Страницы

15.11.2014

Saməddin Sami - Nəyi gözəldi?

Ağlıma gəlməyən başıma gəldi,
Ayrılıq həsrəti qəlbimi dəldi.
Çoxları deyir ki dünya gözəldi,
De: harası gözəldi, nəyi gözəldi!?

Vaxtsız əcəl öz havasın çalırsa,
Bir cavan ömrünu nakam alırsa,
Bir quru nişanə məzar qalırsa,
De: harası gözəldi, nəyi gözəldi!?

Xoş baxır üzünə naqis insanın,
Quzu tək mələdir şirin, aslanın.
Astarı üzündən baha dünyanın,
De: harası gözəldi, nəyi gözəldi.


Bizlər hədəf, dünya özü oxdu, ox,.
Dərdi, qəmi sevincindən çoxdu, çox.
Bir halda ki etibarı yoxdu, yox,
De: harası gözəldi, nəyi gözəldi!?

Her şeyi əfsanə, yalan dünyanın,
Sevgisi özündə qalan dünyanın,
Əlimdən anamı alan dünyanın,
De: harası gözəldi, nəyi gözəldi!?

Комментариев нет:

Отправить комментарий