Страницы

05.01.2015

ŞEYX SƏDRƏDDİN LƏNKƏRANİ

İslamın görkəmli, savadlı alimlərini yada salmağın və onların hədəflərini gələcək nəsillərə tanıtdırmağın müasir dövrdə yaşayan insanlara çoxlu faydası olacağına ümidvarıq. Belə alimlər dünyasını dəyişsə də, heç vaxt unudulmur. Onların qoyub getdiyi elm xalqındır.

 İslam alimləri sırasında öz fəziləti, təvazökarlığı, dərin elmi və dindarlığı ilə tanınan Ayətullah Hacı Şeyx Sədrəddin Lənkərani 1902-ci ildə alimlər şəhəri olan Lənkəranın kəndlərindən birində dünyaya göz açıb. Yetkinlik yaşlarına çatdıqdan sonra dinə və islam elmlərinə olan məhəbbət onu dini təhsil almaq üçün Ərdəbil şəhərinə səfər etməyə sövq edir. O, möminlər şəhəri olan Ərdəbildə üç il ərzində müqəddimə elmlərini öyrənir. Müqəddimat dərslərini Ərdəbil alimlərindən dərs aldıqdan sonra elmi dərəcəsini artırmaq üçün 1922-ci ildə Qum şəhərinə köçür, orada adlı-sanlı müctehidlərdən orta və ali səviyyədə islam elmlərini öyrənir. Daha sonra Ayətullah Hacı Şeyx Əbdül Kərim Hairinin fiqh və üsul xarici dərslərində iştirak edir. Bu məşhur alim dünyasını dəyişdikdən sonra fiqh və üsul dərslərinin davamını Ayətullah Seyyid Məhəmməd Höccət və Ayətullah Burucerdinin xaric dərslərində iştirak edərək öyrənir. Uzun və yorucu zəhmətlərə sinə gərdikdən sonra yüksək elm və əməl məqamına yetişir, bundan sonra Qumda orta və ali səviyyədə islam elmlərini tədris etməklə məşğul olur, çoxlu alim yetişdirir. Alimin bir neçə əlyazması və məqalələri yadigar qalmışdır.

Mənbə: Faiq Vəli oğlu

Комментариев нет:

Отправить комментарий