Страницы

27.05.2015

Elxan Zaman - Günah payımız olmazdı

Zarafat bir yana, Rusiyanın gələcəyi müsəlman ölkələri ilə dostluğundan, müsəlman ölkələrinin gələcəyi isə Rusiya ilə dost münasibətlərindən asılı olacaq. Şükür Allaha ki, ruslar bunu anlayırlar, indi müsəlmanların da bunu anlamaları gərəkdir, heyif ki, bəziləri anlayır, bəziləri yox.
***
Bir dəfə bu barədə yazmışdım bir statusda... Azərbaycan hökumətinin ağlı və ürəyi olsa, Kərkükə xüsusi təyinatlı qoşun hissələri yeridər, oranı tam nəzarətinə götürər, Fizulimizin həmyerlilərini həm İŞİD-dən, həm də kürdlərden qoruyardı. Bu həm siyasi, həm hərbi, həm də iqtisadi baxımdan Azərbaycan üçün çox uğurlu addım olardı. Gələcəkdə Azərbaycanla bu bölgədə hesablaşmalı olduqlarının da mesajını vermiş olardı. Ölkənin bunu etməyə kifayət qədər maliyyə və hərbi potensialı var. Üstəgəl, bu Hizbullah və İraq ordusu ilə eyni cəbhədə olmaq deməkdir ki, gələcəkdə Azərbaycan Hizbullahın yardımına güvənə bilərdi və Hizbullahla strateji dostluğu olan rusların da bu məsələdə loyal mövqe tutmalarına səbəb olardı.
Amerikapətəstlər isə anlasınlar ki, onlar bilərək, yaxud da bilməyərək “Böyük Kürdistan” proyektində nökərçilik edirlər..
***
Məsələn, danışanda deyirik “paltaruvun rəngi”, “maşınuvun markası”. Ancaq yazanda yazırıq “paltarının rəngi”, “maşınının markası”. Belə çıxır ki, danışıq tərzimiz fikrimizi ifadə etməkdə yazı tərzimizdən daha dəqiqdir. Məsələn, “paltarının rəngi nə rəngdir” dedikdə bilinmir ki, söhbət müraciət etdiyin adamın paltarından gedir, yoxsa kiminsə üçüncü şəxsin? Görəsən qrammatikamızı hansı “ağıllılar” bu günə qoyublar?
***
Ay millət, ay xalq, 2 milyona yaxın vətəndaşın banklara borcları var. Sözü qoyun bir yerə verməyin... Neyniyəcəklər? 2 milyonuvuzun hamısını həbs edəcəklər?)) Hər halda, bu gün bu xalqın tam ixtiyarı var ki, Konstitusiya məhkəməsinin qanun pozuntusuna etiraz əlaməti olaraq, banklardan götürdükləri kreditləri ödəməsinlər, vəssəlam... Nə böyük problemdir ki?
***
Bu gün bir nəfər deyir ki, biz kişi millətik, prosto başımızda matişgələr oturub.
***
“İmza etmə” mərasimi göstərdi ki, bu hökumət seçim qarşısında qalsa, son anda qərbi seçəcək. Niyə? Çünki “Böyük Kürdistan” qərb proyektidir, çünki bunların var-yoxları, olan-qalanları əsasən qərbdə, qərb ölkələrində, qərb banklarındadır. Çünki son anda qaçacaqları və şellənəcəkləri yer də qərbdir. Görmürsüz birinin oğlu avropalıya ərə gedir, o birisinin qızı isə ABŞ-dan qız alır?!
***
1992-ci ilin mayın 14-dən 15-ə keçən gecə idi, yaxın dostumla indiki Sahil, o vaxtkı 26-lar bağının yanında olan mitinqə tələsirdik. Səhər Ayazı devirəcəkdik... 26-lar bağına çatanda bizi, bizdən bir 3-4 bayram böyük olan bir polis nəfəri saxladı: “Hara gedirsiz?” “Mitinqə”. Bir az bizimlə söhbət etdi və: “Siz ki, şəhər uşaqlarısınız, bu mitinqə niyə gedirsiz? Sizin yeriniz parlamentin qabağındadır, Hacı Abdulun yanında”. Biz onun bu sözlərinə güldük və: “Qardaş, bizi elə salırsan?” “Allah eləməsin, deməyim odur ki, siz Ayazın tərəfini saxlamalısınız, bunların yox”. “Bunlar kimdilər ki, bəyəm azərbaycanlı deyillər?” “Bunlar hamısı Heydərin tulalarıdır, onu hakimiyyətə gətirmək üçün yığışıblar. O da hakimiyyətə gəlsə bu millətin anasını ağladacaq, mən ölü, siz diri...” Həmin hadisənin üstündən düz 23 il keçib. Rövşən adlı bu polis o vaxtdan heç vaxt rastıma çıxmayıb, ancaq onu görsəydim, əyilib əlindən öpərdim, hər şeyi necə də dəqiq demişdi! Heyf ki, onda ona qulaq asmadıq. Ən azından bu gün bu xalqın qarşısında bu işlərə görə günah payımız olmazdı...

Комментариев нет:

Отправить комментарий