Страницы

25.12.2014

KAMAL AZƏR - HİSLƏR DANIŞANDA

Mənə qələm verin, gecə şeir yazacam
Gecədən, səssizlikdən...
Mürəkkəb qurtarsa da öz qanımla yazacam.
Sevgidən, sənsizlikdən..
Kağız da yoxdur artıq, divarlara yazıram.
Bu hislərin əlindən... 
getmək də olmur artıq.
Qaçmaq olmur diyardan
Insanların ahından, kor olmuş bu zamandan
Getmək də olmur heç.
Baş götürüb qaçmaq, uzaqlaşmaq hər şeydən
Boş boş hislərdən, anlamsız sevgilərdən...
Qaçmaq da olmur zamanın həvəssiz gərdişindən. 

Bacarmadım getməyi, hələ də mən sizinləyəm
Getmədim... hələ də səninləyəm...

Imkansız arzuların keşiyində, sənsiz həyatın ağuşunda
Bir yunus olub göylərə uçmaq,
Ya da sənsiz olub ölümə qaçmaq..
Deyilmi tək qismətim?
Ya da bir damla olub közərməyən od üstə
Yağış kimi rəqs etmək, ona meydan oxumaq
Deyilmi tək bacarığım?
Ya da hər gecə səni düşünüb yatmaq, 
Bəlkə yuxuma girər deyə, görmək umidiylə
Ümidsiz xəyal qurmaq... Deyilmi tək amalım?

Bağışla. Bu gecə unutdum səni...
Səni düşünməyə vaxtım olmadı heç bu gecə
Düşdüm xəyalımın arxasıyca göylərə
Birdən səni röyamda görmərəm deyə 
Göylərdə axtardım səni.
Mələklərin yerini soruşdum hər ötüb keçəndən,
Buludların arasında axtardım heyhat seni
Tapamadım səni gizləndiyin yerdə...

Mələklər görünürmü bilməyirdim heç..
Yuxularda rastlaşmışdım bəlkə də mən səninlə.
Qanadın olduğunu zənn etmədim hec
Xəyallara daldım qanadsız bir mələklə..
Gözlərində itmək,
Baxışlarına gedən yolda bir yuva qurmaq,
Gülüşünə gömülmək,
Yollarına nur saçmaq..
Oldu tək məqsədim, tək amalım sən....
Bil ki, sonsuzadək ürəyimdə sənsən.

Getmə heç zaman, yanımda ol sən
Bacarmıram.. hislərimi sözlə deyə bilmirəm
Bu şeirin qismətinə sən
Nurla yazılmısan, sən ki bunu bilirsən..
Bacarırsan get. Unutdur özünü bir dəfəlik həm
Yandır bütün başlamamış xatirələri.
Bizim hələ yaşanacaq gör illərimiz var..
Hamısına göz yum məhv elə birdəfəlik sən.

Ya yandır kainatı məhv elə bu dünyanı.
Ya uçur bu zamanı yox et bu həyatı.
Aldın ağlımı məndən yaşatma artıq məni sən
Susdur yas saxlamış qəlbimin harayını
Bacarsan yox et bu şeirin ahını...

Sevmək deyilmi qismətimizə yazılan bir alın yazı?
Ya da o yazıda qeyb olmaq...
Mənə qışı gətirdin apardın yazı
Heyif deyilmi baharda aşiq olmaq?
Azər susur artıq yollar kağız, göz yaşım qələm
Ayağımın ləpirləri o yazıdakı suallar
Sənə çıxır getdiyim bütün yollar
Sən varsan həyat var.
Sən varsan cənnət də var.
Sənin gülüşün cənnət, təbəssümün həyat olsun mənə.
Onlarda qeyb olub gedim əbədiyyətə...

Комментариев нет:

Отправить комментарий