Страницы

05.01.2015

İbrahim Sel: Müstəqil olmaq elə ABŞ-İsrail koloniyası olmaq deməkdir

Avrasiya Hərəkatı – Azərbaycan təşkilatının sədri İbrahim Sel ilə müsahibə

-Bir çoxları Avrasiyaçılıq ideologiyasının müstəqillik konsepsiyası ilə tamamilə zidd olduğunu vurğulayırlar....
-Hazırkı şəraitdə postsovet məkanının geopolitik subyektivliyinin yaranması prosesindən kənarda qalmaq faciə ilə nəticələnə bilər. Müstəqillikdən heç söhbət də gedə bilməz. Müstəqillik olmur. Müstəqil olmaq elə ABŞ-İsrail koloniyası olmaq deməkdir. Təbii sərvətlərin transmilli korporasiyalar tərəfindən talan edilməsi deməkdir. Vikileks sənədlərindən də aydın oldu ki, BP Azərbaycan neftini oğurlayıb aparır, pulunu vermir. Xarici təcavüzə sinə gərmək üçün keçmiş Sovet ölkələrinin bir yerdə olması vacibdir. Bu gün dünyada heç bir dövlət təkbaşına öz müstəqilliyini qorumaq iqtidarında deyil. Biz şər və istibdad maşınına qarşı bir olmalıyıq. Tarixi şans yaranıb. Bu ölüm-dirim müharibəsidir. Xalqımızın gələcək varlığı Avrasiya Birliyinə qatılmasından asılıdır. Sionizm bizi içəridən yeyir. ABŞ-ın desuverenləşdirmə maşını müstəqilliyin quru maketini yaradıb, sənə bir-iki müstəqil qəzet, “azad, qərəzli, vicdanlı” kanal açıblar, sən də elə bilirsən müstəqilsən. Neftin, qızılın, kürün isə sionistlər tərəfindən daşınıb aparılır, xalqa çatmır. Xalq qəpik-quruş pensiyanın, cüzi maaşın ümidinə qalıb, onun da gələcəyi şübhəlidir. Sovet vaxtı xalq ağ balıq və ikra yeyə bilirdi, indi krediti vaxtında verdiyi ayı xoşbəxtlik sayır. Budur müstəqillik! Biz buna qarşıyıq.


-Təmsil etdiyiniz hərəkatın ənənəvi müxalifəti qəbul etmədiyi məlumdur. Bəs sizin təşkilat hakimiyyət ilə hansı məsafədədir? Dəyərlərin dəyişməsi fonunda Avrasiya Hərəkatını iqtidara yaxın qurum saymaq olarmı?
-Bizim heç bir personal təkidlərimiz yoxdur, yəni hədəf seçəndə konkret olaraq kiminsə üzərinə düşmürük. Biz ümumi dərdlərimizi vurğulayırıq. Göstəririk ki, bu müxalifət Qlobal hakimiyyətin 5-ci kolonu olduğu kimi, iqtidarda də 6-cı kolon var, bunlar bir-birinin əlinə oynayırlar, bir-birini tamamlayırlar. Oliqarxlarımıza fikir verin, hamısı ABŞ-ın patronajlığı altında oliqarx olanlardır, həm maliyyə, həm iqtisadi, həm də hüquqi cəhətdən bu adamlar Qərbdən asılıdırlar. Onlar xalq a nə gün ağlaya bilərlər ki? Gəlin baxaq görək bu gün büdcəmizin vəziyyəti nə yerdədir. Azərbaycan neftini ABŞ və İsrailə verir, əvəzinə virtual, bəli, məhz virtual dollar alırıq! Xalq ac-yalavacdır.

-Tez-tez transmilli şirkətlərin ölkəmizdən qovulmasının, dolların Rusiyadakı kimi dövriyyədən çıxarılmasının vacibliyini vurğulayırsınız...
-Dollar özü 3 sentə başa gələn kağızdır. Qəpiyə də yox, sentə! Həmin kağızlara onlar bütün ölkələrin sərvətlərini alıb daşıyırlar. Yəhudi bankirləri tərəfindən yaradılmış, heç bir qızıla, torpağa, mala-müklə söykənməyən bu süni pul iqtisadiyyatları məhv edib, xalqları ac-yalavac saxlayıb. Həmin pulun hesabına qeyri-yəhidilərin sərvətləri, mal-mülkləri əllərindən alınır. Dollar iqtisadiyyatın süni nəfəs borusudur, onu arada sıxmaqla sionistlər dünya dövlətlərini məhv edirlər. Əgər biz bu gün liberalizmə yox deməsək, həmin pul ortada olacaq, demək problemlər bitməyəcək. Dollar yaradılanda, ilk dəfə ortaya atılanda onun məqsədi elə genosid olub. Liberal-demokratik ideya yəhudi Torasının administrativ müstəvidə orqanik davamıdır və ortadan çıxarılmalıdıər. Gəlin görək bu gün demokratiya nəylə ölçülür? Onu ölçən cizah varmı? Həmin cihaz ABŞ-ın əlində olan dəyənəkdir. Demokratiyanın dozası öz ölkənin qızılını, neftini, ikrasını ABŞ-İsrail müqəddəs cütlüyünə verməyinlə ölçülür. Bəli, verməlisən, verməsən qanın getdi! Demokratiya bax bu deməkdir. Qəddafiyə, Əsədə, Çavesə, Lukaşenkoya məhz bu səbəbə tiran, diktator adı veriblər ki, öz sərvətlərini ABŞ-Israil müqəddəs cütlüyünə vermir, NATO ordusunu ölkəsinə buraxmır. Demək sən diktatorsan, tiransan, radikalsan! Getməlisən. Liberal yanaşmırsansa səni əzmək, həbs etmək lazımdır. Ağı-qaradan ayırmaq vaxtı gəlib çatmışdır. Xalq ayılmalı və məsələlərə ayıq gözlə baxmalıdır. Təhlükələr başımızımın üstünü alıb, bizsə hələ də dostu düşməndən ayıra bilmirik. Proqnozlar göstərir ki, yaxın üç il ərzində 3-cü dünya müharibəsi başlayacaq. 2015-cı ilin yayından tez başlamayacaq, hələ vaxt var, hazırlaşmalı, saf-çürük etməliyik. Bu müharibədə təkcə keçmiş SSRİ ərazisindən 15-20 milyon adamın qırılacağı gözlənilir, ola bilsin qurbanlar daha çox olacaq. Ən çox 1-ci və 2-ci dünya müharibələrində olduğu kimi, yenə avropalılar qırılacaq, biz yox. Ancaq bu müharibədən sonra uzunmüddətli sülh yaranacaq, Avrasiya Birliyinin bərqərar olması ilə əmin-amanlıq təşəkkül tapacaq. ABŞ diktatı Avropanın və Asiyanın bir çox ölkələrindən rədd olub gedəcək, öz bazası İngiltərə ilə məhdudlaşacaq. İngiltərə elə əvvəldən şər qüvvələrin və pisliklərin əsas mənbəyi olub. İngiltərə bu gün bizi idarə edən, xalqın ac-yalavac qalmasına səbəb olan, kütləvi xəstəliklərin yayılmasına rəvac verən ölkələrdən biridir.

-Amerikaya qarşı bu qədər neqativ münasibətinizə səbəb nədir? ABŞ dövlətimizin ən yaxın strateji müttəfiqi sayılır. Hər halda yaxın dönəmlərə kimi belə idi...
-Amerika qitəsinə gəlmiş yəhudi kolonizatorlar 112 milyon hindunu yer üzündən sildilər. 200 illik demokratiya tarixi olması ilə fəxr edən Amerika həmin Amerikadır ki, hindulara yalnız 1924-cü ildə vətəndaşlıq verdi. İndi həmin kolonizatorlar Azərbaycandadır, Əsrin müqaviləsi adı altında ölkəmizə doluşublar. İndi də bizi silməklə məşğuldurlar. ABŞ 1945-ci ildə Yaponiyaya iki atom bombası atıb. Amma yapon gəncliyi elə bilir ki, o bombaları SSRİ atıb. Təbliağat elə aparılıb. Nələri də olmasa, polittexnologiyalar üzrə mahirdirlər. Qanımızı içib, sərvətlərimizi daşıyıb aparır, var-dövlətimizə sahib çıxırlar, amma təbliğat maşınını elə qururlar ki, onlara buna görə minnətdarlıq da edirik. Həmin təbliğatın nəticəsidir ki, bu gün ölkəyə NATO qoşununun gətirilməsini arzulayanlar var, ürəyindən hətta Türkiyəyə qoşulumağımız keçənlər də var. Çoxları bilmir ki, NATO şiə və pravoslavlığa qarşı yaradılmış blokdur. Siz məsələni dərindən analiz etsəz görərsiz ki, bu təşkilatın əsas diqqəti və fəaliyyəti şiələrin və rusların problemlərlə üzləşməsinə və məhv edilməsinə yönəlib. Çünki Antiqlobalist Cəbhədə vuruşan, Dəccala, ABŞ-İsrail cütlüyünə sinə gərən məhz şiə və pravoslavlardır. Biz də bu gün məhz antisatanist cəbhədə olmalıyıq, oriyentirləri düzgün müəyyən etməliyik.

-Bir çox populyar informasiya saytlarının və jurnalist birliklərinin fəaliyyəti tez-tez qınaq obyektinizə çevrilir. Azərbaycan mətbu cameəsindən narazılığınızın əsas səbəbi nədir?
-Onlar informasiyanın qol-qabırğasını sındırır, özlərinin istədiyi hala salırlar. Oxucuya öz görmək istədikləri reallığı yeritmək istəyirlər. Onlar Rusiya və İrana nifrət edirlər, demək oxucu da nifrət etməlidir. Onların verdikləri xəbər deyil, xəbərin interpretasiyasıdır. Onlar yalan danışır və real xəbərin əvəzinə onun mulyajını yeridirlər. Bəşər Əsədə, şiəliyə, Sovet quruluşuna və Putinə nifrətdən partlamağa qalırlar. Onlara jurnalist demək düzgün deyil, onlar ABŞ Dövlət Departamentinin danışan dodaqlarıdır. Bu bədbəxtlər bilmirlər ki, vaxt olacaq, bu çirkin fəaliyyətlərinə görə cavab verməli olacaqlar. Ukrayna hadisələri ətrafında liberal və digər antirus ünsürlərin isteriyası kəsilmək bilmir. Qərb dairələri etiraf etmək istəmirlər ki, Ukraynadakı indiki qeyri-sabitliyinin və bu olduqca gözəl ölkənin parçalanmasının əsas səbəbi məhz onların imperialist hərəkətləridir. Az-çox təfəkkür olan adam bunu aydınca görür. Amma Qərbin beşinci kolonu və muzdlu təsir agentləri bütün internet məkanını zəhərləyirlər, xalqda baş verən hadisələr barədə yanlış təəssüratlar yaradırlar. Rusiyanın Ukraynaya virtual hərbi müdaxiləsi ətrafında Qərb mətbuatı səs-küy qaldıran kimi, azərbaycanlı amerikanpərəstlər və avrointeqratorlar da Azərbaycan üçün sonun başlanğıcı haqda şüvən salmağa başladılar. Hər şey göründüyü kimi deyil, altqatında tamam başqa niyyətlər yatır. Keçmiş SSRİ yeni formatda bərpa olunur, Qərb bu proseslərə mane olmaq üçün pul buraxaraq hər yerdə münaqişələr yaratmağa çalışır. Münaqişə ocağı yaratmaq, yeni Maydan hazırlamaq üçün Azərbaycana da 5 milyon dollar ayrıldı, amma yaxşı ki bu hadisələrin qarşısı vaxtında alındı.

-Əvvəllər özünüz də postmodernik dəst-xətti olan ədəbi təşkilata mənsub olmağınıza baxmayaraq, hal-hazırda postmodernistlərə qarşı sərt müanasibət sərgiləyirsiniz...
-Postmodernik dünyagörüş nəfsin qulu olmağı, şəhvətin qulu olmağı azadlıq adlandırır. Gəlsinlər polemika edək. Onların meyarlarına görə öz ailə üzvünlə, yaxınınla olmaq təbii istəkdən irəli gələn məsələdir və düzgündür. Və yaxın insan yaranışdan lüt yaranıbsa, onun lüt gəzməyə ixtiyarı vardır. Axı necə ola bilər ki, günahın qulu olmaq azadlıq sayılsın? Bilirsinizmi, insan Allahsız yaşaya bilməz. İnam olmalıdı. Allahsızlıq ən böyük bədbəxtlikdir, mən deyərdim ki ən böyük xəstəlikdir. Bu gün İran kimi dövlətlər ona görə güclüdür və bütün dünyaya ona görə meydan oxuya bilir ki, orda Allaha inam var. İnanaq!

-İctimai fəallar arasında Türkiyə yönümlülər, ülküçülər, Turan ideyalarının daşıyıcıları da kifayət qədərdir və sizin bir çox tezislərinizə onların münasibəti birmənalı deyildir...
-Bu ölkədə vətənpərvər görünmək üçün gərək həmişə Türkiyəni tərifləyəsən. İranı təriflədinsə xalq düşməni çıxacaqsan, demək düz adam deyilsən, ermənilərə işləyirsən. Biz indi müstəmləkənin müstəmləkəsi sayılırıq, çünki Türkiyə özü ABŞ müstəmləkəsidir, biz də Türkiyənin müstəmləkəsiyik. ABŞ-ın özünün də İsrail müstəmləkəsi olduğunu nəzərə alsaq... çox faciəli bir durum yaranır! İranı Azərbaycanın düşməni adlandıranlardan soruşmaq istəyirəm ki, İran məgər Azərbaycanla müharibə edib? Azərbaycanın dostu Türkiyə Azərbaycan üçün nə edib? Azərbaycanın neftini və qazını havayı alır, buna elə qazlamaq deyirlər, başqa adı yoxdur. Türkiyə etibarsız dövlətdir. Suriya hadisələri bunu sübut etdi. 10 minlərlə türkmən şiə olduğuna görə Türkiyənin əli ilə qətlə yetirildi. İllüziya başqadır, real vəziyyət başqa. Məgər Azərbaycan İranın düsməni İsraillə dostluq etmir? Daha İrandan nə tələb edirik? Dostluq iki tərəfli olur. Azərbaycana ən çox təsiri olan dövlətlər birinci Rusiyadir, ikinci İran. Azərbaycanın taleyi bu iki dövlətdən asılıdır. Əlbəttə ki xalqın taleyi öncə onun öz iradəsindən asılıdır.

-Sosial şəbəkələrdəki fəaliyyətiniz sizə zövq gətirirmi?
-Hərdən fikirləşirəm ki, sosial şəbəkələr, ümumiyyətlə siyasi fəaliyyət olmasa həyatım gözəl olardı. İnternetə çıxışım olmasa oturub gözəl hekayələr yazardım, ya da köhnələrin üzərində işləyərdim. Məsələn, Hizbullahçı İmad Muğniyyə haqda bir hekayə üzərində işləyirəm, vaxt qıtlığından tamamlaya bilmirəm. Və yaxud ABŞ səfirinin öldürülməsindən bəhs edən “Şiə yaraqlısının məktubu” hekayəm var. Bu mənə həddən artıq zövq verir. Sosial şəbəkələr isə, təəssüf ki hərdən əsəb gərginliyi gətirir. Tanınmış fantastik yazıçı Robert Şeklinin bir sözü var, deyir, informasiya müharibəsində həmişə hapa-gopa basanlar udur, düz danışanlar uduzur. Onun fikirləri təxminən belədir ki, həqiqəti danışanlar ancaq faktlarla kifayətlənir, yalançıların fəaliyyət spektri isə genişdir, nədən desən basıb bağlayırlar, əl altda şablon, şirpotreb n qədərdir, lap yeri gələndə quraşdırırlar da. Onlar üçün sərhəd yoxdur, öz tutduqlarından buraxmamaq xatirinə pafosdan tutmuş psevdopatriotizmə kimi xalqın zəif damarını tutur, müqəddəs nə varsa qamçılayır, saxta dəyərlər yaradanların əlində alətə çevrilirlər. Belə bir vurusun qarşını almaq üçün əlbəttə, təkcə faktlarla kifayətlənmək bəs etmir.

Hazırladı: Mirbağır Bünyatov

Комментариев нет:

Отправить комментарий