Страницы

05.11.2014

Azərbaycanlı fəallar Moskvadakı aksiyada


4 noyabr Rusiyada Xalq Birliyi Günüdür. Bu il həmin gün Moskvada "Biz birik" adlı kütləvi bayram yürüşü keçirilmişdir. Həmin aksiyada 75 minə yaxın adam iştirak etmişdir. Yürüşdə Rusiyanın əsas dörd parlament partiyalarının təmsilçiləri, regionlardan olan nümayəndələr, ictimai sektordan olan gənc aktivistlərlə yanaşı yanaşı azərbaycanlı fəallar da iştirak etmişlər.
Xalq kütlələləri Puşkin meydanında toplamış, saat 14.00-da isə Tver küçəsi ilə Kreml istiqamətində hərəkətə başlamışlar. Aksiya iştirakçıları "Biz birik", "Biz çoxuq, Vətən bir", "Putin, biz səninləyik!", "Harda bizik, ora da Rusiyadır!" şüarları ilə irəliləyərək, Rusiyanın dövlət siyasətini dəstəklədiklərini bəyan etmişlər. Yürüşün sonunda Rusiya Xalq Cəbhəsinin üzvü, "Opora Rossii" təşkilatının prezidenti Aleksandr Breçalovun açıq elan etdiyi mitinq keçirilmişdir. Mitinqdə SSRİ xalq artisti İosif Kobzon, iki dəfə SSRİ qəhrəmanı, kosmonavt Aleksey Leonov kimi tanınmış şəxsiyyətlər çıxış etmişlər. Mitinqin sonunda təntənəli bayram konserti keçirilmişdir.
Tədbir Rusiyada yaşayan bütün millətlərin nümayəndələri və milli ictimai təşkilatların üzvləri, o cümlədən azərbaycanlı fəalların geniş iştirakı ilə yadda qalmışdır. Aksiyada AzərRosun prezidenti Asif Məhərrəmov, Talış Dirçəliş Təşkilatının sədri İsmayıl Şabanov, Avrasiya Hərəkatı - Azərbaycan təşkilatının Moskva nümayəndəliyinin rəhbəri Qoşqar Əhmədov və digər tanınmış simalar iştirak etmişlər.







Комментариев нет:

Отправить комментарий