Страницы

31.05.2015

Türkiyə Suriyadakı vahhabi terrorçularını silah-sursatla təmin edir

Türkiyə hökumətinin "Dərman daşıyırdı", "Türkmənlərə yardım aparırdı" dedikləri, silah iddiasını israrla rədd etdikləri TIR-ların görüntüləri üzə çıxıb.
Xatırladaq ki, həmin TIR-ların saxlanılması barədə göstəriş verən prokuror və axtarış aparan jandarma komandiri AKP hökuməti tərəfindən həbs edilib.
FaktXəbər-in məlumatına görə, bu gün Türkiyə mediası 19 yanvar 2014-cü ildə Adanada jandarmaya ötürülən xəbərdən sonra keçirilən əməliyyat nəticəsində saxlanılan Türkiyə Milli İstihbarat Təşkilatına (MİT) aid TIR-ların Suriyaya nə apardığını göstərən görüntüləri yayımlayıb.
MİT-ə aid olduğu deyilən TIR-ların hakimiyyətin israrla təkziblərinə baxmayaraq silah-sursat daşıdığı 3 kamera tərəfindən lentə alınıb.
Jandarm komandirinin və prokuror müavininin nəzarəti altında qapaqları açılan polad çənlərdəki havadan müdafiə raketləri, top mərmisi və ağır pulemyot güllələrinin üstünün antibiotiklərlə dolu olan qutularla örtüldüyü görünür.
Xatırladaq ki, 11 may 2013-cü ildə Reyhanlıda bomba yüklü iki maşının partlaması nəticəsində 52 nəfər ölmüşdü. Bu hadisə Türkiyə tarixinin ən qanlı terror aktı kimi qeydiyyata düşmüşdü. O gündən sonra bomba yüklü maşınların sərhəddən keçə biləcəyi qayğısı ilə gömrüklərdə nəzarət gücləndirilmiş, xəbər ötürülməsi başlanmışdı.
1 yanvar 2014-cü il tarixində Hatay vilayətinin Kırıkhan rayonunda oxşar bir xəbər ötürülməsindən sonra TIR-lar polis tərəfindən dayandırılmış, hakimiyyətin işə qarışmasından sonra axtarış aparılmasının qarşısı alınmışdı. TIR-ların yükü protokola "humanitar yardım materialı" olaraq göstərilmiş, Cümhuriyyət Xalq Partiyasından (CHP) isə yük maşınlarında silah olduğunu iddia edilmiş, MİT və hökumət nəzarətində Suriyaya silah-sursat göndərildiyi deyilmişdi.
Bundan sonra daxili işlər naziri Efkan Ala TIR-larda türkmənlərə gedən yardımlar olduğunu iddia etmiş və jurnalistləri hadisə ilə bağlı təhdid etmişdi.
Bu hadisədən 18 gün sonra bu dəfə 3 yük maşını ötürülən xəbərlə Adana Ceyhan Sirkeci girişlərində jandarma tərəfindən dayandırılmışdı. Maşınları müşayiət edən MİT əməkdaşları, sonradan gələn çevik polis qüvvələri və Adana vilayət Jandarma komandirinin tabeliyindəki 250 nəfərlik jandarma qüvvələri arasında böyük gərginlik baş vermiş, qarşı tərəflər bir-birinə silah tuşlamışdı.
TIR-ların axtarışı üçün icazə verən Adana Respublika prokuroru Əziz Takçı daha sonra məhkəmədə verdiyi ifadədə hadisə yerinə getdikdə MİT əməkdaşları olduqlarını iddia edən bir neçə nəfərin qışqırıb-bağırdığını və söyüş söydüklərini söyləmişdi. Prokuror Takçı baş verənləri belə açıqlamışdı: "Gedib materiallara baxdım. Ağzına qədər avtomatik silah və sursatı mən də gördüm. Hadisə yerinə gələn jandarmaya bunları müsadirə etmələrini, görüntülərini və nömrələrini almalarını dedim. Bu zaman Adana valisi Hüseyn Avni Coş və Polis rəisi təxminən 300-400 nəfərlik xüsusi təyinatlı və çevik polis briqadası ilə hadisə yerinə gəldi. Məsələni həll etmək üçün Adana valisi ilə görüşdük. Mənə bu TIR-ların MİT-ə aid olduğunu, buraxılmaları üçün ölümə qədər hər şeyi edəcəyini, cənab baş nazirin (Ərdoğanın) zəng vuraraq, "Bu barədə qanun çıxaracağıq, prokuror bunları buraxsın" kimi sözlər söylədi. Həmçinin Daxili İşlər naziri də şəxsən zəng vurdu".
Bu xəbərdarlıqlardan sonra TIR-larla bağlı hər hansı bir iş icra olunmadı.
Hadisədən sonra əvvəlcə hökumət nümayəndələri TIR-lardakı ləvazimatların "dövlət sirri" olduğunu söyləmiş, Baş nazir Rəcəb Tayyib Ərdoğan isə ləvazimatların türkmənlərə getdiyini iddia etmiş, ancaq türkmənlər onlara bir şey gəlmədiyini açıqlamışdı.
Əhməd Davudoğlu isə açıqlamasında kimlərinsə MİT-ə "tələ" qurmağa cəhd etdiyini, "Bunun hesabının veriləcəyini" söyləmişdi.
Buna baxmayaraq, AKP-nin Siirt millət vəkili namizədi Yasin Aktay bu yaxınlarda TIR-ların içində silah olduğu iddialarını təsdiqləmiş, "Onlar Azad Suriya Ordusuna gedirdi", -demişdi.
Prokuror müavininin nəzarəti altında polad qapılar açıldıqda altından karton qutular çıxır. Üzərində "Diqqət qırılar" etiketi olan qutulardakı bağlamalarda dərman paketləri olduğu görünür. Çoxu antibiotik olan bu dərmanlar da kameralarla qeydə alınır.
Ancaq əsas sürprizin dərman qutularının altında gizlədildiyi ortaya çıxır.
Qutular çıxarıldıqda altına düzülmüş havadan müdafiə raketləri görünür.
Prokurorluq əməkdaşları polad yeşikləri açıb saymağa başlayır:
3 yük avtomobilində olan 6 konteynerdən ümumilikdə 1000 ədəd 100 mm-lik top mərmisi, 50 min ədəd pulemyot gülləsi, 30 min ədəd ağır pulemyot gülləsi (12.7 mm) və 1000 ədəd havadan müdafiə raketləri çıxır və bunlar qeydiyyata alınır.
Hadisədən sonra hökumətin TIR-larla İŞİD terrorçularına yardım üçün silah və sursat göndərdiyi iddialarını israrla təkzib etdi. Bu məsələnin araşdırılması tələblərini də rədd edərək, qalmaqalın ortaya çıxarılmasını təmin edən dövlət vəzifəliləri haqqında cinayət işi qaldırdı.
Bu çərçivədə Adana Respublika Baş prokuroru Süleyman Bağrıyanık, baş prokuror vəkili Əhməd Karaca, prokurorlar Əziz Takçı və Özcan Şişman ilə keçmiş Adana Vilayət Jandarm komandiri polkovnik Özkan Çokay vəzifədən uzaqlaşdırılaraq "güc yolu ilə Türkiyə Cümhuriyyəti Hökumətini devirmək və ya vəzifələrini yerinə yetirməyə qismən və ya tamamilə maneə törətməyə təşəbbüs" cinayətindən həbs olunublar.
TIR-ları Adanada dayandırmaqla günahlandıran 13 hərbçi barəsində isə ömürlük həbs tələbi ilə cinayət işi açılıb.

http://faktxeber.com/rdoann-suriyaya-gndrdiyi-drman-tir-larndak-milyonluq-silahlar---foto-vdeo_h460471.html

Комментариев нет:

Отправить комментарий