Страницы

02.03.2015

Üz qarası


Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -9

Misir Əskərov: Bilmirəm Qənirə Paşayeva nə gözləyir ABŞ-dan Qarabağ münaqişəsi haqqında. Qənirə Paşayeva deyir təəssüflər olsun ABŞ bura çox fikir vermir. Güya ABŞ bura fikir verən təki Qarabağı bizə qaytaracaqlar.
Orxan Babayev: Türk ordusu İsraili 2006-cı ildə Hizbullahdan qorudu.
Sadiq Babazadə: Mərifət, əxlaq, qanacaq qalmayıb. Bakıya da Bulvarda öpuşməni bunlar mod saldılar, yəni türklər.
Yafəs Türksəs: Vaqif Səmədoğlu özü deyib ki, Səməd Vurğun on doqquzuncu əsrin şairidir.
Asif Həsənli: Azərbaycanda bank deyilən şey yoxdur. Sadəcə var: Başkəsən Milli Sələmçilər Qrupu!
Samir Rimas: Çox maraqlıdır. İndi İran siyasətini möhkəm təqdir edənlər, bir zamanlar İranı ən qatı düşmən bilənlərdir. Biri elə özüm. Bir vaxtlar İranı bütün dünyanın düşməni bilirdim, indi isə İran mənim üçün “alınmamış son qala”dir. İran dunyanın gələcəyi naminə bu gününü qurban verən ölkədir.
A kişi bizə rus lazımdı: Onun iki yolu vardı. Ya Elçibəylə Rəsulzadə kimi qaçıb demokrat olmalıydı, ya da kişi kimi öz ölkəsini müdafiə edib döyüşərək diktator sayılmalıydı. O ikinci yolu seçdi. Əsəd diktatordur. “Yeni musavat”, “Azadliq” qəzetləri və “Azadliq” radiosu zəmanət verir.
Elçin Bayramlı: Bu ki aksiomadır. Sovet orta təhsili almış biri Türkiyə ali təhsili almışından 4 dəfə üstündür hardasa.
Əkrəm Əylisli: Həqiqi sözümdür, sizin sadəlövhlüyünüz məni öldürür! Bəyəm sən görmürsən ki, hər yerdə “Qarabağ”, “Qarabağ” qışqıran bu fokusçu-“cəbhəçilər” nələr törədirlər? Görünür ki, Qarabağ heç onların vecinə də deyil. Onların məqsədi iqtidarı yıxıb hakimiyyəti ələ keçirməkdir.
Azər: Küyə getmək lazım deyil. Heç zaman unutmayaq, Rusiya bizim qonşumuz və qardaşımızdır. Əgər Rusiya ilə 70 il ittifaqda olmasaydıq indi Əfqanıstan kimi bir ölkə ola bilərdik. Dahi Nəriman Nərimanovun bir sözünü xatırladıram: “Azərbaycanın əbədi xoşbəxtliyi Rusiya ilə bağlıdır”. Bu doğrudan da belədir. Başqa variantların nəticəsi yaxşı olmayacaq. O ki qaldı Ukraynaya, onlar Rusiyaya arxa çevirməməlidirlər.
Heydər Camal: İsraildə sionistlər kürdləri müdafiə mitinqinə çıxmışlar. Artıq sirr deyildir ki, Kürdüstan- Mossad və İsrailin filialıdır.
Rusiya Dağılacaq: Var-yoxunun yarısı Moskvada çörək qazanıb Rusiyanın dağılacağını həvəslə proqnozlaśdıran liberal görmüśdük. Atası Leninqradda çörək qazanıb Çeçenistandan tutmuş Sibirə qədər Rusiya torpaqlarına ağız suladan bozqurdlar da görmüśdük. Gözümüz aydın, artıq özü Rusiyada yaşıyıb Rusiyaya kəllə atan tiplər peyda olub. Bəzi qabaqcil tiplər daha da irəli gedərək Rusiyada antirusiyaçı təşkilatlar yaradırlar. Bütün bunların hamsının səbəbini ənənəvi sadəlövh rus xeyirxahlığında görürük. Qudurmuş papuaslarla rəftar mövzusunda ruslar Qərbdən, ələxüsus ingilislərdən çox şey öyrənməlidirlər.
Ali Naim: Bayaq bir türk serialina baxırdım, serialda bir qaqaş fəhlə işləyir və hər gün işə taksiylə gedir.
Əlibala Əsgərov: Azərbaycanda mandarinə tələbat yüksəkdir, ancaq monopoliya bazara girməyə imkan vermir. 1 tonu 200 dollar olan mandarini sərhəddən keçirmək üçün 700 dollar istəyirlər.
Aqşin Yenisey: Səməd Vurğun həddindən artıq savadsız şair olub. Bu adamın öz müasiri Qorkinin yaradıcılığından xəbəri olmayıb. Biz iki şeyi qarışdırırıq: aşıqla şairi. Aşıq ayrı, şair ayrı... Şair intellektual istedada malik olmalıdır. Aşığın intellektə ehtiyacı yoxdur, əlinə saz ver, ağzına gələni oxuyacaq.
Sərdar Cəlaloğlu: Qacar, Nadir şah bu xalqdan ötrü hər şeyə gedib, Səməd Vurğun kimi dılğırın biri onları xalq düşməni edib.
İbrahim İmanliı: Əsgərlikdə Onik adlı erməni serjant var idi. Deyirdi azizcan dünyada 2 ən bic millət var: biri Azərbaycandakı ermenilər, biri də Ermənistandakı azərbaycanlılar.
Taleh Məmmədov: Ziya Bünyadovun allah o biri dünyasını versin, terminalogiyamıza “yeraz”  sözcüyünü gətirən yerdə. Onları öz yerlərində qovmaqla zatən ermənilər Azərbaycana ən böyük zərbəni vurdular.
Cəmil Həsənli: Azərbaycan Mərkəzi Bankı digər banklara pulu 8 faizlə verir, amma banklar bu pulu 26-27 faizlə xalqa verir. Mərkəzi Bankın özü niyə bu pulu insanlara vermir? Lap qoy bu faiz banklara verdiyi faizin 2 qatı olsun.
Piri Baba: Hətta bizim qoyunlar və keçilər belə Türkiyənin professorlarından daha ağıllı və daha abırlıdır.
Cəlil Məmmədquluzadə: Dünyada hər nə qədər millət var, hamısı bizə nifrət göstərir; ondan ötrü ki, qarabağlılar gəlib doluşublar Bakıya.
Nizami Məmmədov: Anqlosakson-sionist mənafeyinə xidmət edən hər bir kəs Azərbaycan qanunlarına uyğun məsuliyyətə cəlb olunmalıdırə
Mənsur Həqiqətpur: Azərbaycan hökuməti İsraildən silah alır, amma ondan Ermənistan əleyhinə istifadə etməmək üçün öhdəlik də götürür. Bəzən silahı satır, amma bəzi hissələrini, yaxud mərmilərini satmırlar. Aydındır ki, məqsəd pul silməkdir, ordunu gücləndirmək yox.
İsmail Safioğlu: Kürd İskəndər Həmidov “Bozqurd” simvolikasını göstərir. Kürdün türk millətçi təşkilatında olmasi, tacikin “Slavyane” (slavyanlar) təşkilatında olması kimi bir şeydir.
Cəmil Şirvanov: Həm qanuni cəhətdən, həm də mənəvi cəhətdən Azərbaycan Sovet İttifaqı dövründə müstəqil idi. Vətəndaşları da indiki kimi dilənçi kökündə yaşamırdı.
Murad Əhmədov: Türkiyədə kasıblardan başqa əsgərliyə gedən yoxdu. Bizə də onlardan keçib bu ənənə.
Devran Abdullah: İsrailbaycan.
Lalə Mehralı: Vyetnama gecə-gündüz kimyəvi bombalar səpən amerikalıların bu faciənin dəhşətli nəticələrini görəndə heç tükü də tərpənmədi. Sanki, bunlar insan deyil, hansısa planetdən gəlmiş zombilərdir.
Elmar Həsənov: Nurçuluq mədəni terrordu.
Sərt Tənqid: İsa Qəmbərin anadan olduğu kəndin bünövrəsini ilk əvvəl o əraziyə köçürülmüş 15 kürd ailəsi qoyub. Məhz buna görə də pantürkizmlə gönclərin beynini zəhərləyən İ. Qəmbər öz mənşəyini gizlətmək məqsədilə MM-ə spiker seçilən kimi doğulduğu Kürdlər kəndinin adını “Qurdlar”a dəyişdi. Bu barədə istənilən vətəndaş AR Dövlət Arxivindən və ya Fizuli rayon İH-dən MM-in qərarından çıxarış alıb, tanış ola bilər.
İbrahim Quliyev: Məgər dövlət büdcəsindən orta məktəb dərsliklərinin hazırlanması üçün ayrılmış 60 milyonun keyfiyyətsiz dərsliklərə sərf olunması müqabilində cəza yoxdurmu? İnternet saytlarına baxın, görün bizim dərsliklər barədə nələr yazılır! Valideynlər bu dərsliklər hesabına uşaqlarının mürəkkəb duruma düşdüyünü bildirirlər.
Atilla Hüseynov: Şiə deyəndə həmən İrana qarşi hərəkətə başlayırlar. Sionistlərin təbliğatı beyinlərə yeridilib. Qarınları ağrıyanda həmən İrana qaçırlar.
Mustafa Kamalak: Qlobal imperializmə görə, ən yaxşı müsəlmanın ölü müsəlmandır.
Aleksandr Duqin: Bakının bir dәfәlik başa düşmәsi lazımdır ki, Azәrbaycanın әrazi bütövlüyünün qarantı ABŞ vә Türkiyә deyil, mәhz Moskvadır.
Dədəkişi Solğun: Əgər biz özümüz ələ-ələ verib, öz sabahımızı qurmasaq, onda elə 90-cı illərdə olduğu kimi, yenə gəlmə-gəlinti siyasətçilər yuxarı başa keçəcək, bir “Sakarya” şeiri oxuyub xalqa liderlik edəcəklər. 
Mirbağır Bünyatov: Oğraşlar demokratiyadan elə danışırlar ki, elə bil Xerosima və Naqasakiya atomu atan bunlar deyil!
Natiq Ədilov: Amma mən əminəm ki, mənim millətimdən olanları fars həkimler pulsuzluğa və ya pul çox qoparmağa görə öldurmur, lazımsız əməliyyatlara soxmur.
Kamran Əsədov: Ən diqqətsiz, savadsız insana belə məlumdur ki, ABŞ və İsrail dünya üçün təhlükədir.
Pəvriz Azəri: Bu kurdlərə şükür imiş, nurçular ölkəni konkret işğal ediblər.
Könül Toraman: İstanbulda 1 ilden çox qaldım. Orda 1 dene ne fiziyi düzgün, ne üzü gözel baxımlı qız görmedim, hamısı bradyaqa (serseri) tipinde, ağızlarında siqaret. Qadın parfüm kokmalıdı, siqaret yox! O qeder çekirler ki, üz hatları, cizgileri tez qırışır, yaşlarından çox yaşlı görünürler, ama oğlanları miyon tipde olurlar.
Atilla Əli Ağazadeh: 1945-dən bu yana istər Qərbi Almaniya, istərsə də Şərqi, heç biri alman xalqına qullug etməyən dövlətlər olub. Alman xalqı tamamən məhv edilib, indiki Almaniyanın qurucuları ABŞ, İngiltərə, Fransa və sionistlərdir. Hələ Almaniyanı çox təhlukəli istiqamətlərdə istifadə edəcəklər, lakin bir gün gələcək bunu alman xalqı anlayacaq.
Həsrət Rüstəmov: Yəhudilər dünyanın az qala yarısında qorxa-qorxa gəzirlər.
Tağı Əhmədov: “Mənə qiymətlərin qalxması ilə bağlı sual verməyin. Ağıllı suallar verin”.
Leyla Alieva: Vəhabilərin Azərbaycan torpağında bu gün təhlukə gətirməyinə heç bir şübhə yoxdu. Niyə bütün ömrü boyu azərbaycanlı olan şəxs ailəsini dolandıra bilmir, amma onun dünənki qonşusu, köçəri, özü də vəhabi evlər, eşiklər alıb elə həmin azərbaycanlıya kirayə ev verir, şəbəkələr qurur, pula pul demir?
Qasımbala Səfərov: Fazil Mustafanın sataşdıqları Şah İsmail, şiə qəbirləri, İran və Qafqaz Müsəlmanları İdarəsi olub. Yəni, ancaq şiələr. Fətullah Gülənin ətəyində namaz qılan bu deputatı namaz vaxtı İsrail səfirliyinə tərəf dayanıb namaz qılan görsəniz, təəccüblənməyin!
Zərdüşt Əlizadə: AXC olsaydı da, olmasaydı da, Azərbaycan müstəqilliyə qovuşacaqdı. Türkmənistanda Xalq Cəbhəsi olmadı, məgər müstəqilliyə qovuşmadılar? 
Vüqar Məmmədov: Avropa ilə dostluq edib, təhsilimizi, sağlamlığımızı, mənəviyyatımızı itirdik bu 20 ildə!
Ramzan Kadırov: Vəhhabi saqqalı saxlayanların nəinki saqqalını, başını da kəsəcəyik!
Vizbor Borman: Rusiya ayıldı! Rusiyada yaşayan yəhudilərə hücumlar basladı! Bütün banklar yəhudilərin əlindədir! Doğrudan da paradoksdur, yaxın şərqdən gəl, barmagıva dola! Eynən Azərbaycandakı vəziyyət! Aborogenlər didərginlərə çevrildilər! Azərbaycandakı bütün vəzifələr 7 nəsil əvvəl Azərbaycanda doğulub boya-başa çatanlara verilməlidir! Süleyman Lənkərana nə can yandıracaq, sonra da Qaradağa?!
Rəsmiyyə Sabir: Hər gün televiziyalar ABŞ-ın xaricə demokratiya ixracından danışır. Demokratiya bomba kimi partlayır (Qəlpələr çox təhlükəlidir…) neftlə zəngin torpaqlarda. Burada siyasilər danışır… Bizsə susuruq…
İsmayıl Buğra Şad: Türkiyə dünyaya yezit ixrac etməkdə, qatil, cani, təcavüzçü cəhənnəm itləri xaric etməkdə birinci sıradadır.
Orxan Həbibli: Türkiyə İslam dünyasının üz qarasıdı. ABŞ-a tulalıq etmək Türkiyənin alnına yazılıb, əgər Türkiyə siyasətini dəyişməsə, məhv olmağa məhkumdu.
Günel Mövlud: İş o yerə çatıb ki, insanlar kim, nəçi olmağından asılı olmayaraq, onları regionlarına görə qiymətləndirirlər. Məsələn, bir naxçıvanlı ziyalı, ya da müxalifətçi barədə onun necə adam olduğunu soruşurlar. Deyirsən ki, yaxşı adamdı, səmimidi, ona inanmaq olar. Amma insanlar inanmırlar. Şübhə edirlər onların səmimiliyinə. Çünki bir və ya bir neçə adamın bütün bir regionun adını təmizə çıxarmağı, inam qazandırmağı, günahını yumağı mümkün deyil.     
İlqar Salmanov: 20 ildən artıqdır ki, 5-3 “politoloq” mətbuatı zəbt edib. Bu günə qədər nə bir proqnoz verə bilirlər, nə də ki verdikləri bir proqnoz özünü doğruldur. Bilmirəm nədəndir, jurnalistlər də ancaq bu “politoloqları” tanıyır. Necə olur ki bu ölkədə 20 ildə bir politoloq yetişmir? Axı bzi niyə “ağzı qatıq kəsməyənlər”in sərsəm söz yığınlarını oxumalıyıq?

Комментариев нет:

Отправить комментарий