Страницы

26.01.2015

Zabil Mədoj - Qaldıq!

Cürbəcür yaradıb bizi Yaradan,
Nadanlar səbəbin bilsin haradan?
Ayıra bilməyir ağı-qaradan,
Özümüz, özləri əngələ saldıq.

Elimdə-obamda bir gün görmədim,
Bir alim, yazarı düzgün görmədim,
Həqiqəti biri görsün, görmədim,
Qəlbi viranətək xəyala daldıq.

Bəlkə də bu imiş payımız bizim?
Tərsə axmalıymış çayımız bizim.
Yoxa çıxmalıymış sayımız bizim,
Ovulduq, əridik bu günə vardıq.


Dost deyən düşmənin əldə xaltası,
Xaltanın möhkəmdir dəmir halqası,
Bizə gərək deyil özgə baltası,
Ozümüz behtərin baltanı çaldıq.

Baba Atropatın yox olur nəsli,
Babəkin, Həzinin kişilik vəsli,
Namərdlər, nakəslər kişi həvəsli,
Axır gör kimlərin əlində qaldıq?!

Комментариев нет:

Отправить комментарий