Страницы

30.03.2015

Elxan Zaman görün nə deyir

Elxan Zaman

Qərb vahhabini və nurçunu seçib, rus isə şiəni...

Ukraynada qanuni seçilmiş Yanukoviçi devirəndə bu olur demokratiyanın qələbəsi, Yəməndə qəsbkar və saxtakarlıqla seçilmiş prezident devrilənde bu olur qanunsuzluq?! Belə riyakarlıqla, ikiüzlülüklə kimə gəlirsiz, kimə gəlmek istəyirsiz, ay demokratiya mübarizləri?! Bəşər Əsəd asqırsın sizin demokratiyanıza, necə ki, asqırıb da...
***
Bu gün bizim kimi kiçik ölkələr mütləq bir birliyin üzvü olmalıdır, yoxsa məhv ediləcək... Qərb vahhabini və nurçunu seçib, rus isə şiəni... Ona görə bizim yerimiz Avrasiya Birliyindədir.
***
Media o qədər yalan və nahaqq danışır ki, insanlar artıq onların doğru məlumatlarına belə şübhə ilə yanaşırlar...  Fikir verirsiniz, ANS-dən tutmuş “Azadlığ”a qədər demək olar ki bütün media quruluşları Suriyadakı terrorçu vahhabiyə “müxalifet”, səud, qətər ve küveyt kimi vahhabi terror qruplaşmasına isə “koalisiya qüvvələri” deyirlər... Sizcə niyə? Niye bunlar terrorizmin dəstəklənməsində, zülmün güclənməsində iştirak edirlər?
Bir dəfə demişdim, bir də deyim... Qərb ve sionistlər vahhabizmə tam dəstək verirlər. O vahabizmə ki mənim canımı, qanımı, malımı, namusumu özünə halal bilir və onun demək olar ki bütün şeyxləri bunun fitvasını verirlər. Ancaq bir dənə şiə alimi, sade bir insanını göstərin ki, vahhabinin namusunu, canını və malını halal bilsin. Xeyir ve şər göz qabağındadır ve onlara destək verənlər də...
***
“Azadlıq” qazeti yenə başlayıb dezoya... İfadəyə bax: “suriyalı müxaliflər”... Niyə demirsiz ki, beynəlxalq terror təşkilatları, vahhabilər, nə bilim quldurlar, amerikan tulaları? Elə deziklə məşğul olmağınız buradan görünür!
***
Allah şahiddir ki, “şiəlik” damarımın tutması mənə ləzzət eləmir, çünki burda Azerbaycanda sünnü qardaşlarımız içində çox dəyərli, çox gözəl insanlarımız, dostlarımız, qardaşlarımız var. Fikirləşəndə ki, hansısa sözüm onların da damarlarına toxuna bilər, heqiqətən də çox üzülürəm... ancaq bizi də anlayın... Türkiyə boyda bir dövlətin, hansını ki özümüz, canımız bilirik, başçısından tutmuş tanınmış din xadimlərinə qədər, ictimai və siyasi fəallarına qədər böyük əksəriyyəti şiəyə qarşı olsun deyə, canımızı, qanımızı, namusumuzu halal bilən vahhabiyə və vahhabizmə dəstək verirlər və bizdə də belə bir damarın, belə bir reaksiyanın yaranmasına səbəb olurlar. Bizdə yaranan damar isə sizdə damar yaradır, yəni qohum və qardaş olduğumuz adamlarda. Bunun isə nə bizə xeyri var, nə də ki sizə... Ona görə sizdən xahişim budur ki, özünüz bu ərdoğanların, fətullaların, tumansız Ahmed xocaların cavabını verəsiz və bizim damarımızın tutmasının qarşısını bu üsulla alasınız...
***
Onu da qeyd edim ki, sağ olsun Rusiya və rəhmət olsun SSRİ-yə ki, bizə sünnü-şiəliyimizi unutdurub vahid müsəlman düşüncəsində formalaşdırmışdı. Yalnız SSRİ dağıldıqdan sonra məzhəbçilik, qarşılıqlı kin və nifrət təbliğata keçdi və canlara hopmağa başladı. Sovet ordusunda olanlar bilirlər ki, istər özbəyi, istər türkməni, istər çeçeni, ister ləzgisi, istər azərbaycanlısı- hamı biri-birinə eyni medəniyyətin daşıyıcısı kimi baxırdı, hamımız biri-birimizi müsəlman sayırdıq və ən kritik anlarda ki iki müsəlman millət biri-biri ilə qırğına çıxmalı idi, məhz müsəlman olduqlarına göre güzəştə gedib barışardılar. Heyif ki bu düşüncə sovetlə bir yerdə dağıldı, çox heyif... İndi isə təəssüf ki, bir-birimizi ingilis-yəhudi fitvası ilə qırıb çatmağa hazırıq...
***
Mən bir şeyi anlaya bilmirəm... Nəyə görə Məkkə və Mədinə şəhərləri Səudiyyə Ərəbistanının yurisdiksiyasında olmalıdır? Axı o bütün müsəlmanların müqəddəs şəhərləridir. Nəyə görə bu şəhərlərə “Vatikan” kimi xüsusi bir status verilməməli, bu şəhərlərin xərc ve gəlirləri müsəlman ölkələri arasında əhali sayı nisbətində bölünməməlidir? Həmin şəhərlərin idarəçilik və təhlükəsizliyi də müsəlman ölkələrinin nümayəndələr şurası tərəfindən həyata keçirilə bilərdi. Nəyə görə müsəlman ölkələri haqları olduğu bir şeyi Səudiyyəyə qapdırmalıdırlar ki? Neyə görə o Məkkə və Mədinə ilə öz maraqlarına görə manipulyasiya etməlidir? Məncə İET ölkələrində bu məsələ müzakirəyə çıxarılmalıdır.
***
Şah İsmayılı qınayanlar ki, osmanlı ilə vuruşub... Əgər osmanlının həqiqi mahiyyətini görmək istəyirsinizsə, baxın indiki Türkiyəyə, meqamdır... Sultan Səlimin necə bir oğraş olduğunu görmək istəyirsinizsə, uzağa getməyin, elə Ərdoğana, Davudoğluna, Fətulla Gülənə, Demirələ, Turqut Özala, tumansız Ahmed xocaya, Ahmed Marankiye baxın... Her şey Ahmed xoca kimi, Deniz Baykal kimi lüt-üryandır. İnsafınız varsa, görün ki, kişi oğlu kişi Şah İsmayıla qarşı hansı rəzillər vuruşurmuş...

Комментариев нет:

Отправить комментарий