Страницы

12.05.2015

İnsan bilmədiyinə düşməndir

Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -14

Tahir Abdullayev: Bu gün 7-ci sinifdə oxuyan bir avropalı şagirdin keçdiyi dərs materialını Azərbaycanda və eləcə də postsovet ölkələrində 4-cü sinifdə oxuyan şagirdlər keçir. Sovet təhsil sistemi Avropa ilə müqayisədə o qədər mükəmməl olub ki onu tam məhv edə bilmirlər. Hələ bu azmış kimi Avropada uşaqlara mənəviyyat, sevgi, vətənpərvərlik hissləri aşılayan qərb xalq nağıllarının, əfsanələrinin çapını və yayımını qadağan edirlər. Çox təəssüf ki, bizim millət belə şeylərdən xəbərsizdi.
Elçin Bayramlı: Azərbaycan müxalifətinin problemi bilirsinizmi nədir? Bunların arxalandığı qüvvə xalq deyil, Amerika Birləşmiş Şeytanlarıdır. Məhz bu səbəbdən bunlar heç vaxt hakimiyyətə gələ bilməyəcəklər.
Sübhan Padarsoy: İnana bilmirəm, eyni ildə 1981-ci ildə Reyqan administrasiyası və CIA, amerikan imperializminə qarşı, neft korporatokratiyasına, Amerikanın petrol maraqlarına qarşı inadla muqavimət göstərən Latın Amerikasının iki liderini -Ekvador prezidenti Jaime Roldos və Panama prezidenti Omar Torrixo- hər ikisi eyni ildə təyyarə qəzasında qətl edildi, bütün dünya şok işində qalmışdı. Yetər artıq, bəsdir! Dünya bu iblisdən, şeytandan xilas edilməlidir, bu mütləqdir! Daha nə qədər xalqı zavallı edəcəklər? Daha nə qədər xalqın içindən gələn liderlər qətl ediləcəklər? Bu şeytanlığa, siyasətin iblis və ən əxlaqsız hərəkətlərinə son qoyan olacaqmı? Lənətə gəlsinlər! Tək deyə bildiyim odur, Allahın lənətinə gəlsinlər!!! Latın Amerika xaqları inadına hələ də mükəmməl duruş sərgiləyirlər, Allah o xalqların yanındadır, həmişə yanlarında olsun, Amin!
Müslim Abdullah: Onillərdir Çinin uyğurlara etdiyi zülmlər barədə təbliğat gedir. Guya Türkiyə də onlada hamilik edir. Artıq Suriyada ən-Nusra və digər terror qruplaşmalar tərəfdən döyüşən minlərlə uyğura rast gəlmək olar. TC-nin, AKP-nin uyğurlara olan xüsusi qayğısı nəticəsində artıq uyğurlar Çindən Türkiyəyə gətirilir, oradan Suriyaya göndərilir və Suriyada da terrorçuluqla məşğul olurlar.
Azər Abdulov: Azərbaycanda azərbaycanlılar Rusiyadakı özbəklərdən pis yaşayır. Heç günəmuzd iş də tapa bilmirlər. İnanmırsız qul bazarlarına yaxınlaşın.
Nuray Dəniz: Turançılıq, Tenqriçilik evini yıxacaq bəzilərinin. Türkiyədə nə var, kasıb ölkədi. Bizim neftimizə, qazımıza göz dikib. Kasıb ölkənin üstünə özünüzü yıxmağın mənası var? Maraqlı odur ki Bizim yol kimi səhifələr də onlara dəstək olur. Keçəl suya getməz, boş ümidlərdir hamısı.
Seymur Abbas: Neft qurtaranda Ceyhandan Bakıya obratnı neft gəlməyəcək).
Vüqar Rəsulov: Allah bizə Quran göndərib, İsrailə isə Sionist rejimlərlə istisadi və s. inkişafa görə müsəlmanları qırdıran Ərdoğan kimi məlunlar!
Elşən Cəfərov: Sadəcə tarix təkrar olunur. Osmanlı imperiyasında yüz minlərlə Anadolu türkməni məhz ələvi olduğuna görə edam edilmişdi. Məhşur Pir Sultan Abdal məhz “Qıralım qapıları şahımıza gedəlim” şeirinə görə Türkiyə sultanının paşası Xızır tərəfindən edam edilmişdi.
Miri Salayev: Görünən budur ki, İranı ağıllı kişilər idarə edir. Fitnəli fikirlər şiədən uzaqdır.
Qulu Əbülfəzov: Məhşur astroloq Pavel Qloba intervülərin birində qeyd etmişdi ki, İran dövlətinin gələcəyi çox güclü olacaq. Çünki onlar milli dəyərlərə çox önəm verən millətdirlər.
Nurlana Həşimova: Bu yaxinlarda izlədiyim bir filmdə satmağa aparılan qullardan birini döydüyü üçün ABŞ sahibkarı dostunu gülləylə vurur. Soruşanda deyir ki, səni bazara apasam, heç nə verməyəcəklər, amaa o qula görə 100 dollar alacam... İnsan yox, pul amili Amerikada əsas rol oynayır.
AnarXist Anar-Xist: Osmanlı ordusunda erməni əsilli general (Andranik) olduğunu bilirik, Rus çar ordusunda da Mehmandarov, Şıxlinski oldugunu bilirik. Bəs Osmanlı ordusunda azərbaycanlı general olub?!
Ayaz Mütəllibov: Müttəfiq respublikaların tədricən tam sərbəstliyə və suverenliyə qovuşmalarının real həlli başlamışdı. Müstəqilliyə qovuşmanın Azərbaycan variantına ehtiyac yox idi. Amma AXC liderləri günü bu gün də təsdiq edirlər ki, azadlıq yolunu yalnız qan qısaltmalıydı.
Yafəs Türksəs: Qazın, işığın, suyun, benzinin qiymətlərinin qalxması xəbəri Azərbaycanda Türkmənbaşıya xalqımızın ehtiramını artırdı.
Əhməd Rəhmanov: Görəsən Müxalifət liderlərinin arxasınca gedənlər bir dəfə də olsun özlərinə sual verib ki, nəyə görə sıravi partiyaçı fəallar həbsə salındıgı vaxt, bir nəfərdə olsun Lider həbsdə olmayıb? İqtidarla yaxın qohumluğu olanlar yəni belə pis qohumdular ki, iqtidar onlara isti yer verməyib, gəlib müxalifətci olub? Bunu sözgəlişi dedim aa... Ürəyinizə pis gəlməsin))) Sadəcə Çar dövründə həbsxanalardan çıxmayan, sürgünlərdən qacan kommunist liderlərinin pisləyəndə, bir az öz ətrafınıza da baxın.
Əfşar Süleymani: Vəzifələrdən tutmuş hər şeyə qədər pulla satılır. Nazir, nazir müavini olmaq üçün… hər vəzifənin öz qiyməti var. Belə olmaz ki… Normal dövlətlərdə buna vəhşilik kimi baxırlar.
İskəndər Həmidov: Hər qaçqın ailəsindən bir nəfəri vəzifəyə götürürdüm ki, ailəsini saxlasın.
Yardımlı və Yardımlısevərlər: Bütün azərbaycanlılar bilir ki hüquqlarımızın tapdalanmaması üçün, yaşayış səviyyəmizin yaxşılaşması üçün, ümumiyyətlə adam kimi yaşamaq üçün Azərbaycan Rusiyanın tərkibində olmalıdır. Ançaq heç kim demir, “axı çammat nə deyər”lərə görə...
Əhmədov Qoşqar: 90-cı illərə qədər tərbiyəli cəmiyyət, kreditsiz həyat, vahhabisiz, nurçusuz, fahişəsiz, narkomansız cəmiyyət, yüksək səviyyəli təhsil, pulsuz təhsil, səhiyyə, havayı ev, kəndlidən idarə müdiri, “su” qiymətinə işıq, qaz... var idiyaaaa, bax onları düz 95 il bundan qabaq 28 Apreldə qurulan Sovet hökuməti gətirmişdi bizə. Özü də o dövrdə bu gündə içimizdə olan anqlo-saks cəsuslarını məhv edə-edə.
XI Legion: Əslində Osmanlıdan ermənilər, yox şiələr təzminat almalıdırlar. Çünki osmanlılar dəfələrlə şiələri soyqrıma məruz qoyub dövlət səviyəsində.
Elman İslamov: Mən ədalət naminə 1-2 qeyd etmək istərdim. İran Zəngilan-Qubadlı məsələsində həqiqətən kömək elədi daha böyük Xocalının olmaması üçün, hətta artilleriyasından da istifadə etdi, yəni erməni silahlılarını çayın sahilinə gəlməyə qoymadı və rəsmi olmasa da şifahi erməniləri xəbərdarlıq etdi ki, əgər yaxın gəlsələr İran ordusu fəaliyyətə keçəcək, bununla da daha böyük qırğının qarşısı alındı. Bundan əlavə 200 000 qaçqını öz himayəsinə götürmüşdü, insaf naminə desək İranin elədikləri danılmazdı... Bu həmin illər idi ki qardaş dediyimiz Türkiye Ermənistana taxıl-buğda verirdi. İranı özümüzdən küsdürdük. Səbəbi isə Elçibəyin Türkiyədə açıq şəkildə deməsi ki, İranı parçalyacağız, bayrağımızı Pekində taxacağız... Bununla da biz İranı itirdik o naşı Prezidentimiz sayəsində. Günah bizdədi. İran dünyada ən qədim dövlətçilik ənənəsinə malikdi, dünən yaranmış dövlət deyil. Sistem dəyişə bilər ancaq dövlət anlayışı dəyişməzdi.
Şeyx Nəsrullah: Ruslar şərq məsələsində həmişə düzgün mövqe tuturlar.
Fizuli Zahidov: Putin bu başıyaylıqlı vahhabi ərəb köpəklərinden 1000 dəfə daha çox müsəlmandır.
Nizami Məmmədov: Bilmirsiniz Məkkə və Mədinə əslində ingilislərə məxsusdur ki?
Fizuli Şəfiyev: ABŞ-ın rəhbərliyi ilə Suriyada koalisiya qüvvələrinin hava hücumlarından sonra İŞİd daha da güclənib Liviyaya qədər genişlənib.)) ABŞ təyarələri çox güman ki, göydən toxum və gübrə səpirlər)).
Ceyhun Salahov: İran İslam Respublikası ən şərəfli İslam ölkəsidir. İraqda, Suriyada, Fələstində, Livanda- harda məzlumiyyət oldusa, ilk anda bu İslam dövləti yardıma tələsdi. Yerdə qalan vahhabi ərəb ölkələri kimi, Türkiyə kimi Amerikan itlərinin isə nə İraqda, nə Fələsitndə- heç bir vaxt heç bir yerdə məzlumlara heç bir xeyri dəymədi. Əksinə adları çəkilən bu kölə dövlətlər həmişə sionist İsrailə dəstək oldular.
Tofik Səfərzadə: Türklər tarixən şiələrə düşmən kəsiliblər. Dahi Şah İsmayıl Xətai dönəmindən. O zamanlarda bu bişərəflər avropalıların köməyi ilə Şahın qurduğu möhtəşəm Azərbaycan dövlətini xəyanetcəsinə işğal etdilər. Sırf teəssübkeşlik- məzhəb baximından. Şah Ismayil Xetai oz serlerinde yazib''men Eli zatiyam''Dahi Seyx Nizamide əbəs yerə deməyib: “Türk dili yaraşmaz Şah nəslimizə, əskiklik gətirər Türk dili biz”. 1918-ci ildə bu işğal Türkiyə-Almaniya-İngiltərə tərəfindən təkrarən baş verib. Həmin şərəfsizlik bu gün də davam edir. İstər Suriyada, İraqda, Yəməndə. Amma çox keçməz ki, Türkiyə özü param-parça olacaq inşAllah.
Brandon Taylor: Bunların manqalına su tökməsən mümkün deyil. Türkiyə parçalanıb Yunanıstan, Suriya, İraq, İran və Azərbaycan arasında bölünməlidir.
Hüseyn-Zadə: Kim necə düşünür düşünsün, mən hesab edirəm ki, Azərbaycanın 1 nömrəli düşməni Türkiyədir.
Məmmədova Gülü: O İŞİD murdarxanası Amerikanın istehsalidir. Onu yaradıb ki, Yaxın Şərqdə insanlara dağ çəksin.
Nizami İlkin: Qərb xalqlarını bu gün seksual inqilab məhv edir, onların uzağı 30-40 il ömürləri qalıb və onlar bunu etiraf edirlər. Əgər bu xalqlar hansısa formada cəmiyyətdə seksual qadağalar tətbiq etməsələr, yəni geriyə qayıtmasalar, məhv olacaqlar. Bu da sizə irəliləyiş!
Anar Məmmədov: Azərbaycanda 93-dəki ssenari indi Ukraynada həyata keçirilir...
İbrahim İmanlı: İnsan bilmədiyinə düşməndir.
Rusiya Dağılacaq: Azərbaycan o ölkədir ki, orda kürd klanının hegemoniyasının qarantı türk millətçiliyidir.
Anar Musayev: Zarafatsız biz SSRİ-ni niyə dağıtdıq ki?..
Taleh Məmmədov: Eşitdim mitinqdə yenə Elçibəy-Elçibəy qışqırıblar. Deməli zibili çıxdı, qardaş. Bir mitinqdə ki Elçibəy qışqırıblar, o mitinqdən bu ölkəyə xeyir gəlməz!
Şirməmməd Fərəcov: Türkiyə Azərbaycanla heç vaxt səmimi dost olmayıb, əgər lazım olarsa bizi qəpiyə satar. Bunu tarix həmişə sübut edib.
Elxan Zaman: Namaza başlamamış dostlar, qardaşlar, qohumlar, tam ciddi sözümdür: namaza başlayıb vahhabi olmaqdansa, yeyin, için (alkoqol), min hoqqadan çıxın və bilin ki, alkaş, narkoman, qumarbaz olmaq belə vahhabi olmaqdan daha savablıdır!
Mətləb Mütəllimli: İsgəndər Həmidov, vəzifəyə keçəndən sonra gözün ayağının altını görmürdü. Vəzifənə, general paqonuna, Cəbhə hakimiyyətinin adına yaraşmayan özbaşınalıqlara, xuliqanlıqlara yol verirdin. İndi niyə o dəlilikləri etmirsən, butulka atmırsan, jurnalistləri “bağaj”a soxmursan, televiziyaya hücum etmirsən, hakimiyyətin öz xalqına qarşı sərgilədiyi ədalətsizliklərə qarşı mübarizə aparmırsan? Bilirsən ki, Cəbhə dövründən fərqli olaraq, indi törədəcəyin xuliqanlıq əməlləri, ərköyünlük cavabsız qalmayacaq, məhz ona görə də “siyasətdən getmisən”.

Комментариев нет:

Отправить комментарий