Страницы

05.11.2014

Paylaşın hamı görsün!

Söz verdiyim kimi sizə öz təcrübəmdən yazacam. İki övladım var, 7 yaşlı oğluma pampers geydirməmişəm, indi 3 aylıq qızımı da eyni üsulla böyüdürəm. Pampersi alıb içinin sintetika hissəsini kəsib atıram, pambıq adı ilə satırlar, amma heç bir pampersin içi pambıq deyil. İçliyi çıxarandan sonra üz qabığını 72 faizli sabunla yuyuram və qurudub içinə istədiyim materialda steril parçanı qoyub uşağa bağlayıram. Üz qabıq sadə su keçirməz materialdır və uşağın dərisinə nüfuz etmir. Kəsib atdığım sintetik hissəyə isə sidiyi yaxşı hopdurmaq üçün tolyen, ksilen və dipenten adlı maddələr yeridirlər, bu isə həm sonsuzluq, həm də xərçəng xəstəliyinə səbəb olur. Parça qoyulanda bədən hansı temperarturdadırsa əski də o temperaturda qalır. Nə soyuq olub qızlarda uşaqlıq yolunun soyuqlamasına səbəb olmur, nə də isti olub oğlanlarda xayalıqların bədən temperaturundan isti olmasına səbəb olmur. Bildiyiniz kimi oğlanlarda xayalıqlar bədən temperaturundan daha soyuq olmalıdır. Təqdim etdiyim üsul bu iki şərtə də uyğundur. Əskini körpənin qidalanmasına uyğun olaraq 1-2 saatdan bir dəyişə bilərsiniz. Oğluma 1 il bu vasitə ilə baxdım, 1 yaşından sonra yalnız gecələr əski qoyurdum, gündüzlər sadəcə paltarda olurdu. İndi 1-ci sinfə gedir və tamamilə sağlamdır. Mən də pampers bağlayıb rahat ola bilərdim, əski yuyub ütüləməyə vaxt sərf etməzdim, amma heç bir şey balalarımın sağlamlığından daha dəyərli deyil. Unutmayın ki, sizin uşağınızın sağlamlığını sizdən başqa heç kim düşünmür. İndi seçim sizindir.

Комментариев нет:

Отправить комментарий