Страницы

28.05.2015

Amerikançılıq nədir -7

VII yazı: Amerikalı müəllimlərin 80 %-i ikidə birin üstünə üçdə bir gələ bilmir- onların kəsr haqqında təsəvvürləri yoxdur

Oğurluq amerikalıların ümummilli xüsusiyyətlərinə çevrilib

 “KALİFORNİYA MÜHARİBƏSİ”. Kaliforniya ştatının müəllimləri aşkar etmişlər ki, onların məktəblərinin məzunları universitetdə oxumaq üçün hazır deyillər. Ona görə də universitet auditoriyalarında demək olar ki əsasən çinlilər oxuyurlar. Çinlilər, yaponlar, ruslar riyaziyyat, fizika, kimya sahəsində çox savadlıdırlar. Amma amerikalılar əlavə “elmlərdə”- əmək, kulinariya, makramedə (Amerikada həyat üçün faydalı olan belə bir predmet var) üstündürlər. Belə olduqda  yankilər təhsil üzrə komissiya yaratmışlar- komissiya universitetə qəbul olmaq üçün yuxarı sinif şagirdlərinin hansı məsələləri həll etməyini aydınlaşdırmalı idi. Riyaziyyat üzrə komissiyaya Nobel mükafatı laureatı Q.Siborq rəhbərlik edirdi- abituriyentlər üçün məsələləri o şəxsən özü tərtib etdi. Nobel əqli amerikalı uşaqların səviyyəsini yüksəltməyə yönəldildi. Siborqun tərtib etdiyi Amerika məktəbinin məzunlarının həll etməli olduğu misallardan biri: kalkulyatorsuz 111-i 3-ə bölün. Bu gün amerikalı məzunlar bunu həll edə bilmirlər. Amerikalı müəllimlərin 80 %-i ikidə birin üstünə üçdə bir gələ bilmirlər- belə ki onların kəsr haqqında təsəvvürləri yoxdur. Amerikanın fizika üzrə federal təhsil proqramı tələb edir ki, uşaqlar suyun iki faza vəziyyətini- maye və buz- bilsinlər. Siborq tələb etdi ki, proqrama 3-cü faza vəziyyəti- buxar da əlavə olunsun. Deyəsən çox da ciddi tələb deyil? Bəs sonra nələr baş verdi? Sonra baş verənlər “Kaliforniya müharibəsi” adı ilə tarixə düşüb: senatorlar və konqresmenlər məktəb proqramının bu qədər mürəkkəbləşməsinə qəti etiraz etdilər! Senatorlardan biri yüksək kürsüdən bəyanatla çıxış etdi: “Mən öz ştatımda seçicilərin 41,3 % səsini toplamışam- bu o deməkdir ki xalq mənə inanır. Mən xalqın nümayəndəsi kimi özüm başa düşdüyüm təhsil sistemi uğrunda mübarizə aparacam. Əgər mən nəyi isə başa düşmürəmsə, onda bunu bizim uşaqların bilməsi lazım deyildir”. 
 Digər senatorlar hətta kaliforniyalılara siyasət damğası vurmaq istədilər- onları irqi dözülməzlikdə və siyasi səhv buraxmaqda günahlandırdılar. Hətta çıxış edənlərdən biri bəyan etdi ki, fizika proqramına buxar haqqında məlumat daxil etmək irqçilikdir, belə ki universitetə qaraların qəbul olmasının qarşısını alır, çünki “heç bir zənci heç vaxt rəngi, iyi, dadı olmayan su buxarını başa düşə bilməz”. Bu “irqçiliyə qarşı çıxan qəhrəman” Amerika yaradıcısının, müstəqillik bəyannaməsinin müəllifi olan prezident T.Ceffersonun sözlərinin təkrarıdır. Prezident vaxtı ilə demişdir: “Heç bir zənci heç vaxt Evklidin həndəsəsini, onun müasirlərinin şərhini başa düşə bilməz”.
 ABŞ təhsil sisteminin səfeh bir vəziyyətdə olması göz qabağındadır. Kaliforniya müharibəsi iki il davam etmişdir. Xoşbəxtlikdən bu müharibədə Kaliforniya qalib gəldi. Və bu gün Kaliforniya təhsil proqramı federal proqramdan üstündür- kaliforniyalı uşaqların buxar haqqında məlumatları var. Amerika təhsil sistemində olan acınacaqlı vəziyyət barədə riyaziyyatçı olmuş bir alimin etirafı: “Uşaq vaxtı özüm sərbəst kitablardan istifadə edərək riyaziyyatla məşğul olmuşam. Mənim başımda iki təfəkkür, iki riyaziyyat olmuşdur- biri həqiqi, digəri müəllimlər üçün. Müəllimlərə partiya öyrətdiyi kimi cavab verirdim, başımda isə həmişə düzgün cavab olurdu. ABŞ-da ikili əxlaq olmadan heç nə etmək olmaz”. Amerikanın dünyanın hər yerindən çoxlu sayda alim gətirməsi təsadüfi deyildir- onlar öz alimlərini yetişdirə bilmirlər. 
 Qeyd edək ki, bu hal təkcə Amerika üçün səciyyəvi deyil; yəhudi-mason işğalı altında olan bütün ölkələrdə təhsilin vəziyyəti acınacaqlıdır, Fransada isə vəziyyət lap faciəlidir. 2002-2003-cü illərdə Böyük Britaniyada yuxarı sinif şagirdləri arasında sorğu keçirilərkən məlum olmuşdur ki, çətin yazılmasına baxmayaraq, uşaqların əksəriyyəti futbolçu Bekhemin soyadını düz yazmışdır. Ancaq bir soyadı onlar yazarkən səhvə yol vermişlər -Şekspir- bu, Böyük Britaniya həyatının bugünkü reallığıdır. 
***
 Hətta istehlak cəmiyyətinin ən qısqanc müdafiəçilərindən olan liberalizmin klassiki L.Mizes etiraf edir ki, ABŞ-ın ən yüksək dairə hesab olunan təbəqəsi ən varlı ailələrdən təşkil olunur. Bu “cəmiyyətdə” əksəriyyət nə kitabla, nə də ideyalarla maraqlanmırlar. Onlar görüşərkən ya kart oynayır, ya da mədəniyyət problemləri haqqında yox, daha çox idman haqqında danışırlar. Hətta kitaba qarşı biganə olmayanlar belə yazıçıları, alimləri, rəssamları ünsiyyət üçün maraqsız hesab edirlər. Burada ali təbəqəni və ziyalıları keçilməz uçurum ayırır. 
 ABŞ cəmiyyətində eqoizmin yüksəlişi ayrı-ayrı şəxslərin maraqlarının ictimai həyatın fokusuna, fırıldağına çevrilməsində təzahür edir. İnsan hüquqları haqqında deyilən gözəl sözlər eqoizmin cəmiyyətin dünyagörüşünün əsasına çevrilməsi faktını gizlədir. Eqoizm ictimai onanizmdir və bu pozğun başlanğıcla ictimai həyatın bütün sahələri qidalanır. Əslində əxlaq və eqoizm bir araya sığışmır belə ki əxlaq- ictimai normadır. Əgər hər hansı bir adam üçün ilk növbədə onun şəxsi personu vacibdirsə, onda burada hansı əxlaqdan danışmaq olar? Məsələn, əgər söhbər sənin şəxsi rifahından, xoş güzaranından gedirsə, onda oğurluq etmək günah hesab olunmur. Əgər tamahkarlıq tələb edirsə, onda başqa adamı öldürmək də günah hesab olunmur. Ən əsası “ilişməməkdi”.
 Məhz buna görə də bu gün ABŞ-da və digər kapitalist ölkələrində cinayətkarlıq gündən-günə artmaqdadır. Almanların zarafatla verilən “11 tələb”ləri var- o belə yekunlaşır: “Sən özünün tutulmağına (ilişməyinə) imkan verməməlisən”. Yəni bütün 10 tələbləri pozmaq olar, ancaq bu gizli qalmalıdır. Bax beləcə bu gün ABŞ-da müqəddəs kitablar da lağa qoyulur. Məsələ lağa qoyulmaqda deyildir, təsəvvür olunduğundan daha ciddidir. Bayağı bir həqiqət var: “Amerikalılar üçün milli idman növü – bəyannaməni elə doldurmaq lazımdır ki, dövlətə daha az qalsın”. Hər il vergi bozu ən azı 350 milyard həcmində olur. Bu o deməkdir ki, oğurluq amerikalıların ümummilli xüsusiyyətlərinə çevrilib. Həm də ona pis hal kimi baxmırlar, əksinə maraqlı bir şey kimi mifik don geyindirirlər. Dediklərimizin sübutu üçün daha bir fakt: ABŞ-da istintaq araşdırmaları nəticəsində məlum olmuşdur ki, 2005-ci ildə Katrin və Rita qasırğası qurbanları üçün ayrılan humanitar yardımdan milyard dollar oğurlanmışdır. Həm də bu o vaxt baş verir ki, fəlakətə düçar olanlar çadırlarda, vaqonlarda yaşayırlar- yəni amerikanlar başqalarının bədbəxtliyindən, düçar olduqları əzabdan pul qazanırlar.
 Qərb üçün illər boyu sosializm cəmiyyətində olan oğurluqdan danışmağı xoşlayırlar- bəs sosializmdə necə oğurlayırdılar? Bu uşağın kəkələməsinə oxşayırdı: laboratoriyadan bir şüşə spirt, tikintidən bir ovuc mismar götürürdülər. Kapitalizmdə isə belə xırda şeylər eyib sayılır, burda oğurluq böyük miqdarda- milyardlarla olur. Bu gün cəmiyyətdə baş verənlər, hər gün qarşılaşdığımız, bizə qəribə görünənlər qanunauyğunluq kimi qəbul olunmalıdır: yeni ictimai sistemin yaranması MDB məkanında cinayətkarlığın 6-8 dəfə artmasına gətirib çıxarmışdır. Rusiya MDB ölkələrinin siyahısına liderlik etsə də, ABŞ və Avropa ölkələri ilə müqayisədə orada olan oğurluq çox da böyük deyildir. BMT-nin korrupsiyaya qarşı konvensiyasında qeyd olunur ki, dünyanın korrupsiya büdcəsi 840 milyard yevrodur (1 trilyon dollardan çox). Əslində kapitalizm özü başdan-başa oğurluq deməkdir. Belə ki izafi dəyər yox olmamışdır- bu gün onun haqqında danışmamağa cəhd edirlər. İşçi qüvvəsi dilənçi vəziyyətinə salınmışdır. İri korporasiyaların rəhbərləri 1980-cı ildə orta səviyyədə olan qulluqçudan 42 dəfə çox pul aldıqları halda, 2000-ci ildə onlar 531 dəfə çox almışlar. Bu günün kapitalisti unitazını qızıldan düzəltdirir.
 Ümumiyyətylə oğurluq kapitalizm cəmiyyətinin iliyinə işləmişdir. Kapitaliz mühitində cinayətkarları filmlərdə, kitablarda qəhrəman kimi təqdim etmək qəbul olunmuş əxlaq normasıdır. Oğurluqla pul qazananlar cəmiyyətdə hörmətli adam kimi qəbul olunurlar. Əxlaq normalarını da onlar yazırlar, hətta onların ölümü də qeyri-adi qəbul olunur: olduqca təmtəraqlı dəfn mərasimi təşkil olunur, sifarişlə onların adına poema yazılır, filmlər çəkilir, onların heykəlləri qoyulur. Adamların şüuruna zorla yeridilir ki, nəyin bahasına olursa-olsun pul qazan- yalnız pul olanda cəmiyyət səni qəbul edir. Bu cür kapitalist əxlaqı bəşəriyyəti hara sürükləyir?
 Xalqın qanını içərək pul qazanan oliqarxları ən hörmətli qonaq kimi tok-şoulara dəvət edirlər, onlar burada camaatın başını qatır, auditoriya isə onlara diqqətlə qulaq asır, onlara dövlər mükafatları təqdim edirlər, televiziyalarda onların xeyriyyə əməllərindən reportajlar verirlər- adamlar etdikləri işlərə görə onlara minnətdarlıqlarını bildirirlər. Heç kim başa düşmək istəmir ki, onlar bizim milyonları oğurlayır və yüz manata bizim yaltaqlığımızı alırlar. Kapitalizm adamların oğurluqla barışdığı cəmiyyətdir- burada yalnız bir tələb hökmranlıq edir: “Oğurlamaq olar, ancaq çalış ilişməyəsən”. Hətta televiziya reklamlarında belə aldatmağa xeyli yer verilir, oğurluq təbliğ olunur. Beyinlərə oğurluq və aldatmaq əxlaqının necə yeridildiyini xalq özü də hiss etmir.

İbrahim Sel                             (Ardı var)

Комментариев нет:

Отправить комментарий