Страницы

12.05.2015

Amerikançılıq nədir -6

VI yazı: Psixi pozğunluqdan bu və ya digər formada əziyyət çəkməyən ailə demək olar ki qalmamışdır

Bu ölkədə buraxılan xəritələrdə ABŞ vərəqin düz ortasındadır, Afrika və Avstraliya isə xəritəyə salınmamışdır

 “Sivilizasiya” hara gedir? Əgər “sivilizasiyalı ölkələr” sırasına daxil olmaq üçün pozğunların fəaliyyətinin leqallaşması məcburi şərt kimi irəli sürülürsə, bu inkişaf bəşəriyyəti hara aparır?
 Əyyaşların, narkomanların, QİÇS və digər dəri-zöhrəvi xəstəliyinə tutulanların, psixi pozğunluğa düçar olanların sayı durmadan artır- Qərbin müasir insanları üçün əsəblə bağlı dərman gəzdirmək adi hal almışdır. Xəstəliklərin qarşısının alınması və onlara nəzarət edən mərkəzin məlumatlarına görə təqribən 19 milyon amerikalı depressiyadan əziyyət çəkir- bu xəstələrin ən böyük arzusu ölməkdir. Ürək xəstəliklərindən (7 milyon), xərçəngdən (6 milyon) və QİÇS-dən (200 min) əziyyət çəkənlərin sayı da durmadan artır. ABŞ-da hər 17 dəqiqədən bir kimsə intihar edir. İctimai və psixi kömək xidmətləri birlikdə yaradılır. Vaşinqtonda psixi sağlamlıq üzrə prezident komissiyası bəyan etmişdir ki, əhalinin dörddə biri bu və ya digər formada güclü emosional stress yaşayırlar. Psixi sağlamlıq institutundan olan psixoloq təsdiq edir ki, psixi pozğunluqdan bu və ya digər formada əziyyət çəkməyən ailə demək olar ki qalmamışdır- psixi gərginlik Amerika cəmiyyətində təhlükəli həddə çatmışdır.
 İrland yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Bernard Şou deyirdi ki, 100 faizli amerikalı- 99 faiz kəmağılıdır. Amerika təhsil və tərbiyə sisteminin mənəvi əbləhlər törətdiyi heç də təəccüblü deyil. Heç bir ölkədə ABŞ-dakı qədər kütbeyin, ifadəsiz simalara rast gəlməzsiniz. Belə bir şəraitdə mərhəmət və vicdanlılıq kimi keyfiyyətlərini qoruyub saxlaya bilən adamlar, ən yaxşı halda, infantil adamlardır və onlar lazım gəldikdə öz xoş hisslərini qorumağa qadir deyillər. Amerikalılar ən yorucu və cansıxıcı həmsöhbətlərdir. Onların maraqları demək olar ki, həmişə yalnız dörd şey ətrafında dolaşır- pul, bazarlıq, maşın və seks. Orta məktəbi bitirən amerikalıların yarıya qədəri funksional baxımdan savadsızdırlar, yəni normal yazmağı və oxumağı bacarmırlar. Universitetlərin buraxılış kurslarında oxuyan böyük bir qrup arasında aparılan sorğu göstərdi ki, onların əksəriyyəti Amerikanın nə vaxt kəşf edildiyini hətta 50 il xəta ilə də göstərə bilmir, hər dörd nəfərdən biri K.Marksın əsəri ilə ABŞ konstitusiyasını fərqləndirə bilmir, təxminən 40 faizi şimalla cənub arasında müharibənin neçənci ildə başlandığından xəbərsizdir.
 Vaxtilə SSRİ-də yaşayanlara deyəndə ki Amerika məktəblilərinin əksəriyyəti elə fikirləşir ki, SSRİ Meksika ilə sərhəddə olan ölkədir, biz bunu təbliğat kimi qəbul edirdik. İndi isə elit kolleclərin buraxılış siniflərində keçirilən sorğunun nəticələri ilə tanış olmaq imkanımız yaranmışdır: onların əksəriyyəti ABŞ-da vətəndaş müharibəsinin nə vaxt və kimlər arasında olduğunu bilmirlər, Rusiya-Meksika sərhədi ilə bağlı deyilənlər doğrudur. Kədərli olan bu biliksizlikdən daha çox məktəblilərin öyrənmək istəyinin olmamasıdır. “Vasington ProFile” ABŞ-ın təhlili haqqında kədərli məlumatlar verir. Amerika müəllimlər federasiyası məlumat verir ki, məktəblilərin ölkənin tarixi ilə bağlı bilik səviyyələri ildən-ilə aşağı düşür. Amerika məktəblərində 8-ci sinif şagirdləri arasında keçirilən monitorinq göstərmişdir ki, cavanların əksəriyyətinin İkinci dünya müharibəsində hansı ölkələrin iştirak etmələri haqqında anlayışı belə yoxdur. Amerika dərsliklərində çoxlu sayda dəqiqsizlik və səhvlər vardır. Dərsliklərdən birində yazılır ki, ilk atom bombası Yaponiyaya yox, Koreyaya atılmışdır. “Napoleon Vaterloo döyüşündə qalib gəlmişdir” cümləsi biliksizliyin, avamlığın ən yüksək göstəricisidir. Dərsliklərin müəllifləri çox vaxt şəxsi fikirlərini yuxarı dairələrin qəbul etdiyi fakt kimi təqdim edirlər. Təhsil sahəsindəki amerikalı mütəxəssislərin səhvlərlə mübarizə aparmaq üçün irəli sürdükləri təkliflər arasında qeyri-adi təklif də vardır: onlar dövlətin tarixi üzrə dərslikləri ləğv etməyi təklif edirlər. 2002-ci ildə ABŞ Milli Coğrafiya Cəmiyyəti 18-24 yaşlı amerikalılar arasında sorğu keçirmişdir: amerikalıların 87 faizi həmin vaxt Amerikanın müharibə etməyə hazırlaşdığı İrakı, 29 faizi Sakit okeanı, 11 faizi isə ABŞ-ı xəritədə tapa bilməmişlər. Amma 55 faiz amerikalı vətənpərvərcəsinə belə hesab edir ki, ABŞ düz yerin mərkəzindədir. İctimai rəyə sayıqlıqla reaksiya verən müasir kartoqraflar bu fikrin yaranmasına təkan verirlər: ABŞ-da artıq dünyanın bir neçə coğrafi xəritəsini buraxmışlar, burada ABŞ vərəqin düz ortasındadır, Afrika və Avstraliya isə xəritəyə salınmamışdır. Doğrudan da sadə adamların mövcudluğu haqqında təsəvvürləri olmadığı halda daha iki materiki sırımağın nə mənası var? Onsuz da bədbəxt yankilər öz milli təhlükəsizlikləri üçün daim təhlükə yaradan Asiya haqqında, onun Əfqanıstanı, İraqı haqqında eşitməkdən yorulmuşlar.
 Keçmiş SSRİ ərazisindən hal-hazırda yaradılmış çətinliklər ucbatından Amerikaya üz tutan emiqrantlar da qeyd edirlər ki, Amerikada yaşamaq çətindir, belə ki burada yerli əhali tamam savadsızdır. Gəlmələr bir-birləri ilə ünsiyyət qurmağa üstünlük verirlər. Amerika təhsil sistemində dünya xalqlarını savadsızlıq girdabına sürükləmiş test sistemi mövcuddur; bir sualın üç cavabı verilir, düzgün olan bir cavabı tapmaq lazımdır. Bu sistem bütövlükdə biliyi məhv edir. Adam öz idrakına müraciət etmir- bu lazım da deyil, burada gümanlar əsasında, ya da eşitdiklərini xatırlamaqla güman etdiyi yaxın cavab qeyd olunur. Artıq bu sistemi masonlar bütün dünyaya yaymağa başlamışlar. 
 1886-cı ildə Rusiyada 5-ci sinif şagirdləri üçün nəzərdə tutulan ümumtəhsil testlərinin suallarını 1996-cı ildə Amerika məktəblərinin müəllimlərinə vermişlər- heç bir müəllim bu sualların heç olmasa yarısına belə cavab verə bilməmişdir! Bu o deməkdir ki, ABŞ-da orta təhsil sistemi bərbad vəziyyətdədir. Test zamanı o da məlum olub ki, amerikalı müəllimlər Günəş sistemində neçə planet olduğunu belə bilmirlər, heç bilmək də istəmirlər. Maraqlıdır ki, sorğudan sonra dəqiq cavabla yalnız bir amerikalı maraqlanmışdır, o da Berlindən olan alman olmuşdur.
 “Nyu-York Tayms” qəzeti yazır ki, amerikalılara elementar riyazi məsələ təklif olunmuşdur: A məntəqəsindən B məntəqəsinə gediş haqqı 10 dollardır. B məntəqəsindən S məntəqəsinə gediş haqqı 5 dollardır. A-dan S-yə isə gediş haqqı 13 dollardır. B məntəqəsinə girmədən A-dan S-yə getməklə nə qədər qənaət etmək olar? Sorğuda iştirak edənlərin 40 faizi bu məsələni həll edə bilməmişdir. Amerikada xüsusi təqvimlər satılır və onun arxa tərəfində istənilən məbləğdə pulun 20 % çaypulunun dəqiq cədvəli verilir, onlar özləri bu 20 %-i tapa bilmirlər. Ümumiyyətlə, Amerikada dövlət təhsil sisteminin necə qurulması Hollivud filmlərində açıq verilir, cəsur dəniz piyadaçısı, əlbəyaxa vuruşma üzrə təlimatçı qorxmadan orta məktəbə işləməyə gedir: o burada ciblərində tapança olan bığlı-saqqallı kişilərə bizim üçüncü sinif şagirdlərinin keçdiklərini öyrədir. 
 Bəzən deyirlər ki, guya amerikalılar öz tarixlərini yaxşı bilirlər. Lakin Amerika vətəndaşlığı almaq üçün müraciət edənlərə hazırlanan imtahan biletlərinin suallarına belə onlar cavab verə bilmirlər. C.Vaşinqtonu, Kolumbu tanıyırlar, yerdə qalan suallar isə onlar üçün naməlumdur. Amerikalılar özləri deyirlər ki, uşağı kollecə vermək paltarı camaşırxanaya vermək kimi şeydir. Verdiyinizi geri götürəcəksiniz- ancaq çox vaxt o tanınmaz halda olacaqdır. Hər bir adamı universitetə gətirmək olar, ancaq onu düşünməyə vadar etmək olmaz. Amerikalılar özləri kinayə ilə deyirlər ki, hər bir universiteti qurtaran məzun sonra altı ay saç ustası, daha altı ay taksi sürücüsü işləməlidir, yalnız bundan sonra o əsil savadlı adam ola bilər. Onların fikrincə, pul ödəməklə qazanılan təhsil daha uzun müddət yaddaşda qalır. 
 Məşhur Amerika fiziki Mitio Kaku deyir: “ABŞ mənim tanıdığım təhsil sistemləri arasında ən pisinə malikdir. Bizim məzunlarımızın bilikləri, 3-cü dünya ölkələrin məzunlarından belə aşağıdır. Bizim Tv verlişlərə və realiti-şoulara baxın- biz səfehlər nəslini yetişdirik. Bəs necə olub ki, ABŞ-nın elmi elitası indiyədək süquta uğramayıb? Mən sizə deyim: ABŞ gizli silaha malikdir. Bu əcnəbi alimlər üçün H-1B vizasıdır. Google haqqında unudun, silikon vadisi haqqında unudun- bunların hamısını amerikanlar yox, miqrantlar yaratdılar. ABŞ Hindistandan, Çindən, Rusiyadan ən yaxşı beyinləri oğurlayır. Özümüz isə ancaq səfehləri yetişdiririk”.
 Yəhudi əsarətinin və mason siyasətinin nəticəsində ABŞ-da təhsilin, xüsusən də orta təhsilin məhv edilməsi artıq faktdır. Amerikalı məktəblilərin səviyyəsi durmadan aşağı düşür. İldən ilə təhsillə bağlı büdcənin miqdarı artsa da bu gün orta məktəb məzunlarının əksəriyyəti səhvsiz öz ev ünvanlarını yaza bilmirlər, dördü ikiyə vurmaq üçün kalkulyatordan istifadə edirlər. Daha çox valideynlər bunu dərk edir və uşaqlarını məktəbə buraxmayıb evdə köhnə dərsliklərlə özləri onlarla məşğul olurlar. Yəhudilərin əlində olan dövlət məktəbləri bilik vermir, özəl məktəblər də ki çox bahadır. 
 Amerikada fizika müəllimləri assosiasiyası iki il yarım ərzində ABŞ-ın orta məktəblərində şagirdlərin 90 %-inin istifadə etdikləri dərslikləri araşdırmışlar. Araşdırmalara yekun vuran professor C.Xubits bildirmişdir ki, dərsliklərdə həddindən artıq səhvlər, predmetə aid olmayan şəkillər vardır. Onun fikrincə, bu dərsliklərdə olan səhvləri göstərmək üçün 500 çap səhifəsi lazım olmuşdur.

İbrahim Sel                             (Ardı var)

Комментариев нет:

Отправить комментарий