Страницы

07.10.2014

Mən sənin əsgərinəm, Putin!

Vladimir Vladimiroviç Putin. 1952-ci ildə Sankt-Peterburq (Leninqrad) şəhərində anadan olmuşdur.
1998-99-cu illlərdə Rusiya Federal Təhlükəsizlik Xidmətin (FSB) rəhbəri olmuş, 2000-2008 və 2012-ci 7 mayından təkrar Rusiya Federasiyasının Prezidentidir. 
Bu gün Vladimir Vladimiroviçin ad günüdür. Dahi şəxsiyyətin 62 yaşı tamam olur.
Putin tarixin yetirdiyi ən nadir şəxsiyyətdir. Belə şəxsiyyətlər hər 100 ildən bir deyil, deyərdim ki bəlkə 100 min ildən bir dogulur.
Putinə olan sevgi məndə Suriyaya Qərb tərəfindən qəddər müdaxilədən sonra yarandı.
Bu insan sona qədər Suriyanın yanında olacagına, oraya hər gür maddi, mənəvi və hərbi dəstək verəcəyini bildirdi. Bundan qlobal güclər qorxuya düşdü. Və Putin Suriyadan başlanacaq 3-cü dünya müharibəsinin qarşısını aldı. Müharibənin acıları cox agır olur.
Putin Rusiyada ən populyar insandır. Son sorgularda əhalinin 86,7% hissəsi ona güvəniyini və etibar etdiyini bildirmişdir.
Rusiya Qərbin niyyətlərini bilir. O bilir ki, Qərb həmişə onun torpaqlarıının iddiasında olub. Qərb 100 ildən Rusiyaya hucum edib. İstər 1812, istər 2-ci dünya müharibəsi, istər soyuq müharibə olsun. Lakin hər dəfə Ruisyanın bayragı Parisdə, Berlində dalgalanıb. Bu dəfə isə Qərbin sonu olacaq. Bir çoxları kimi mən də buna inanıram.
Mən özümü tanıdığım gündən Rusiyanı müdafiə etmişəm. Rusiyanın yanında olmuşam. Ən az ona görə ki, 4milyon həmyerlimiz Rusiyada yaşayır. Onların Azərbaycanımıza və xalqımızın dolanışıgına cox müsbət təsiri var. Bizə həmişə çörək və dolanışıq Rusiyadan gəlib, tərifli Türkiyə və İsraildən yox! Bizim tariximiz, mədəniyyətimiz və təhsilimiz Rusiya ilə baglıdır. Bütün müsbət cəhətlərimiz Rusiyadan gəlib. Bu gün Rusiyanı söyən müxalifətçilər belə əyinlərinə geydikləri kostyuma görə, yazıb oxuya bildiklərinə görə məhz Rusiyaya borcludurlar.
Putinin ən yüksək cəhətlərindən biri də müsəlmanlara həm daxildə, həm də xarıcdə dəstək verməsidir.
Putin hakimiyyətə gəldikədən sonra müsəlman ölkələri ilə xüsusi proqram hazırlanmasını vacib etdi.
Fələstinin müstəqilliyi, Qəzzaya hər il milyonlarla rubl humanıtar yardım edilməsi bunun sübutudur. İsrailin müxtəlif vaxtlarda Qəzzaya açdıgı soyqırım müharibəsi hər zaman Rusiyanın qınagına çevrilmiş və dəfərlə bu barədə xəbərdarlıq edilmişdir. Bu gün Qəzzada Rusiyaya məxsus telekanallar və müxtəlif Rusiya bankları fəaliyyət göstərir.
Bəzi Rusiya düşmənləri Putinin Ceçen-İnquş Respublikasında apardıgı əməliiyatlardan danışır. Halbuki onlarözləri belə vəhabizmə qarşı sonsuz nifrətlərini bildirirlər. Bəs Putin nə etməli idi, imkan verməli idi Çeçenistanda vəhabizm taunu qələbə çalsın!! Onlar unudurlar ki, Rusiya Suriya xalqının başına min cür oyun açan, Qərb və ərəb ölkələrinin, o cümlədən terror yuvası olan Türkiyənin hərbi yardım etdiyi vəhhabilərin əlindən çeçen xalqını qurtardı. Bu bəla Çeçenistanda qələbə çala bilmədi. Xalq Rusiyanın tərkibində səmimi və sülh şəraitində yaşamagı üstün tutdu. Bu gün Çeçenistan dünyanın ən gözəl ölkələrindən bir hesab olunur. Dünyanın ən gözəl və böyük məscidi də Putinin təşəbbüsü ilə Qroznıda tikilmişdir.
Putinin hakimiyyəti dövründə Rusiyanın bütün müsəlman yaşayan şəhər və qəsəbələrində məscid və mədrəsələr tiikilmişdir. Bu gün Rusiyada məscidlərin sayı kilsə və sinaqoqlardan 10 dəfələrlə çoxdur.
Hətta həbsxanalarda müsəlman düstaqlar üçün kiçik məscidlər tikilmişdir.
Putin çıxışlarının birində dedi: "Biz provaslavlar İslama cox yaxınıq, nəinki katoliklərə". Bəli Putin dünyanın sonunu bilir. O bilir ki, sonda Şərin və Xeyirin böyük döyüşü olacaq. O bilir ki, Qiyamətə yaxın müsəlmanlar və provoslavlar qədim kitabların inancına görə Dəccala- Qərb İmperializminə qarşı eyni səngərdə vuruşacaqlar. Cünki hər ikisi sonuncu Xilaskarı gözləyir. Biz Həzrəti Mehdini, provaslavlar isə Həzrəti İsanı.
Bütün Avrasiya tərəfdarları adından Vladimir Vladimiroviçi təbrik edir, ona can sağlığı, dəmir əsəblər və Stalin əzmkarlığı arzulayıram.

Vüqar Məmmədov

Комментариев нет:

Отправить комментарий