Страницы

30.03.2015

İRANIN ELƏ BİR RƏHBƏRİ VAR Kİ, DÜNYADA TAYI-BƏRABƏRİ YOXDUR

Seyid Həsən Nəsrullahın dünənki çıxışından

1.Bəh-bəh. Ərəblərin güc və qeyrətinə baxın. 1948-ci ildən bəri Filistin qan ağlayır. Harada idi sizin şimşəyiniz?
2.Filistin 1948-ci ildən bəri əziyyət çəkir, Livan isə 1984-dən. Biz sizdən heç bir dəstək görüb, eşitmədik. Nə koalisiya (birləşmək), nə də ki heç nə.
3.Bəziləri iddia edir ki, Yəmən əleyhinə yaranmış ərəb koalisiyası sünniləri mudafiə etmək üçündür. Filistinlilər də sünnüdür, haradadır sizin müdafiəniz?
4.Siz Filistini İsrailə və Amerikaya satdınız. Siz iddia edirsiz ki ərəbləri mudafiə edirsiz? Bəs Filistinlilər ərəb deyil?
5.İsraili heç vaxt gözünüzdə düşmən hesab etməmisiniz. Bu sübut olunub.
6.Yaxşı, gəlin sizi bəhanələrinizi sadalayaq. Deyirsiz ki, Yəmənə hücum etmə səbəbiniz, bu inqilabın Səudiyyə hökümətinə zərər verməsinin qarşısını almaqdır. Budur sizin səbəbiniz?! Bu zarafat deyil, siz bu cür gülünc səbəblərlə muharibə edirsiniz. Sizin dininiz Buşun dinidir?
7.Siz muharibə istəyirsiz? İsrailə qarşı olsa sizinlə birləşərik. Bir digər müsəlman dövlətinə qarşı isə heç vaxt!
8.Siz bizim üçün deyirsiz ki, "İranpərəstlər". Lap yaxşı. İsrail Livanı işğal edəndə biz hayqırdıq. Lakin dadımıza İrandan başqa heç kim çatmadı. İndi isə Yəmən. Sizin laqeyd və axmaq siyasət və davranışınız, insanları İrana tərəf olmağa və İranı sevməyə vadar edir. Siz bizə xəyanət etdiniz.
9.İran təklənib. Amerika və siz tərəfdən. Ama bu halı ilə belə yenə də Filistinə kömək edir. Filistin İranın problemidir?
10.Siz Əsədi devirməkdən ötrü Suriyanı dağıtdınız. Suriyanı kim cəhənnəmə çevirib? Səudiyyə Ərəbistanı və müttəfiqləri.
11.Öz xalqını qətlə yetirən Səddama İran əleyhinə muharibədə dəstək verdiniz. Səddamdan sonra da İraqa ard-arda terrorist yollayıb, İraqı qan gölünə çevirdiniz. İndi də İŞİD-ə dəstək verirsiz. İraqa isə İŞİD-lə mübarizədə ən birinci İran kömək etdi və ölkəni İŞİD işğalından xilas etdi. Siz İraqlılara da xəyanət etdiniz.
11.Siz İranı nədə ittiham edib, günahlandırırsız?
12.İran heç vaxt bizə əmr verməyib və nə də ki bizim qərarlarımızda təsir qoyub. Biz müstəqil hərəkatıq. Bizim sadəcə dost və müttəfiqlərimiz var.
13.İran fars imperiyası deyil. Bir zamanlar ərəb torpaqlarını işğal edən Şah var idi. O da sizin dost və müttəfiqiniz idi.
14.İmam Seyid Əli Xameneyi bütün İslam ümmətinin İmamıdır.
15.İran artıq fars imperiyası deyil. Hər şey dəyişdi. Siz də (Səudiyyə) dəyişin.
16.Səudiyyə Ərəbistanı Həmasa İranla əlaqələri kəsməyi söyləyəndə, onlar Səudiyyəyə dedilər ki, "bizə silahı siz verin, biz də kəsək".
17.Lakin siz Filistini dəstəkləmək istəmirsiz. Çünki Amerika və İsrail var. Onlara görə curət etmirsiz.
18.Bizim müqavimətə dəstəyi əbədiyyən yalnız İran və Suriya verəcək.
19.Yəmənə gəldikdə isə, Husilər barədə deyirsiz ki, onlar İranın əlaltılarıdır. Halbuki Qətərin belə onlarla əlaqəsi var idi.
20.Hüsilərlə 6 dəfə muharibə etmisiniz. Onlar hər dəfə siyasi danışıqlar yolunu seçiblər. Siz isə bir dəfə belə olsun sülhü seçmədiniz.
21.Yəmənlilər özləri öz ölkələrinin gələcək taleyinə qərar verəcək. Nə İran, nə də ki Səudiyyə. İran müdaxilə etmək istəmir.
22.Bütün ərəb xalqları dinləsin, Yəmənə qarşı ərəb ölklərinin muharibə etməsinin yeganə səbəbi, Səudiyyənin Yəməndə uduzmasıdır. Səudiyyə o qanunsuz prezidentə (Əbdrəbbu Mənsur Hadi) dəstək verməsinin yeganə səbəbi Yəməndə öz axmaq kontrolunu itirməməsi üçündür.
23.Biz indi deyirik ki, biz Yəmənə qarşı bu aqqresiyanı pisləyirik və sülh yolu ilə çarə axtarmağı dəstəkləyirik.
24. Ərəb xalqlarına səslənirəm ki, siz öz Krallarınızın bu aqressiyasına dəstəksiz? Bu sizin maraqlarınıza xidmət edirmi? Sizin məsuliyətiniz var. Öz hökumətlərinizi bu aqressiyadan çəkindirməlisiniz. Biz səudiyyə xalqını sevir və hörmət edirik. Öz hökümətinizə xəbərdarlıq edin və onu durdurun. Səudiyyə kralları öz qonşuları ilə sülh içində yaşasın. Biz bunu dəstəkləyirik.
25.Biz deyirik ki, Yəmən xalqının bu aqresiyaya qarşı müqavimət etmə haqqı var. Və onlar qalib olacaq. Bu Allahın verdiyi haqqdır.

Vilayati Faqih

Комментариев нет:

Отправить комментарий