Страницы

26.11.2014

Məmməd Həbib - Sizə səslənirəm

Alnımda düşüncə, gözlərimdə qəm,
Kimə nəql eyləyim hekayətimi?
Fəqət ki, bir nəfər tapa bilmirəm
Aparsın yuxarı şikayətimi!

Elə mən burdayam, tək də deyiləm,
Alıb ətrafımı yazıq kiçiklər!
Çarə edəcəkmi görən deyirəm
Bizim dərdimizə şanlı böyüklər?

Sizə səslənirəm, səs verin mənə!
Haraya hay verin, səsə səs verin!
Havası çatmayan haqq istəyənə
Yaşasın da deyə siz nəfəs verin!

Zaman ilməsində kədər daşları
Mərdana şəxsləri qocalda bilir!
Vətən yüksəltmir ki, vətəndaşları!
Vətəndaş Vətəni ucalda bilir!

Комментариев нет:

Отправить комментарий