Страницы

31.05.2015

Atoma ehtiyac yoxdur!

Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -17

Aqşin Yenisey: “Televiziyadakı Türkiyə ilə həyatdakı Türkiyə tamam ayrı-ayrı şeylərdir. İstanbul kimi şəhərdə 4-5 gün qaldıq, gəzdik, bir dənə də olsun gözəl qadına rast gəlmədik. Türkiyədə qadınlar hamısı siqaret çəkir, 16 yaşından 60 yaşına kimi hamısı. Bu, onların qadın həyatının olmamasından irəli gəlir. Eqostdirlər deyə qadın həyatı yaşamırlar. Onların eqoizmi ağır eqoizmdir; ucuz və çətin. O qədər cəmiyyət bir-birindən uzaqlaşıb, insanlar bir-birinə potensial düşmən kimi baxırlar. Türkiyəli qadın kişiyə potensial manyak kimi baxır”.
Elxan Zaman: Zarafat bir yana, Rusiyanın gələcəyi müsəlman ölkələri ilə dostluğundan, müsəlman ölkələrinin gələcəyi isə Rusiya ilə dost münasibətlərindən asılı olacaq. Şükür Allaha ki, ruslar bunu anlayırlar, indi müsəlmanların da bunu anlamaları gərəkdir, heyif ki bəziləri anlayır, bəziləri yox.
İlqar Salmanov: Arıqlamaq istəyənlər, Azərbaycan telekanallarına baxmaqla bərabər, azərbaycanlı “siyasətçilər”in “müdrİk” proqnozlarını da oxusunlar.
Anar Məmmədov: Sovet hökuməti camaata ev verdi, təhsil verdi. Amma girdirmə müstəqillik onları evlərini satmağa məcbur etdi və urbanizasiya tərsinə həyata keçdi. Savadsızlarına da vəzifə verdi ki, ölkə gündən günə geriyə addımlasın.
Etibar Zeynalov: Tanıdığım şəxslərdən birinin babası Stalin dönəmində hamamda kisəçi işləyirmiş. Elə o vaxtlarda özünə ev-eşik düzəldib, 7 uşaq atası olub, uşaqlarının ali və natamam ali təhsilə yiyələnməsinə nail olub. Lakin indi o kişinin nəvələri “müstəqillik” dövründə özlərinin evi olmadığı üçün kisəçi kişinin evi üstündə az qala bir-birlərini qırırlar.
Ali Vüsal: Məncə bizim dövlət enən eskalatorda daim yuxarı qalxmağa cəhd göstərir.
Cəmil Şirvanov: Görün sovet respublikası necə bir dövlət idi ki, müharibənin qızğın çağında əsas şəhərlər, o cümlədən paytaxt mühasirədə olduğu zamanda Bakıda troleybus istifadəyə verirdi.
Cəmil Həsənli: Bunlar kənd təsərrüfatı məhsullarını bilə-bilə bazara buraxmırlar. Bazarlar bunların öz qohum-əqrəbasının əlindədir. Kəndçidən su qiymətinə alırlar məhsulları, amma istehlakçıya aldıqlarından 10 dəfə artıq satırlar. Bunlar 3-5 faizlə yox, 300-500 faizlə satırlar. Kənd təsərrüfatını dirçəltməkdən ötrü faizsiz kredit sistemi, subsidiya sistemi olmalıdır. Kənd təsərrüfatının dirçəldilməsi bizim üçün prioritet məsələdir.
Piri Baba: Ayaz Mütəllibovun vaxtinda bağlanmiş ilkin müqaviləyə görə neft gəlirlərinin 78 faizi Azərbaycana, 22 faizi xarici konsorsiuma çatmali idi. Heydər gələndən sonra müqavilə yenidən bağlandi və 18 faiz Azərbaycan, qalani xarici konsorsiuma satasi oldu.
Anar Musayev: Kürdlər öz pintiliyi ilə İranda ad çıxarıblar.
Nizami Məmmədov: Soveti Mirzə Xəzərlərin əlilə dağıdanlar elə bu gün də məlum əməllərindən geri qalmırlar.
Taleh Məmmədov: Bizim kəndimizdə uzun illərdir bir yataqxananı qaçqınlar zəbt ediblər. Bu yaxınlarda eşitdim ki indi o yataqxananın otaqlarını yerli əhaliyə (!) kirayəyə verirlər! 
Sabir Shindani: Vətən hamı üçün, ancaq iki sortdadı. Biz vətəni qorumalı, qaçqın balaları yeyib aradan qaçmalıdı. Başqa ölkələrdə vuruşmayıb cəbhədən qaçan kişiləri petux edirlər, bizdə xüsusi status və evlərlə təmin edirlər.
Rizvan Şıxızadə: Heç olmasa Elçibəyin yerinə Lukaşenko kimi birisi gəlsəydi yenə dərd yarı olardı. Elçibəy özü bir şey deyildi, bizi Rusla, İranla düşmən elədi, sonra da qaçdı Kələkiyə. Bəyənmədiyiniz Qəddafi deyirdi, kişinin evdən ancaq meyidi çıxa bilər, yəni kişi qoyub qaçmaz, necə ki Bəşər Əsəd kişi kimi mübarizə apardı heç bir yerə qaçmadı.
Ceyhun Salahov: Vəhhabilər xəvariclərin, İbn Teymiyyənin ardıcılları olaraq, əl-Qaidə, Nusra, İŞİD və s. kimi terror qruplaşması olaraq və yaxud da Səudiyyə, Qətər kimi dövlət şəklində sionistlərin əlaltıları olaraq günahsız insan qanı tökməyə mükəlləf olublar.
Romer Talışinski: Bu il Azərbaycan guya 37 miliyon ton neft ixrac edib, istədim 50 dollardan hesablayım görüm nə qədər gəlirimiz var, elə bu andaca kalkulyatorun ekranı dondu... Anladım ki özgəsinin pulunu saymaq hec də yaxşı deyil...
İmran Bədəlov: Sovetlərdə keyfiyyətli təhsillə yanaşı, haqq-ədalət, qayda-qanun, insana qayğı, iş yerləri, firavan həyat, sosial rifah... var idi!
Seyran Rəfiyev: Azərbaycanda Talışların həll olunmamış problemləri var. Amma bu problemlərin yaranmasında heç bir xalqın günahı yoxdur. Problemi yaradan bizim Konstitusiyamızın qarşısında sipər çəkən bir qrup insanlardır. Gəlin hamılıqla Konstitusiyamızı xilas edək. Onun xilasından sonra inanın, Talışın da, Turkün də, Ləzginin də və ümumiyyətlə Azərbaycanda yaşayan bütün xalqların problemləri öz həllini tapar.
Elnur Məlikov: Danışanda ifadələrinizə diqqət edin, FB-dəki diskussiyada təhqirdən istifadə etmək özü özünü təhqir etmək deməkdir.
İmran Məhəmmədov: O vaxt Sovet dağıldı, özüylə düzgünlüyü, haqq-ədaləti, apardı. İndi baxırsan qardaş bacısını zorladı, qaynata gəlinini. Hamısı hardan gəldi? Əlbəttə Türkiyədən! İndi bakılılarda və talışlarda mərdlik qalıb, çalışırlar məhv eləsinlər, yenə də Allah bizə səbr versin bu biqeyrətlərə qarşı. Heç əhalisinin 90 faizi şiə olan dövlət 25 nurçunu deputat seçər? Heç sözüm yoxdu.
Oktay Müntəzir: Daim xalqın Şah İsmail Xətai, Babək kimi böyük şəxsiyyətlərinə qarşı aqressiv mövqe sərgiləyən, onları kafirlikdə ittiham edən, xoşuna gəlməyən məzhəb nümayəndələrini şərəfsiz və digər ağır ifadələrlə təhqir edən, əl-Qaidə terror təşkilatını geridə qoyan İŞİD-ə “terror təşkilatı” adının verilməsinə qarşı çıxan və barəsində tənqidi yazılar yazanları özünün internet səhifəsində guya ifşa edib “İran agenti” çıxaran millət vəkili Fazil Mustafa (keçmiş “qəzənfəroğlu” soyadlı vəkil) yenə də qan çanağın qoyub başına. Azərbaycanda fərqli məzhəblərin qardaşlıq və vəhdət halında eyni gündə məscidlərdə bayram namazlarını bərpa etmək bu millət vəkilinə xoş deyil. Açıqca bunu deyə bilməsə də, dolayı yollarla ortaya İran adını atmaqla suları bulandırmağa cəhd edir. Bu millət vəkilinin öz səlahiyyətlərini aşaraq Azərbaycanda dini zəmində qarşıdurmaların yaranması üçün canfəşanlıq etməsi dəfələrlə müşahidə edilmişdir. Özünün hansı məzhəbə xidmət etdiyinə və etiqadını gizli saxlamasına baxmayaraq, çıxışları və yazıları ilə, əslində, qeyri-ənənəvi təriqətlərə mənsub olması inkaredilməz bir faktdır.
Əfləddin Əliyev: Osman Osmanlı imperiyasını yaradandan sonra həmişə bir gözü Təbrizdə olmuşdu, bir dəfə də almışdı, sonra əlindən aldılar geriyə. Burda tarix açmayacağam, amma bir şeyi bilirəm. Ta Atropatenadan bəri biz azərilərin kökünü kəsmək istəyiblər. Baxın bizim sifət quruluşumuza, göz quruluşumuza və gözlərimizin rənginə. Bugünkü türk torpaqlarının çoxusu bizim torpaqlar olub əslində, orda yaşayanlar da azərilərdir, İqdır, Qars beyem onlar türklərdir, onlara Atatürk ad qoydu.
Urfan Qasımov: Putin İslamla dostdur və vahhabiliklə düşməndir. Suriyaya dəstək durdu, İrani vurmag istəyəndə dəstək durdu və indi də yəmənlilərə dəstək olur. Niyə bu bəzi adamları narahat edir, bundadır məsələ.
Hüseyn Möhlət oğlu: Türkiyə sadəcə neftimizə görə qardaş deyir bizə.
Qoşqar Əhmədov: Məktəb vaxtı 6-7-ci siniflərdə oxuyanda bir tarix müəllimimiz var idi, təhsilini fəhləlikdən gedib almışdı (sovet dövründə fəhlələrə gecə oxumağa, diplom sahibi olub işlədiyi zavodun direktorluğuna belə qalxmağa şərait yaradılırdı). Gecə-gündüz deyırdi ki, Sovet hökumətı olmasa idi, Azərbaycanın torpaqlarını 17 sm qızılla örtmək olardı bu 70 il ərzındə. O hər elə deyəndə onu boğmaq istəyirdim, indi o vaxtdan 19-20 il ötüb, görəsən indi nə deyır o? İndi görsəm onu dəqıq boğardım.
Fariz Babayev: Bir tikə çörəyə görə vahhabi oldular.
Ədalət Salahov: Milləti ayıltmaq lazımdır ki, heç bir peyvənd vurdurmaq olmaz. Onlar hamısı gələcək nəslə dərd-bəla gətirəcək məlum olmayan, nəslin psixologiyasını dəyişən, beyinləri manqurtlaşdıran iynələrdir. Hal-hazırda müharibə bu yolla gedir. Atoma ehtiyac yoxdur!
Zabil Madoj: Əgər Rusiya girməsə vahhabilər hər yeri tutarlar.
Emil Məmmədli: Tarix təkrarlanır. Azərbaycan Kəlbəcərin işğalı zamanı Türkiyədən insanların daşınması üçün iki vertolyot istəsə də, Dəmirəl buna razı olmamışdı. Eyni oyun türkmənlərin başına gəldi.
Avrasiya İnteqrasiya Mərkəzi: Yağı düşmənlərimiz Rusiya həmyerlilərimizi qovub çıxarmağa başlayıb, İran da sərhədləri bağlayıb. Rusiyadan camaat çörəkpulu qazanırdı, İranda da ildə 800 min nəfər müalicə olunurdu. İndi dostumuz, qardaşımız Türkiyə 3 milyon azərbaycanlıya çörək verib 800 min nəfərini də müalicə eləyəcəkmi? Məncə eləyəcək. Ayıb söhbətdi ki, qardaş deyilik? Bəyəm ən ağır, ən çətin günlərimizdə bizə bakuş, turbo saqqızı, arvad corabı, cehizlik stəkan satan Türkiyə olmayıb? Yox e, mənim qardaşım, kömək eləyəcək. Arvad corabı baxımından taleyimiz etibarlı əllərdədir.
Həmid Herisçi: Nihilistlərin, ateistlərin maarifçilik adı altında gizləndiyi daha bəsdir.
Tofik Səfərzadə: Bizə bir nazir oğlu, bir məmur oğlu, bir deputat oğlu, bir prokuror oğlu, bir məhkəmə sədri oğlu, bir icra başçısı oğlu, bir polis rəisi oğlu, göstərin ki, cəbhə bölgəsində xidmət etsin.
Elşad Xose: Qaçqınlar indi xod gedir. Yaxşı oğlanlar idiniz, orada axıradək dayanardınız. Mən sənin yerinə gedib torpaq alacam?
Bəşər Əsəd: “Qasırğa zamanı gəmini tərk etməzlər. Mənim vəzifəm həmin gəmini limana qaytarmaqdır”.
Fizuli Şəfiyev: Amerika sübut etdi ki, mənafeyi tələb etdiyi yerdə iddia etdiyi demokratiyanın üstünə tanklar da yeridə, hərbi çevrilişə əl ata da bilər.
Zbiqnev Bjezinski: “ABŞ-ın Kiçik Asiyada sadiq həmkarı var- kürdlər. Gülməli pul məbləğində onlar yaşadığı hər bir ölkədə çevriliş edərlər. Onların hesabına Türkiyə, İran və İraq bizimlə tükdən asılmış kimidir”.
Əli Məmmədzadə: Maksim Şevçenko mənim ən sevimli jurnalistimdir. Onun mərdliyinə heyranam. Maksim nəinki Qafqazı və bizi, bütün islam dünyasını daim müdafiə edir. Bunda olan qeyrət heç bəzi deputatlarda yoxdur.
İbrahim İmanlı:  Heç kim Stalinin belə populyarlaşmasını gözləmirdi. Xüsusən liberallar. 20 illik əziyyətləri (yalanları) hədər getdi. Çünki onu sevməyənlər ilk növbədə həqiqəti bilirdilər. Məsələn, mən atamla (qatı Stalinist) daima mubahisə edirdim. Savadda və siyasətdə məndən qat-qat güclü olduğundan uduzurdum. Başladım özüm oxumağa. Hər yeni həqiqəti bildikcə məni soyuq tər basırdı. İnsan bilmədiyinə düşməndir. Hansı lider ölümündən sonra 1 cüt sapoq, 2 cüt kitel, 2 cüt corab qoydu getdi? Bəs məsələnin mənəvi cəhəti? O çox sadə yaşayıb. Blijni daçasında olmuşam. Bizim kənddəki ev onun yanında saraydır. Onun qurduğu qüdrətli dövləti nə alman, nə də bütün dünya kapitalistləri dağıtdı. Harınlamış məmurlar dağıtdı... Uzun söhbətdi. Oxumaq lazımdır, araşdırmaq lazımdır.

Комментариев нет:

Отправить комментарий