Страницы

04.05.2015

Avrasiya Birliyi nədir?

Avrasiya Birliyi yalnız bir məqsədlə yaradılıb- Avrasiya ölkələrinin iqtisadı inteqrasiyası. Birlik bura daxil olan dövlətlərə heç bir siyasi məhdudiyyət və standart sırımır.
Avrasiya Birliyi də Avropa İttifaqı kimi azad gömrük zonasının yaradılmasını təklif edir. Gəlin Birliyin yaxşı və pis cəhətlərini araşdıraq.
Birliyə hazırda daxil olan ölkələrin istehsal sahələri modernizasiya baxımından cüzi fərqlə Azərbaycandan irəlidədir. Çünki bu ölkələr bütünlüklə postsovet Respublikalarının daxil olduğu qurumdur. Bu isə o deməkdir ki Azərbaycanın öz istehsalı olan məhsullar, Azərbaycanın Birliyə daxil olacağı halda rəqabətə dözümlü olacaq. Beləliklə, Avrasiya Birliyi Azərabaycan sənayesini heç nə ilə hədələmir.
Bundan əlavə, Avropadan fərqli olaraq postvovet Respublikaları yeyinti sənayesində GMO texnologiyasını tətbiq etmir. Məhsullar Avropa ölkələri istehsalı olan yeyinti məhsullarından, əsasən də kənd təsərrüffatı məhsullarından qat-qat keyfiyyətlidir. Heç kimə sirr deyil ki, otlaq-örüş torpaqlarının qıtlığı uçbatından Azərbaycan özünün kənd təsərrüffatı məhsullarına olan tələbatını ödəmək iqtidarında deyil. Elə isə özünüzə sual verin: hansı məhsullar sizi təmin edir- GMO texnologiyasının tətbiqi ilə istehsal olunan, yoxsa ekoloji cəhətdən təhlükəsiz məhsullar?
Əlbəttə ki, rəsmi statistikaya görə 1,5 milyon Azərbaycan vətəndaşının Rusiyada işləməsi və ildə Azərbaycana təqribən 5 milyard dollar vəsait göndərməsi faktı da var. İndi isə təsəvvür edin ki, Avrasiya Birliyi viza rejimi tətbiq edir. Təkcə Rusiyanın miqrasiya qanunlarını azacıq sərtləşdirməsi Azərbaycanda mal-əmtəə dövriyyəsini hiss olunan dərəcədə azaldacaq. Təsəvvür edin ki, viza rejiminin tətbiqi Azərbaycan üçün nə ilə nəticələnə bilər!
Avrasiya Birliyindən danışarkən Azərbaycan üçün önəmli bir suala toxunmamaq olmaz: Dağlıq Qarabağ münaqişəsi. Qeyd etmək lazımdır ki, Avrasiya Birliyi, bura daxil olan dövlətlər arasında sərhədlərin açıq olmasını tələb edir və deməli, Birliyə daxil olmağa artıq razlılıq vermiş olan Ermənistanla Azərbaycan arasında heç bir münaqişədən söhbət gedə bilməz. Bunun üçünsə münaqişənin predmeti olan DQMV problemi təbii ki həll olunmalıdır. Bu məsələ barədə danışarkən DQMV-nin statusu haqda Rusiya rəsmilərinin dəfələrlə işlətdiyi ifadəni xatırlatmaq istəyirəm: "Qarabağ Azərbaycanın əzəli torpağı və ayrılmaz hissəsidir...". 
Hansı səbəbdən bu günədək problem həll olunmamış qalır- bu məhz Azərbaycan tərəfinin syrateji əməkdaş kimi Qərbi seçməsi uçbatındandır. Bəli, bu günədək sağlam məntiqin və siyasi taktikanın əleyhinə olaraq Respublika rəhbərliyi Qərbi strateji partnyor seçərək, Rusiya ilə istənilən əməkdaşlığa getməkdən imtina edir. Əvəzində isə Rusiya tərəfini aramsız günahlandırır, guya reallığı anlamır: Rusiya nəinki regionda, hətta bütün dünyada həlledici gücdür və siyasi məntiq onunla hesablaşmağı tələb edir.
Düşünün: Avrasiya Birliyi bizə nə dərəcədə lazımdırmı?

Sərt Tənqid

Комментариев нет:

Отправить комментарий