Страницы

30.03.2015

TÜRKƏM - DEYƏN BƏYLƏRƏ

Sərdar Şəmsiyev

Sizlərdən birinə yazdığım cavabdır, amma bu hamınıza aiddir

Mən səxsən sizi yox, dalınca düşdüyünüz beyinsiz ideologiyanı tənqid də yox, təhqir edirəm. Çünki geridə qalmış, kif iyi verən ideologiyadır. Belə olmasaydı, öz vətənimizi də axmaq ideologiyanın əlində əsir-yesir edib, ailələri dağıtmaqla məşğul olmazdınız. Siz bambılılar türklüyünüzdən əl çəkmədiyiniz kimi, ləzgi də, talış da, elə qeyriləri də sizdən qeyrətsiz deyillər ki, öz köklərindən imtina etsinlər. İndi siz bambılılara görə bu millətin nümayəndələri bir-biri ilə dəfələrlə evlənib övladlar yetişdiriblərsə, artıq bir neçə nəsil belə qarışıq nikahlardan qanında türk-talış, ləzgi-avar və digər soyların qanlar axan bir fərd özünü ancaq türk hesab edə bilərmi? Edə bilməz, amma AZƏRBAYCANLI hesab edə bilər. Çünki ölkənin adı toplayıcı ad kimi hamımızı birləşdirir. Mərhum Heydər Əliyevin bütün fikirlərini qəbul etməsəm də, onun bu millətin "AZƏRBAYCANLI" adı ilə bağlı fikri ilə tam razıyam. Biz nə Türkiyə, nə Orta Asiya, nə Altay, nə də Orxon-Yenisey türkü deyilik, özü də lap çoxdan, azından Nizami Gəncəvidən də bir az o yandan, çünki məhz o vaxtlardan Türkiyə və qeyri-türkdilli məmləkətlərdən fərqli bir dildə, mədəniyyətdə formalaşmış xalqıq. 

Yenə də qeyd edirəm, əgər (çünki mən bilirəm ki, siz bambılılar türk deyəndə ancaq Türkiyə ləhcəsində qırtıldayanları nəzərdə tutursunuz və heç vaxt özünüzü nə Saxa türkü, nə Altay türkü, nə Orta Asiya türkü, və nə də Volqaboyu, yaxıd Krım türkü hesab etməz və o türklərin dilində danışmağı özünüzə yaraşdırmazsınız) türk olub istanbullular kimi xırıldamaq əvəzinə HIRILDAMAQ, pıçıldamaq əvəzinə FISILDAMAQ, zümzümə etmək əvəzinə MIRILDAMAQ və istənilən qədər "HƏPİMİZ HRANT DİNKİK, HƏPİMİZ ERMENİYİZ!" - deyə bağırmaq istəyirsinizsə, gedin oralarda da yerləşin. Bizim köhə dəyirmana, yəni AZƏRBAYCANIMIZA təzə (əslində qıcqırmış) nırxınızı qoymayın. Əks halda, "həpiniz" bu xalq tərəfidən "fəci" əziləcəksiniz. 
Qaldı türkə türk, farsa da fars deməyə, biz elə də edirik, sizin xatırlatmanıza ehtiyac yoxdur. Amma bir əmma var sizi fikirlərinizdə, o da Azərbaycanın ancaq türk torpağı olması iddianızdır ki, o da talışı, tatı, ləzgini, avarı, saxuru, udini və qeyrilərini razı sala bilməz, çünki AZƏRBAYZAN ancaq cılız türklərın yox, GENİŞ ÜRƏKLİ AZƏRBAYCANLILARIN vətənidir, yuxarıda adlarını çəkdiyim soylardan gələnlərin vətəni, və özü də DOĞMA VƏTƏNİDİR. Sizin kimilər isə həqiqətən də bura GƏLMƏLƏRİN soyundansınız ki, belə fikirləri hələ də daşıyırsınız. Ya bizə qaynayın-qarışın, ya da cəhənnəm olub, istəyirsiniz, lap ALTAYLARA gedin, amma bu milləti və ölkəni rahat buraxın.

Комментариев нет:

Отправить комментарий