Страницы

01.11.2014

İranda edam cəzası əslində necə icra edilir?

Bir neçə gün bundan öncə İranda Reyhanə adlı qatil bir xanımın asılması dünya və ölkə mediasının əsas gündəm mövzularından birinə çevrilmişdi. Təbii ki, növbəti dəfə Qərb və Amerikanın əlində olan dünyanın media gücü, İran Təhlükəsizlik Xidmətinin əməkdaşını öldürən bir canini günahsız və məsum bir xanım kimi insanlara sırımağa nail oldular. Necə ki, bir neçə il bundan öncə 37 nəfər 10 yaşlı qız uşaqlarını qaçıraraq təcavüz edən və sonradan öldürərək yandıran bir dəstə cani edam edilərkən, sözügedən media orqanları İranda siyasi fəalların asıldığını elan etdilər. Təbii ki, İranla bağlı bu tip halların baş verməsinin səbəbi, islam ölkəsinin 35 ildən çoxdur Qərbin və ABŞ-ın qarşısında əyilməməsidir.
Eyni halda başqa vaxtlar qadın və kişi hüquqlarının bərabər olduğunu iddia edənlər, qadının ölüm cəzasını məhkum edilməsini qadın haqlarının tapdalanması kimi təqdim edirlər. Halbuki hər hansı bir kişi Reyhanənin törətdiyi cinayəti etsəydi, ona da ölüm hökmü çıxarılacaqdır.

İndi isə Reyhanə adlı xanımın 7 ildir davam edən məhkəmə çəkişməsi və onun niyə görə ölüm hökmün məhkum edilməsinin səbəblərini araşdıraq.
Sözügedən cinayət işi və məhkəmə çəkişmələri artıq 7 ildən çoxdur ki, davam edir. Cinayət işi ilə bağlı həyata keçirilən məhkəmə prosesi bir neçə dəfə ictimaiyyət üçün açıq elan edilib. Reyhanə məhkəmədə dəfələrlə törətdiyi cinayəti jurnalistlər qarşısında etiraf etmiş və bu etiraf TV-lərdə, digər media orqanlarında işıqlandırılmışdı.
Reyhanənin törətdiyi cinayət əslində nədən ibarət idi? Deməli Reyhanə 19 yaşında olarkən "Şeyxi" adlı xarici casus şəbəkənin üzvü tərəfindən öldürdüyü və ETTELAT-ın əməkdaşı olan Doktor Sərbəndinin xəstəxanasına daxili arxitekt və dizayner kimi işə düzəldilir. Məqsəd isə Doktor Şərbəndinin həyatına son qoymaq olur.
İş günlərindən birində Reyhanə Doktor Şərbəndinin içdiyi meyvə şirəsinə yuxu dərmanı tökür. Şirəni içdikdən sonra namaza başlayan doktor, Reyhanənin bıçaq zərbəsi ilə arxadan vurularaq ödürülür. Reyhanə həbs edildikdən sonra, bir müddət klinika rəhbərinin onu təcavüz etdiyi iddiası ilə çıxış edərək, özünü müdafiə üçün belə bir cinayət törətdiyini iddia edir. Beləliklə bir neçə il xarici casus şəbəkəsindən onu göndərən şəxsin adını vermir. O, vaxta qədər ki, ona işi tapşıran şəxs İrandan qaçır. Reyhanə yalnız bundan sonra həmin casusun kod adını deyir.
İlkin olaraq həyata keçirilən 4 məhkəmə prosesindən sonra Reyhanə qatil və öldürülən şəxs isə tamamilə günahsız sayılır və onun barəsində edam hökmü çıxarılır.
Eyni halda məsələni daha dəqiq araşdırmaq üçün xakerlərə müraciət olunur. Onlar Reyhanənin bütün elektron məktublarını taparaq istintaqa təqdim edirlər. Qətldən bir gün əvvəl yazılan axırıncı məktubu oxumaq kifayət edir. Həmin məktubda Reyhanə rəfiqəsinə “onu sabah öldürəcəyəm” deyə mesaj yazır. Rəfiqəsi də bunu məhkəmədə sonradan etiraf edir.
Bəs edam hökmü İranda hansı hallarda icra edilir? Edam hökmü İranda qan sahibinin (öldürülən şəxsin yaxınları) ixtiyarında olan bir məsələdir. Qan sahibi əgər hər hansı bir qatili bağışlayarsa, o zaman yalnız məhkum barəsində hökumətin verdiyi cəza tətbiq olunur ki, bu da əksər hallarda cinayətkarın azadlığa buraxılması ilə nəticələnir. 
Doktor Şərbəndinin ailəsinin Reyhanəni əfv etməsi üçün qanuna əsasən hökumət edam cəzasının müddətini 2 ilə qədər uzatdı. Bir çox insanlar və hətta tanınmış insanlar belə qatilin bağışlanması üçün qətlə yetirilən şəxsin ailəsindən xahiş etsələr də ailəsi razılıq vermədi. İran qanunlarına görə, insan haqqı hətta Allahın da əlində deyil və insan insana zülm edirsə onu ancaq zülm görən bağışlaya bilər.
Məhkəmənin insanları tərəfindən onların sahib olduğu haqları ilə qərar verməyə ixtiyarı yoxdur. Bu məsələ eyni halda İslam dininin insan haqları konsepsiyası ilə bağlı bir prinsipdir.

Xəyal Şükür                       azadxeber.az

Комментариев нет:

Отправить комментарий