Страницы

04.03.2015

Türk tarixçi: “Osmanlının şərq hissəsi Azərbaycan torpağıdır”

Türkiyənin Habertürk kanalında yayımlanan “Tarixin arxa otağı” (“Tarihin arka odası”) verilişində Azərbaycan türkləri ilə bağlı maraqlı fikirlər müzakirə olunub. Axar.az xəbər verir ki, Erhan Afyoncu və professor Nurhan Atasoyun birlikdə hazırladıqları verilişin qonağı olan türkoloq, professor Ahmet Bican Ərcilasun Azərbaycan türklərini Oğuzların orta qolu, hətta ortada qalan qolu adlandırıb.
Professor Azərbaycan türklərinin tam təşəkkülünün Qaraqoyunlu və Ağqoyunlu zamanın başlandığını iddia edib: “İndiki şərqi Anadolu, cənub-şərqi Anadolu – Diyarbəkir, Kərkük də daxil olmaqla Şimali İraq, Cənubi Azərbaycan – İranın şimal-qərbi və indiki Şimali Azərbaycan. Yəni Azərbaycan bölgəsi bu idi. Yalnız Yavuzun dönəmində (Sultan Səlim) şərqi və cənub-şərqi Anadolu Osmanlı ərazilərinə daxil oldu. O zamana qədər buralar Qaraqoyunlu-Ağqoyunlu torpağı idi. Bugünkü ərzurumlu, vanlı, bitlisli, qarslı XV əsrdə toqatlı, aydınlı və izmirli ilə eyni dövlətin vətəndaşı deyil, Azərbaycan dövlətinin vətəndaşları idilər”.
Qeyd edək ki, sözügedən müzakirə verilişin 2014-cü il oktyabrın 25-də yayımlanan bölümündə aparılıb.
Türkiyədə Azərbaycan tarixinin o qədər də yaxşı öyrənilmədiyini və Səfəvi-Osmanlı müharibəsi səbəbindən, bir az da aqressiv yanaşma olduğunu nəzərə aldıqda, bu müzakirənin önəmini vurğulamaqla onu təqdim edirik. /baymedia.az/

https://www.youtube.com/watch?v=EwKV6S7Q64c

Комментариев нет:

Отправить комментарий