Страницы

10.04.2015

İran və ətrafdakı rəqiblər

Bu barədə yazmaya bilmərəm. Müsəlmanlar içərisində yol ayrılığı var. Ən böyük yol ayrılığı da şiə və "sünni"dir. Şiələr bir dövlətdə hakimdirlər- İranda. İraqı da daxil etmək olardı, amma, unutmamalıyıq ki, ora işğaldan azad olmayıb. 
Digər müsəlman ölkələrində hökumətlər "sünni"dir. Çox sayda dövlətdir. Həmin dövlətlərdən Körfəz monarxiyaları (Oman istisna olmaqla) İranla düşmən, Misir, Türkiyə və Pakistan İranla rəqib, Afrikada yerləşən bir çoxu da elə Körfəz monarxiyalarının sözü ilə oturub durandırlar. 
Belə ətrafda İran təkdir. 
Real politiklə İran düşmən və rəqiblərin arasında tək qaldığı üçün İsrail və Amerika ilə müttəfiqlik edib öz təhlükəsizliyini təmin etməli, varlanmalı, silah-sursat anbarını genişləndirməli idi. Mən bəlkə də, öz ağlımla belə edərdim. Amma, əksi görünür. 
Körfəz monarxiyalarının ona düşmənçilik, digərlərinin isə ona rəqabət etdiyi bir şəraitdə İran üstəlik antiamerikanizm siyasəti aparır, İsrail rejimini isə əsas düşmən elan edib. Körfəz monarxiyaları və İranın digər rəqibləri saylarının və resurslarının İrandan qat-qat çox olmasına baxmayaraq İrana qarşı ABŞ və İsraillə müttəfiqlik edirlər. Hətta Yəmən məsələsində ABŞ-dan İrana qarşı kömək istəyirlər. 
Kerry İranı Yəmən məsələsinə görə xəbərdar edib, Amerika Səudiyyə üçün Yəmən və İrana qarşı silah təchizatını sürətləndirir, Pakistana 1 milyardlıq silah göndərir (təbii ki, İrana qarşı), Türkiyəni NATO qoruyur, ötən gün isə Avropa İttifaqı İranın 32 şirkətinə və bir bankına yenidən sanksiya tətbiq etdi. 
İran ortada təkdir, ətrafda isə "sünni" hökumətlər, Amerika və İsrail rejimi. Hamısı da ona qarşı birləşib. 
Bu mənzərədən görünür ki, müsəlman ölkələrinin dövlətləri arasında əsl İslama meylli olan elə İranı idarə edən sistemdir.

Комментариев нет:

Отправить комментарий