Страницы

01.11.2014

ŞEYX ƏBDÜL ƏZİM BADKUBEYİ

İslamın görkəmli, savadlı alimlərini yada salmağın və onların hədəflərini gələcək nəsillərə tanıtdırmağın müasir dövrdə yaşayan insanlara çoxlu faydası olacağına ümidvarıq. Belə alimlər dünyasını dəyişsə də, heç vaxt unudulmur. Onların qoyub getdiyi elm xalqındır.

 Ayətullah Şeyx Əbdül Əzim Badkubeyi öz zəmanəsinin fəqihlərindən, şiə müctehidlərindən və öz məntəqəsinin böyük mərcəyi-təqlidlərindən biri olub. Ali səviyyədə üsul və fiqh dərslərini Nəcəfi-Əşrəfdə sona yetirib. Uzun illər boyu müxtəlif elmləri öyrənmiş və tədris etmiş, çoxlu tələbə yetişdirib. Ali elmi məqama çatdıqdan sonra Bakıya qayıdır, islam hökmlərini təbliğ edərək camaatı düzgün yola dəvət edir və bu yolda çoxlu çətinliklərlə qarşılaşır. Nəhayət 1902-ci ildə Bakıda dünyadan köçür.

Mənbə: Faiq Vəli oğlu

Комментариев нет:

Отправить комментарий