Страницы

17.03.2015

Əflatun Amaşov Elnur Aslanova niyə «biət» etmək istəyib?

Mətbuat Şurasının sədri Əli Həsənovun xəstələnməsi xəbərini yaydıqdan sonra admnistrasiyasının keçmiş rəsmisindən onu himayə etməsini istəyib

Mətbuat Şurasının sədri Əflatun Amaşovun bir müddət əvvəl Elnur Aslanovun qəbuluna gedərək, ona «biət» etməyə hazır olduğunu dediyi məlum olub. Bu barədə JAM.AZ-a məlumat verən etibarlı mənbənn sözlərinə görə, Amaşovun belə bir addım atmasının səbəbi həmin dönəmdə Prezident Admnistrasiyasının ictimai-siyasi şöbəsinin müdiri, hazırda prezidentin sözügedən məsələlər üzrə müşaviri Əli Həsənovun xəstələnməsi ilə bağlı xəbərin yayılması olub.
Mənbə israrla bildirir ki, həmin xəbərin yayılmasından sonra özünə yeni himayəçi axtaran QHT sədri təcili olaraq, o dönəmin ən güclü və sözügeçən fiqruru olaraq tanınan Elnur Aslanova üz tutub. Onun himayəsi altında olmaq istədiyini və bütün tapşırıqlarını yerinə yetirməyə hazır olduğunu çatdırıb. JAM.AZ-a verilən məlumata görə, iki dəfə görüş imkanı qazanmış Amaşovu hər dəfəsində «baxarıq» deyilərək, qapı göstərilib.
Onu da bildirək ki, Elnur Aslanov həmin vaxt Prezident Admnistrasiyasında ən aparıcı fiqurlardan biri olunmaqla yanaşı, həm də ictimai-siyasi şöbənin başına keçəcək ən şanslılardan hesab olunurdu. Görünür, vəziyyəti düzgün qiymətləndirə bilməyən Əflatun Amaşov bir güc mərkəzindən digərini transfer etməyə çalışıb və özünə yeni himayəçilər axtarmaq istəyib.
Onu da qeyd edək ki, Əli Həsənovun xəstələndiyinə dair məlumatların dövriyyəyə buraxılması da müəmmalıdır və bunun kimlər tərəfindən və niyə edildiyi hələ də qaranlıq olaraq qalır. Çünki nə həmin dönəmlərdə, nə də bu gün Həsənovun səhhətində hər hansı bir problemin olduğu təsdiqlənmir. /jam.az/

Комментариев нет:

Отправить комментарий