Страницы

06.11.2014

Elşad Miriyə deyin ki...

Mahir Şəkərov

Elşad Miriyə deyin ki, bizi yoxdan var edən Allahdır və biz ona qayıdacağıq və etdiklərimizə görə ona cavab verəcəyik. (Bəqərə sürəsi 28)
Elşad Miriyə deyin ki, Allah yanında haqq din İslamdır.(Ali-İmran sürəsi 19)
Elşad Miriyə deyin ki, sonuncu peyğəmbərimizin adı Hz Muhəmmədir. (s) O peyğəmbərlərin ən üstünü və sonuncusudur. (Əhzab sürəsi 40)
Elşad Miriyə deyin ki, Allah Rəsulunun (s) onun da fikirləşdiyi kimi namazı heç vaxt qəza olmayıb. (Əhzab sürəsi 21)
Elşad Miriyə deyin ki, Allah Rəsulu (s) bizim kimi adi insan deyildir.Məgər insan təkcə zahirdən ibarətdir? (Nəcm sürəsi, 3-4-6-8-9-10-13-17)
Elşad Miriyə deyin ki, peyğəmbərə qarşı ədəbsizlik etməsin. (Hucurat sürəsi 1-2)
Elşad Miriyə deyin ki, "Əbəsə" sürəsinin 1-2-3 -cü ayələrinin təfsirini açıq gözlə,bəsirətlə və təəssübkeşlik etmədən, bir daha yenidən, diqqətlə oxusun və peyğəmbərə (s) iftira atmasın. (Ali -İmran sürəsi 7)

Elşad Miriyə deyin ki, Allah Rəsulunun (s) mübarək adını çəkərkən, o həzrətə hörmət əlaməti olaraq, adından sonra salavat çəkməyi unutmasın. (Əhzab sürəsi 56)
Elşad Miriyə deyin ki, Zərrə qədər şəkki olmasın ki, Hz Muhəmməd (s) Allah tərəfindən göndərilmiş peyğəmbərlərdəndir. (Fəth sürəsi 29)
Elşad Miriyə deyin ki, öz çirkin sözləri ilə Allah Rəsulunun (s) mübarək qəlbini incitməsin. Çünki, kim o həzrəti incitsə, Allah da onun üçün böyük bir əzab hazırlayar. (Ənfal sürəsi 8)
Elşad Miriyə deyin ki, Allaha iman gətirdim demək, hələ qəlbdə imanın olması demək deyil. (Hucurat sürəsi 14)
Elşad Miriyə deyin ki, Məhərrəmlik adında bir ay var ki, imam Hüseyn (ə) 72 əshabı ilə bu ayda şəhid olmuşdur.Buna görə bu ayın hörmətini saxlamaq lazımdır.(Tövbə sürəsi 36)
Elşad Miriyə deyin ki, hansı dindən, hansı məzhəbdən,hansı əqidənin daşıyıcısı olursa olsun, bunu bilsin ki, başqalarının müqəddəs bildiklərini təhqir və istehza etmək olmaz.Əgər Qurandan xəbəri varsa, onda yaxşı bilir ki, hətta kafirlərin də Allah yerinə qoyduqları bütlərini söymək və təhqir etmək də haramdır. (Ənam sürəsi 108)
Elşad Miriyə deyin ki, İmam Hüseynə (ə) məhəbbət,elə Allaha və Onun peyğəmbərinə (s) məhəbbət deməkdir. (Şura sürəsi 23, Ali-İmran sürəsi 31)
Elşad Miriyə deyin ki, İmam Hüseyn (ə)-ın əziz xatirəsini hər il yad etmək, şiələrin yox Allahın istəyidir.(Həcc sürəsi 32)
Məgər İmam Hüseyn (ə) ilahi şüarları diriltmək üçün, canını, malını, övladlarını Allah yolunda fəda etmədimi? 
Elşad Miriyə deyin ki,əzadarlıq mərasimləri əhli sünnə tərəfindən də geniş şəkildə qeyd olunub. Özünü ilahiyyatçı adlandırıb gecə gündüz,İslam libasına bürünərək, öz daxilindəki kin və küdürətini İslam, müsəlman adıyla beyinlərə yeritmək istəyən, Harun Yəhya kimi, əxlaqsız və şəhvətpərəstləri özünə müəllim hesab edən, Elşad Miriyə deyin ki, az, əhli sünnə adı ilə şiələrin müqəddəs hesab etdikləri şəxs və şüarları təhqir etsin.Şəxsi fikirlərini öz adı ilə desin, əgər bacarırsa... 
Yoxsa başqasının kölgəsinə sığınaraq, nə gəldi danışmaq, ora-bura yazmaq, xüsusəndə təhqir etmək, İslam aliminə yaraşmaz. Elə deyilmi Elşad Miri?
Əks təqdirdə Quranın da buyurduğu kimi alim yox, kitab yüklü eşşək, (Cümə sürəsi 5), və ya susuz və yorğun bir it (Əraf sürəsi 176) mislində olar insan...
Elşad Miriyə deyin ki, əhli sünnə alimləri Şafei,Hənəfi, həmçinin digər əhli sünnə alimləri Xacə Əbu Mənsur Maşad, Xacə Əli Qəzvini Hənəfi, Əbu Mənsur Ümdəddin Şafei, Xacə Əşəri Hənəfi, Qazi Hənəfi hər il İmam Hüseyn (ə) üçün əzadarlıq keçirən alimlərdən olublar.Maliki məzhəbinin banisi olan Ənəs ibn Malik məgər İmam Hüseyn (ə) üçün ağlayıb,göz yaşı tökənlərdən deyildi? (Mənbələr: Yənaibul-Məvəddə, səh. 389; İbn Həcər, Səvaiqul-muhriqə, səh. 198; Tarixun-nihayə, səh. 69.)
Nə üçün bilə-bilə bu həqiqətləri gizlədirsən? Məgər bilmirsən ki, ilahi həqiqətləri gizlədənləri hansı acı aqibət gözləyir? (Bəqərə sürəsi 159)
Elşad Miriyə deyin ki, hətta xristian keşişi də, İmam Hüseyn (ə) kimi bir rəhbərlərinin olmasını arzulayırlar. O keşiş deyir: "Əgər İmam Hüseyn bizə aid olsaydı, hər yerdə onun adına və bir bayraq və minarə ucaldardıq və camaatı xristianlığa dəvət edərdik. (Məsihi keşiş, Antonio Bara)
Amma sən Elşad Miri, İmam Hüseynə (ə) bir keşiş qədər də sevgi və hörmətin yoxdur.
Elşad Miriyə deyin ki, İslam peyğəmbəri (s) haqqında mütaliə etməmiş, araşdırmamış saqqallı uşaq kimi harda nə gəldi yazmasın.Axı insanın bədən üzvləri buna görə məsuldur. (İsra sürəsi 36)
Elşad Miriyə deyin ki, Məhərrəmlik ayı başlayıb. Yenə də əlinə fotoaparat alıb, İmam Hüseynə əzadarlıq edən camaatın,özüdə qadınların içərisinə daxil olaraq, icazəsiz və gizlin
şəkildə, məhrəm-naməhrəm demədən onların şəklini çəksin. Elşad Miri nə üçün zorla, qadınların içərisinə daxil olaraq, qadınlara toxuna-toxuna, onların şəklini çəkməyə çalışırsan? Sən hansı məzhəbə,hansı əqidəyə qulluq edirsən? Çox güman ki, bu cəsarəti hocam-hocam dediyin, qadınlarla min bir oyundan çıxan,hocan Harun Yəhyanın "əxlaq" dərslərindən almısan (Video link: http://www.youtube.com/watch?v=aPF9iiGPYAE&feature=youtube_gdata_player)
(Şura sürəsi 30)
Elşad Miriyə deyin ki, hocam-hocam deyib dilindən düşürmədiyi, əxlaqsızlıqda ad çıxarmış,telekanallarda qadınlarla min bir oyundan çıxan, açıq-saçıq mankenlər ilə haram musiqilər altında rəqs edən, Harun Yəhya kimi tanınan, Adnan Oktarın müəllifi belə olmadığı kitablarının tərcüməsi ilə məşğul olsun. (Əhzab sürəsi 26, Bəqərə sürəsi 14-15-16)
Elşad Miriyə deyin ki, danışanda, yazanda fikrini dəlil və subutlarla əsaslandırsın. (Bəqərə 111)
Və sonda Elşad Miriyə deyin ki, bu ayəni mütləq və mütləq oxusun və əməl etsin.
"...Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır."
(Maidə sürəsi 8)

Комментариев нет:

Отправить комментарий