Страницы

06.05.2015

Həsən Nəsrullahın bir az öncəki çıxışından


YƏMƏN. Seyyid bildirdi ki, Səudiyyə Yəməndə heç bir qələbə əldə edə bilməyib və edə bilməyəcək də. Yalnız xalqa və Yəmənə zərər vurmaqdadır. Əməliyyatın adını dəyişdilər və guya sərhədli əməliyyatlara başlamış oldular. Əslində isə 40 gündür eyni şey davam edir. Bütün dünya Yəmən xalqına kömək etməlidir. Ona görə yox ki, yəmənlilərin iradələrini sındırıb bu əməliyyat. Yox. Bu bir insani addımdır.
Səudiyyənin bu hücumları Ali Səud rejiminin necə eybəcər olduğunu üzə çıxardır. Amma bu vəhşiliyin qarşısında sakit durmaq əxlaqa və insanlığa ziddir. Yəmən xalqına qarşı edilən zülm sionistlərin Qəzzada və Livanda etdiyi eyni zülmlərdir. Səudiyyə sionistlərin istifadə etdiyi kaset bombalarının eynisini Livanda və Qəzzada istifadə etmişdi. Amma heç bir nəticə əldə edə bilmədi. Yəmənə humanitar yardımın daxil olmasına icazə vermirlər. Olsun. Qəzza indiyə kimi blokadadır. Amma fələstinlilərin əzmini qıra bilməyiblər. Eyni şey Yəməndə də olacaq. Yəmən xalqı zəfər qazanacaq.
İRAQ. İŞİD Mosula müsəllət olandan sonra başda ABŞ olmaqla bir neçə ölkənin koalisiya qurmasının bir oyunun olduğunu söyləmişdik. İndiyə kimi bu koalisiya heç bir bir uğur əldə etməyib. Əvvəldən söyləmişdik ki, məqsədləri İraqı sünni və şiəyə bölməkdir. İraq hökümətinin İŞİD Mosula müsəllət olmamışdan öncə ABŞ-dan silah alınması üçün ödədiyi silahları belə İraq hökümətinə təhvil verməyiblər. Amma bunun əvəzinə İraqdakı qruplaşmalara birbaşa silah yardım etməyi konqresdə qəbul ediblər. Bu onu göstərir ki, məqsəd İraqı bölməkdir. Amma Nəcəf alimləri ilk gündən İraqın bütövlüyü üçün etdiyi çağırışlarda bunun qarşısını almaq istəyirlər. Amma onu söyləyim ki, əgər onların bu planı baş tutarsa, başda Səudiyyə olmaqla ABŞ-a yardım edən ölkələr də bölünəcək.
SURİYA. Suriyada İdlib və Ceyş əs-Suğur süqut etdikdən sonra bəziləri bunun Suriya hökümətinin süqutu olduğunu və İranın nüvə danışıqlarında Suriyanı satdığını bildirdilər. Nə İran Suriyanı satıb, nə də bu Suriya hökumətinin süqutudur. Suriya ordusu necə lazımdırsa ölkəni müdafiə etməkdədir. İdlib və Ceyş əs-Suğurun süqutu adi bir əməliyyat deyil. Bu bəzi ölkələrin xüsusi xidmət orqanlarının otaqlarında hazırlanmış bir əməliyyatdır. Müharibədə zəfər və məğlubiyyətlər olur. Suriya ordusu digər bölgələrdə zəfərlərə imza atmaqdadır. Hizbullah olaraq isə biz heç vaxt Suriyadan çəkilməyəcəyik. Hər nə qədər tələfat verməyimizə baxmayaraq Suriyanın yanında olacağıq. Çünki bizləri Suriyaya müdaxiləmizə görə qınamalara rəğmən gündən-günə düzgün addım atdığımızı aydın görürük. Əgər bunu etməmiş olsa idik bu gün həmin silahlı qruplaşmalar Livana nüfuz etmiş olardılar.
LİVAN. Qələmunda başlamış olduğu əməliyyatlara haqda danışacam. Bu əməliyyatlar İdliblə və ya başqa bir şeylə bağlı deyil. Qələmunda döyüşlər öncədən də var idi. Sadəcə qarlar əridikdən sonra silahlı qruplaşmalar fəallaşmağa başladılar. Hücumlar edib, insanlara əziyyət verdilər. Livan höküməti bunlarla bacarmadığı üçün biz özümüz bu məsələni həll etmək istəyirik. Amma onu deyim ki, bu rəsmi döyüş deyil. Yəni rəsmi müharibəyə hələ başlamamışıq. Bizi Livanda bu əməliyyat barədə konsensusun olmadığı səbəbilə əməliyyata başlamağımıza görə qınayanlar var. Amma biz konsensusu gözləyə bilmərik. Əgər biz konsensusu gözləsək, onlar Livanın bir çox ərazilərini ələ keçirərlər. Biz sionistlərə qarşı müqavimət göstərəndə də konsensus yox idi. Əgər o zaman da cəmiyyətdə konsensusu gözləmiş olsa idik, sionistlər bütün Livanı zəbt edərdilər.

Vilayati Faqih

Комментариев нет:

Отправить комментарий