Страницы

30.11.2014

Bəsdir!

Vüqar Məmmədov

ABŞ-ın Missuri ştatının Ferqyuson şəhərində olan iğtişaşlarla baglı xəbərləri saytlar, televiziyalar və digər KİV məlumat vermir. Versə də, qısa və konkret danışıb keçirlər. Bax, burda pişiyin quyrugu görünməyə başlayır.
Başa düşüləndi.
Üzümü bizim "gülmə-şəkər" müxalifətə tuturam. Mənim dotlugumda müxalifət üzvləri çoxdur. Heç də mənim "gülmə-şəkər" sözümdən inciməsinlər. Adətən belə vəziyyətə bu sözü işlədirlər bizim xalqda.
Müxalifət nədən susur bura çatanda?
Fikir versəz görərsiz ki, Şimali Koreya, Rusiya, Venesuela, İran və s. antiqlobalist dövlətlərdə bu və ya buna oxşar kiçik bir iğtişaşlar baş verən kimi müxalifətin qələmi işə düşür, gecə-gündüz qollarını çırmayıb yazırlar. Dişləri ilə, dırmaqları ilə yazırlar, yorulanda da qələmi ötürürlər ayaq barmaqlarına! Dayanmadan yazırlar, məsələni şişirdib böyük bir bəlaya çevirirlər, dünyanın axırıdır kimi bəzəyib-düzəyirlər. İnsan azadlığı yoxdu, diktatura çoxdu, insanları sürüdürlər, monqol dilində məktəb açmırlar, Rusiya dagaljax, Nemtsov bizim adamdır, Obama elə müsəlmandı və sair və iliaxır bu xüsusda.
Qardaşım! İnsan hər yerdə insandır. ABŞ-da da, Rusiyada da, İranda da. İnsan ABŞ-da döyüləndə yaxşıdır, Rusiyada döyüləndə pis? Necə olur ki, Rusiyanın Sibirində 5 dənə dılğır çukça çıxıb hökümətə etiraz edəndə onlara burdan dəstək verirsən, amma ABŞ-da onlarla adamı güllələyib, 100 nəfəri həbsxanaya basanda agzına su alıb oturursan? Xəbərin yoxmuş kimi göstərirsən. Özünü siyasətçı hesab edirsənsə dünyanın hər bir bölgəsindən xəbər verməlisən.
Maddi maraq çox şeyi üstələyir. Hətta vətən, torpaq, şərəf və ləyaqəti. Nə yazıqlar ki, KİV-lərimiz keçib qeyrəti haqda anekdotlar danışılanların əlinə. Ürəyi istədikləri kimi şotlayırlar gedir. Bunların Rusiyadan xoşu gəlmir deyə, hamı gecə-gündüz bunların kanallarından Rusiya haqda bəd xəbərlərə qulaq asmalıdır. Bunların ABŞ-dan xoşu gəlir deyə, hamı gecə-gündüz Cenifer Lopezin dalına baxmalıdır, ya da Arkanzas bələdiyyəsinin suya düşmüş küçüyü necə xilas etməsinə. Halbuki həmin Arkanzasda 100 minlərlə evsiz adam var, çürüyüb gedir.
Bəsdir xalqı 80-90 cı illərdan barmagınıza doladınız! Bəsdir xalqın ogullarını tankların altına atıb məsələlərə istədiyiniz kimi don geydirdiniz! Bəsdir satqıncasına gizli düşmənlərlə təmasa girib onların layihələrini başımızda sınaqdan keçirdiniz! Bəsdir Rusiya və İran kimi qonşularmızla bizi düşmən saldınız! Bəsdir okeanın o üzündən bicləri gətirib Bakıda ofis yiyəsi etdiniz! Bəsdir Azərbaycan xalqının başına 20 il kəndir salıb saga-sola sürüdünüz! Bəsdir tələbələri mitinqə, aksiyaya göndərib, öz övladlarınızı ABŞ və Kanadaya istirahətə göndərdiniz. Bəsdir! Artıq iç üzünüz görünür, maskanız cırılıb. Xalq sizə inanmır.
Vaxtınıza az qalıb. Hökumət qayıdır. Haqq ordusu gəlir!

Комментариев нет:

Отправить комментарий