lütvi Zadə və Rafiq Əliyev  yeni iqtisadi nəzəriyyələriylə sübut etmişlər ki, məhz ən ədalətli yeriyən model sosializm iqtisadi modeldir ki, yer kürəsi əhalisini bərabər qaydada iqtisadi və sosial cəhətdən təmin edə bilər. Marksizm cəmiyyətlə bağlı elm sistemidir. Bu sistemin əsasını dialektika, cəmiyyətin ədalətli quruluşu və iqtisadi inkişafı təlimləri təşkil edir. Biz kommunistlərin baxışlarının, düşüncə tərzinin, cəmiyyətdə baş verən prosessləri dərk edə bilmə idrakının əsasını marksizm elm sistemi təşkil edir...
Kommunist olaraq məni narahat edən məsələlərdən biri də odur ki,- deyə Ədalət Abdinov bildirdi: -  Hazırda Azərbaycanda təbilğ olunan  millətçi sosializm ideologiyası pərdəsi altında ötən XVIII-ci əsrin ortalarından başlayaraq ABŞ-da, Avropa və Asiya ölkələrində təşəkkül tapmış və sonradan bəşəriyyət tərəfindən cinayətkar elan olunmuş faşizm ideologiyası əsasında fəaliyyət göstərən partiyaların, cəmiyyətlərin, o cümlədən keçmiş alman millətçi sosial-demokrat (faşist) partiyasının cinayətkar rəhbərləri “qəhrəman” kimi təbliğ olunurlar.
Bu gün Azərbaycanda özlərini millətçi, sosialist, demokrat, liberal və sairə pafoslu ifadələrlə adlandıran  heç bir partiya – siyasi cəmiyyət üzvlərinin Əxlaq Kodeksi mövcud deyil. – Ədalət Abdinov deyir:- Biz kommunistlər hesab edirik ki, bu gün Azərbaycanda fəaliyyət göstərən və yenicə fəaliyyətə başlamaq istəyən siyasi partiyalar – cəmiyyətlər ilk növbədə özlərinin Əxlaq Kodekslərini ölkə ictimayyətinə təqdim etməlidirlər.Azərbaycan Kommunistləri onların baxışlarına, təfəkkürünə, əqidəsinə və əxlaqına uyğun olan partiyalarla – siyasi cəmiyyətlərlə birgə fəaliyyət göstərməyə hazırdırlar.
Sadə, səmimi, mehriban, ən başlıcası isə kommunist əqidəsini heç vaxt dəyişməyən və bütün varlığı ilə ona sadiq qalan Ədalət Abdinovun 56 yaşı tamam olur. Əziz Ədalət müəllim, doğum gününüz münasibətilə ürəkdən gələn səmimi təbriklərimi qəbul edin! Sizə ən xoş arzularımı bildirir, möhkəm, cansağlığı, xoşbəxtlik, fəaliyyətinizdə uğurlar, hər bir təşəbbüsünüzdə səmərəli nəticələr arzulayıram. Bir daha bu xoş fürsətdən istifadə edərək Sizə səadət, marksizm – leninizm ideyalarının gerçəklənməsi  naminə bütün təşəbbüslərinizdə, niyyət və istəklərinizdə uğurlar diləyirəm!

Rafiq Ağayev,
Azərbaycan Respublikası Daxili İşlər Nazirinin sabiq müavini, Daxili Qoşunların keçmiş birinci komandanı, general-mayor

Комментариев нет:

Отправить комментарий