Страницы

19.11.2014

İŞİD və vəhhabilik haqqında

Heç kimdən gizli deyil ki, İŞİD sələfi əqidəsindəndir. Amma Azərbaycandakı bəzi sələfilər İŞİD terror qruplaşmasının üzvlərini sələfi-vəhhabi deyil, xəvaric adlandırırlar. Hətta onları təkfirçi adlandıran vəhhabilər də var. Bu da təbii məsələdir ki, iz itirmək üçün irəli sürülmüş aldadıcı fikirlərdir. Bütün bunlar da eyni zamanda İŞİD-ə getmək üçün yollar açır desək, bəlkə də yanılmarıq. Dəfələrlə şahidi olmuşuq ki, vəhhabi olan birisi özünün vəhhabi olduğunu inkar edib. Elə məhz İŞİD kimi. İŞİD-çilər də özlərinə müsəlman, həqiqi əhli-sünnə olduğunu deyirlər. Amma dünyada amansız zülmlər etməklə, qanlı faciələr törətməklə, baş kəsməklə məşğuldurlar. Bəs, görəsən, onlar kimlərdir, onlara qarşı hansı mübarizələri etmək lazımdır və bu iş kimlərin boynuna düşür?
Bu suallara cavab tapmaq üçün tanınmış ilahiyyatçı Hacı Şahin Həsənli ilə əlaqə saxladıq. H.Ş.Həsənli məsələ ilə bağlı islamazeri.az-a açıqlamasında bildirib ki, vəhhabi təriqəti bütün dünyada var.
Amma onların din ilə heç bir əlaqəsi yoxdur: “Mən belə düşünürəm ki, bütün bunlar hamısı söz oyunlarıdır. Yəni, "vəhhabi təriqəti yoxdur" fikri ictimai fikri azdırmaq üçün işlənir. Vəhhabi təriqəti var, onların da ardıcılları bütün dünyada var. Vəhhabilik radikal bir cərəyandır. Bəziləri də öz üzərindən məsuliyyəti atmaq üçün özlərini vəhhabiliyə mənsub olmadığını bildirirlər. Özlərini başqa adlarla tanıtdırırlar. Amma mahiyyət baxımından bunlar hamısı eynidir.Müxtəlif adlar altında fəaliyyət göstərmələrinə baxmayaraq, onlar hamısı eyni fikrdə, eyni əqidədə, eyni düşünücədədirlər”.
H. Ş. Həsənli qeyd edib ki, İŞİD ümumiyyətlə bəşəriyyətin üz qarasıdır. Onun sözlərinə görə, bu cür dırnaq arası fədakarlığı cihad adlandırmaq yanlışdır: “Cihad adı altında körpələrin başını kəsmək, günahsız insanları qətlə yetirmək bəşəriyyət üçün böyük təhlükədir. Amma Azərbaycana gəlincə isə, bizim ölkədə vəhhabiliyin ciddi sosial dayağı yoxdur. Hər halda bunu əsas götürüb, arxayınlaşmaq da olmaz. Düzdür, Azərbaycan xalqı radikal düşüncələrə meyilli deyil. Bu xalqın artıq əsrlərdir ki, formalaşmış dini ənənələri var. Azərbaycanda tarixən iki böyük məzhəb olub: Şiə və sünni. Bu iki məzhəb bir-birilə tolerantlıqdan da üstün qardaşlıq münasibətlərində olublar. Bu, bir reallıqdır. Bunu hamı etiraf edir. Amma vəhhabi və bu kimi digər cərəyanlar həmin o balansı pozmağa cəhd göstərirlər. Onlar məzhəblər arasında qarşıdurma yaratmaq istiqamətində fəaliyyət göstərirlər. Kimlərisə gözdən salmaq kimi planlara yönəlmiş addımlar atırlar. Onların məqsədi həmişə dağıdıcı olub.Amma hüquq-muhafizə orqanları tərəfindən həmişə vaxtında ciddi addımlar atılıb”.
Hacı Şahin bildirib ki,   bu cür radikal cərəyanlarla  mübarizə aparmaq üçün əsasən qanunların gücündən istifadə etmək lazımdır, ilahiyyatçının fikirlərinə görə,  eyni zamanda bununla kifayətlənməyib, həm də maarifləndirici işlər aparmaq lazımdır: “Bu maarifləndirci işlər həm kütləvi informasiya vasitələrində, həm elmi tədbirlərdə, həm də məscidlərdə aparılmalıdır. Bu cərəyanların mahiyyəti insanlara açıqlanmalıdır. Çünki radikallıq o yerdə çiçəklənir ki, orada dini bilgilər çox zəif olur. Radikal düşüncələr də elmi əsası olmayan düşüncələrdi və bu düşüncələrin təsirinə də yalnız savadsız insalar düşür. Ona  görə də, dini müasir dövrün tələblərinə uyğun şəkildə çatdırmaq üçün dini xadimlərin sayının artırılmasına ehtiyac var. Təbii ki, maarifləndirici işlərlə bu cərəyanların qarşısı alına bilər”.

islamazeri.az

Комментариев нет:

Отправить комментарий