Страницы

20.02.2015

Dədəkişi Solğun - Olurmu?

Gəl, gəl gözümün nuru, gözəllər gözəlim, gəl.
Gəl ki, şad elə könlümü, ey möcüzəlim, gəl.

Bir hüsnü mələk tək görükəndə gözümə sən,
Gördükdə cəmalın yanır ağzımda dilim, gəl.

Mən ki, viran olmuş o gülün bülbülüyəm tək,
Qəfəsdəyəm, ey gül, sənə çatmır bu əlim, gəl.

Sənsiz ola hər yan mənə cənnət, nəyə lazım,
Sənsiz tökülür gör necə ömür xəzəlim, gəl.

Sən, bivəfa olma, gözəlim, Solğuna qarşı,
Dörd yana edib dərdimi aşkar qəzəlim, gəl.


Tarzanlıq olurmu?!

Soyğunçu olan canlı da, insanlıq olurmu?
İnsanlıq olan canlıda, tarzanlıq olurmu?

Artıq bu qurum satmış olub çoxdan həyanı,
Öldürmədən almaqda bu gün bizdəki canı,
Qonşu deyilən, düşmənə satmaqda sobanı,
Öz əllərimiz bəsləyir o gürzə, çayanı,
Böylə belə bir canlıda insanlıq olurmu?
İnsanlıq olan canlıda tarzanlıq olurmu?

Gəl dərdimi sorma, demə bax dərd azalıbdır,
Hər evdə bu gün gör neçə kəndir asılıbdır!?
Borclar yığılıb, ölkədə hər kim qocalıbdır,
Hətta bu gün mənlik deyilən "söz" satılıbdır,
İndi deyiniz, bir belə şeytanlıq olurmu?
Şeytanlıq edən canlıda insanlıq olurmu?

Bu qanlı gölün sahibi bir gün tapılanda
Vəhşətdə olar, tək qalasan qaş çatılanda,
Səddam kimi hər şey alınar sən asılanda,
Kimlər çatacaq dadına, hökmün qutaranda?
Soyğunçu olan hər kəsə aşkanlıq olurmu?
Aşkarlıq edən oğruya, insanlıq olurmu?

De, bəs neyləsin bu xəstə təqaüdçü baba?
Çatmır aldıgı pul qəndə, çaya, tək coraba,
Neyləyək, düşmüşük hamımız bir iyrənc "ziraba",
Şahənşahların sərvətləri sıgmır hesaba,
Demokratik ölkədə şahənşahlıq olurmu?!
İnsafsız olan şəxsdə insanlıq olurmu?!

Комментариев нет:

Отправить комментарий