Страницы

26.11.2014

Namik Haşimzadə - Qoya son nöqtəni...

Qoya son nöqtəni çün aləmi-imkanə ölüm,
Ulu həqdən yazılıb cümleyi-insanə ölüm.

Onu əsla unudub dövrana aldanmayasan,
əvvəl-axır qonacaq üstünə pərvanə, ölüm.

Nə vara-dövlətə, nə sərvətə bel bağlama gəl,
Məgər allandımı gör mülkü Süleymanə ölüm?

Ölümün sirrini kim tapdı ki, bir sən tapasan?
Vermədi sirrini heç hikməti-Loğmanə ölüm.

Gördülər öldü dönüb insana insan dedilər,
Onu mənus eliyən çünki, o Cananə ölüm.

Ey bəndə çatdı əcəl sən də ölüb getməlisən,
Sanmaki çoxdu uzaq, sənlədi yan-yanə ölüm.

Комментариев нет:

Отправить комментарий