Страницы

09.04.2015

Etibar Salmanov - Dinlə məni

ÇƏKİL, DUMAN

Çəkil duman, gəl bürümə dərələri, dağları,
Çəkil, yol ver, qoy gülsün üzümə gözəl təbiət.
Gözlərim oxşasın başı qarlı, uca dağları,
Üzəri buz bağlamış dəli, dolu çayları.

Çəkil duman, sıxma,üzmə kövrək ürəyimi,
Çəkil, qoy dillənsin incə, zərif hisslərim.
Təbiətlə həmahəng deyim nəğmələrimi,
Köksümə sığmayan odlu şeirlərimi.

Bir gözəlin sevdasından başım dumanlı,
Ona baxan gözlərim fikirli, həm xəyallı.
Çəkil başımdan, qoy açılsın tutqun gözlərim,
Məni sevəcəyinə axı qəlbim gümanlı.


Çəkil duman, qısqanma təbiətin gözəlliyini,
Sən suların zərrəsisən, təbiətin cilvəsisən.
Sən sevdamın dumanısan, sən sevgimin cilvəsisən,
Etibaram, sən gəl mənə qısqanma bu gözəlliyi.

BƏLKƏ QALASAN

Könül bağçamdakı nazlı çiçəksən,
Mənim nəzərimdə bil ki, mələksən.
Verdiyim suala gülüb gedirsən,
Düşün, ürəyimdə bəlkə qalasan.

Hər görüşə min naz ilə gəlirsən,
Sözünü qısa et, getdim deyirsən.
Belə demə, ürəyimə dəyirsən,
Getməyə tələsmə, bəlkə qalasan.

Mən Məcnun, sən isə Leyla olasan,
Ürəyimdə sevgindən od qala sən.
Dinlə məni, sonra peşman olarsan,
Sən ömür yolumda bəlkə qalasan.

Nolar, sözlərimi bir dinləyəsən,
Nələr çəkdiyimi sən anlayasan.
Etibarin həyatında olasan,
Bəlkə getməyəsən, bəlkə qalasan.

Комментариев нет:

Отправить комментарий