Страницы

02.03.2015

Bakıda biabırçılıq: azərbaycanlılara giriş qadağandır

Bakının mərkəzində - Tolstoy küçəsində yerləşən "Refresh" adlı "Pub-Kafe"yə azərbaycanlılar buraxılmır. Milli.Az xəbər verir ki, bu barədə jurnalist Pərviz Əzimov Facebook profilində məlumat verib.
O yazıb: "Şəhərdə "Refresh" adlı bir pub var. Dəfələrlə eşitmişdim ki, bu pub-a azərbaycanlıları buraxmırlar. Bu yaxınlarda tam dəqiqləşdirdim. Sən demə, dəqiq belə imiş. Kimliyindən, gender bərabərliyindən asılı olmayaraq azərbaycanlıları bu pub-a buraxılmır. Dress code olanda anlamaq olur ki, adamlar səviyyəni qorumaq istəyirlər. Ancaq ümumi olaraq azərbaycanlıların (lap başqa millət olsun) Bakıda bir pub-a buraxılmaması rasizmdir. Bir toplumun aşağılanmasıdır.
İkincisi, bu yazdığım vətənpərvərlik filan feyil, amma gəlin düşünək ki, Praqada bir pub var və çexlər ora buraxılmır və ya Berlində almanlar pub-a buraxılmır. Bunu düşünə bilirsiniz? Rəsmən biabrçılıqdır. Ən azından ictimai qınaq yaratmaq lazımdır. Mən ora heç getməmişəm, getmək fikrində də deyiləm. Ancaq yenə də özümü alçaldılmış hesab edirəm". /day.az/

Комментариев нет:

Отправить комментарий