Страницы

25.12.2014

İlqar İrantürkü - Axirətdə

İstəmirəm bu dünyanın naz-nemətin
məni min cür nemət gözlər axirətdə,
tullamışam bu dünyanın var-dövlətin
məni şani şöhrət gözlər axirətdə.

İçməmişəm, içmərəm mən bu arağı,
növbənöv içkiləri, şampan şərabı.
tutmuşam orucu, qılmışam namazı,
məni şirin şərbət gözlər axirətdə.

Fani dünyanın süni gözəllərinə
neynirəm baxam boyalı gözlərinə?
zinadan uzaq olmuşam mən həmişə
məni huri mələk gözlər axirətdə.


Mömin gərək çəkə dünyanın əzabın,
ibadətlə keçirə bütün həyatın.
din üçün ağlaya tökə göz yaşların
məni yaxşı gülmək gözlər axirətdə.

Şair, bu bizə peyğəmbərdən söhbətdir
dünya evi ancaq kafirə cənnətdir.
möminlərə isə zindan və zülmətdir, 
məni gözəl cənnət gözlər axirətdə.

Комментариев нет:

Отправить комментарий