Страницы

10.04.2015

Zabil Mədoj: Məqsədimiz TMV-ni sputnik dalğalarına çıxartmaqdır

Talış Milli Hərakatında müstasna yeri olan,TMV TV yaradıcısı və rəhbəri, şair Zabil Mədoj ilə müsahibəni sizə təqdim edirik.

-Salam, Zabil müəllim, sizi oxucular adından salamlayırıq. Oxucularımızın əksəriyyətinin gənclər olduğunu nəzərə alıb özünüz haqqında ətraflı məlumat vermənizi xahiş edirik.
-Hər vaxtınız xeyir olsun, əleyküməsalam! TalyshPost-un oxucularını əziz bayramımız olan Nəvuzun daxil olmağı münasibəti ilə təbrik edir və onlara işlərində uğurlar diləyirəm. Özümün barəsində nə deyə bilərəm? 12 iyul 1962 cı Masallı rayonun Mədo (Mahmudavar) kəndində anadan olmuşam. Orta məktəbi başa vurandan sonra 1978-ci ildə Bakıda 14 nomrəli peşə məktəbində oxumuşam. Atamın xəstəliyi ali məktəbə daxil olub oxumağıma çətinlik törətdiyindən, bir müddət Nərimanov neft mədənində neft quyularının istismarı üzrə yeraltı və yerüstü operator vəzifəsində işləmişəm. 1980-cı ildə Sovet ordusu sıralarına çağrılmışam. 1982-ci ildə ordudan tərxis olunub doğma kəndimə qayıtmışam. Artıq təhsil almaq imkanım olmadığımdam içtimayi əməyə başlamışam.
Bir müddət Bakı Azbosemet zavodunda, sonralar 3 ilə yaxın Ulyanovsk vilayətində çalışmışam. Daha sonra yenidən doğma kəndimə qayıdıb, 1990-cı ilədək orda yaşamalı omuşam. Həyatımın ən mənalı və qiymətli yaşayış anlarını ancaq kəndimdə 7 il müddətində yaşadığım müddəti sayıram. Sonralar Rusiyanın Peterburq şəhərinə köçmüşəm və indi də orda yaşayıram.

-Mümkündirsə TMV TV haqqda ətraflı məlumat verərdiniz. Niyə Azərbaycanda, yox məhs Sankt-Peterburqda fəaliyyətə başladınız?
-Əvvala onu deyim ki, mən Rusiya vətəndaşıyam. Rusiyada bütün millətlərə qarşı əsil tolerantlıq nümünəsi nümayiş edilir, hər bir vətəndaş öz ana dilində bütün mədəni və hüquqi azadlığa malikdir. Niyə axı belə azadlıqdan istifadə edib xalqımızın unikal mədəniyətini və eləcə də son illərdə xalqımızın həyatında qalaq vurmuş problemlərini dünyaya yaymayaq?! TMV talışın qeyrətli övladlarının halal zəhməti ilə ərsəyə çatdırdırılmış tam talış proektidir. Azərbayacanda belə bir işi ərsəyə gətirmək mümkündürmü? Elə isə bu işi dövlət öz xalqı üçün özü qurmalıdır; bu özünü dünyada tolerant və demokrat kimi tanıdan həmən dövlətin ümdə borcu olmalıdır. Əfsus ki, onların əməllərində bunun əksini görürük. Talış kimi aborigen bir xalqa qarşı az qala düşmənçilik mövqeyi nümayiş etdirir.

-İndiyə qədər çox məşğul insan olmusuz. Yaxın 5-10 ildə daha çox nələr etməyi hədəfləmisiz?
-Doğrusu mənə planlarım haqqda əvvəlcədən danışmaq düşmür. Amma ən böyük planımız TMV-ni sputnik dalğalarına çıxartmaqdır. Bu sahədə işlər görülür və güman ki yaxın gələcəkdə belə bir sevindirici hadisənin şahidi olarıq.

-Eşitdiyimə görə maliyyə çatışmamazlığı ucbatından bəzi proyektləriniz yarımçıq qalıb.
-Bəli, maliyə problemlərimiz var və çoxlu proektlərimiz yarımçıq qalır, həm də bu tv-nin efir keyfiyətinə mənfi təsirini göstərir.

-Belə demək mümkünsə, hazırda çalışdığınız vəzifə “qalstuklu vəzifədir”. Ancaq yaradıcılıq daha çox nizamsızlıq sevir. Bu iki fərqli həyat tərzini özünüzdə necə cəmləşdirə bilirsiniz?
-Mən yalnız efirdə qalstuk taxmaq məcburiyətindəyəm. Bu tamaşaçılara hörmət və ehtiramdan irəli gəlir. Əslində isə yaşayışımda və geyim qarniturumda qalstukdan istifadə etmirəm. Yəni məcazi mənada verdiyiniz bu suala qısa belə cavab verərdim. Mən işləməyi sevirəm; yaradıcılıqla məşğul olmaq mənimçün istirahətdir.

-Sizcə, niyə şair təbiətli insanlara o qədər də ciddi baxmırlar?
-O baxır hansı şairə. Şeir yazan həvəskarlarla əsil şairi bir tutub müqayisə etmək olmaz. Əsil şair xalqın döyünən ürəyi, düşünən beynidir. Əlbəttə şair adını daşıyan və məddahlıqla məşğul olan cızma-qaraçılara heç şairlər özləri də ciddi baxmırlar.

-Gənc şairlərdən kimləri bəyənirsiniz?
-İstərdim bu məsələdə çox nikbin olum. Amma əfsuslar olsun ki, cavan yazarlarımızın yazdığı şeirlərdə natamamlıq həddindən artıq çoxdur. Bununla belə Rizvan Şıxızadə və Mirfəyaz Likməkani iti beynləri və məhsuldarlıqları ilə digərlərindən fərqlənirlər. Amma onlar da öz üzərlərində işləməli və kamilləşməlidilər.

-Zabil müəllim, son onilliklərdə dünyanın əksər hissəsini ağuşuna almış qloballaşma, inteqrasiya deyilən proseslər Talışlara da öz müsbət təsirləri ilə yanaşı, kifayət qədər mənfi təsirlərini də göstərməkdədir. Bəzi milli-mənəvi dəyərlərimizin itmək təhlükəsi altında qalması da həmin prosesin mənfi tərəflərindəndir. Etiraf edək ki, son dövrdə “müasirlik” adı altında xaricdən gələn bütün dəyərləri ağına-bozuna baxmadan qəbul edərək, milli dəyərlərimizi tapdamaqda olan bir çoxluq formalaşıb. Sizcə, nə etməliyik?
 -Qlobollaşma prossesi nəinki talışların, eləcə də bütün dünya millətlərinin mentalitetində eybəcər dəyişiliklər edir və onları deqrodasiyaya uğradır. Bu təsir dövləti və siyasi statusu olmayan millətlərin əriyib assimilyasiya olmaq prossesini bir az da sürətləndirir. Bu işi ailə və cəmiyət daxilində qoruyub saxlamaq demək olar qeyri-mümkündür. Hərçənd ki, bəzi sadəlöhvlər bunu mətbəxdə və cəmiyyət şəraitində yola qoyası hesab edirlər. Əsla belə deyil. Hər bir millətin milli-mənəvi dəyərlərini saxlaması üçün hökmən dövlət qayğısı olmalıdır. Əfsuslar olsun biz talışlar belə bir qayğıdan 300 ildən çox bir müddətdir məhrumuq. Bu sahə də mən çox pessimistəm. Bizim işimiz çox ağırdır. Tarixin səhnəsində əriyib yox olmaq dövrünü yaşayırıq. Çox əfsus!

-Adətən bütün xalqların həyatında böhranlı dönəmlərdə ziyalı sözü, ziyalı mövqeyi mühüm rol oynayıb. Sizcə bu baxımdan Talış ziyalısı öz üzərinə düşən missiyanın öhdəsindən layiqincə gələ bilirmi?
-Mən bu sözü həmişə demişəm və indi də təkrarlamaq məcburiyətindəyəm. Yaşadığımız əsrdə talışın özünəqayıdışında xeyri ola bilən ziyalılarımız həddindən artıq azlıq təşkil edir. Və məhz talış kökənli ziyalılar öz xalqının mədəniyətini qaldırmaqdansa başqa xalqlara xidmət etməyi üstün sayırlar. Çox təəssüflə qeyd etmək istərdim ki, hazırda onlar passivlikləri ilə millətin seçilən təbəqəsidirlər.

-Öz aydın, qətiyyətli fikirləri ilə cəmiyyətə örnək olan, onlara haqsızlıqla mübarizədə cəsarət və ruh verən çoxmu ziyalımız var?
-Həddindən artıq az. Demək olar yox dərəcəsində, az!

-Həyatda şanslı insan olduğunuzu düşünürsünüzmü?
-Xalqıma, onun mədəniyyətinə, dilimizin inkişafı və formalaşması yolunda tutduğum yola görə fəxarət duyuram. Və məhz bu işdə müəyyən nailiyyətlərimə görə özümü şanslı sayıram.

-Sonda fikirlərinizi necə yekunlaşdırmaq istərdiniz?
-Elə bilirəm hələ yekun sözü deməyin vaxtı deyil. Qaldı oxucularınıza onu deyərdim ki, bütün var-gücümlə, son nəfəsimə qədər xalqımın mədəniyətinə xidmət, onun dilinin ölü dillər sırasından çıxardıb yüksəkliklərə qaldırmaq yolunda çalışacam. Bu işdən yalnız uca Allah məni usandıra bilər! Xıdo bə Tolışi ovand bıdo!
    
Söhbətləşdi: Rais. F. Həmidov      az-talyshpost.org

Комментариев нет:

Отправить комментарий