Страницы

15.11.2014

İmarət Cəlilqızı - GURULTU (esse)


Bu gün bərkdən düşünəcəm. Acığa!..Lap bərkdən düşünəcəm.
Bu gün üzümə baxanlar dik atılacaq yerindən. Bəziləri qulaqlarını tutacaq, bəziləri çaşqınlıqdan əli ilə ağzını qapayacaq, kimisi sanki çılpaqmış kimi qollarına bürünmək istəyəcək, kimisi təlaşla ətrafına boylanıb "qamış"ı axtaracaq...
(Bəziləri də dərindən nəfəs alacaq və gülümsəyib göz vuracaq mənə. Və əl uzadıb sanki düymə axtaracaqlar ki, bursunlar, bir az da bərkdən düşünüm...)
...Bərkdən düşünəcəm bu gün...
Gücüm yetdiyi qədər bərkdən...Gözlərinizi yumun...

Комментариев нет:

Отправить комментарий