Страницы

27.05.2015

Mirtahir Mürsəlov nə Qarabağ qazisi, nə də 20 yanvar iştirakçısı deyilmiş

Cəlilabadda saxtakarlığı ilə ad çıxarmış Mirşamil Mürsəlov qohum-qardaşına saxta 20 Yanvar əlili vəsiqəsi paylayırmış

Ölkə mediasında Cəlilabad rayonunda polis bölməsinin qarşısında özünü yandıran Mürsəlov Mirtahir Miradil oğlunun Qarabağ qazisi olduğuna dair məlumatlar yayılıb. Ancaq Cəlilabad rayon, Üçtəpə kənd sakini Yarıyev Ramiz Qədir oğlu “AzPolitika.info”ya göndərdiyi məktubda bunu təkzib edib. Onun bildirdiyinə görə, Cəlilabad rayonunda polis bölməsinin qarşısında özünü yandıran Mirtahir Mürsəlov nə Qarabağ qazisi, nə də 20 yanvar iştirakçısıdır:
“Sovet Rusiyasında hərbi xidmətdən ruhi xəstə kimi təxris olunan Mürsəlov Mirtahir Miradil oğlu rayonda” Dəli Tahir ” kimi tanınıb. Mirtahir Mürsəlov Cəlilabad rayon Göytəpə avtovağzalında dispetçir kimi işləyib, taksi və avtobus sürücüərinin qorxulu kabusu olub.
Oradan hansısa nəqliyyat vasitəsi sərnişin götürərdisə Mirtahirin haqqın verməli idi. Haqq verməyənləri ya döyür, gücü çatmasa özünə xəsarət yetirərək, həmin adamı şərləyirdi. İnsanları o qədər şərləyib polis bölməsinə şikayət ediblər ki, artıq polis bölməsi də onun məqsədini bilirdi. Başqaları kimi dəfələrlə məni də şərləyib”.
Məktub müəllifinin iddiasına görə, Mirtahir Mürsəlovu Qarabağ qazisi kimi təqdim edən qardaşı Mirşamil Mürsəlov (saytlarda Mirkamil Mürsəlov kimi təqdim olunur) zamanında qanun boşluğundan istifadə edərək, özünə 20 Yanvar əlilliyi alıb: “Bu barədə uzun müddətdir ki, rayon-respublikada aidiyyatı orqan qalmayıb ki, ora müraciət etməyək”.
Məktub müəllifi yazır ki, özünü yandıran Mirtahir Mürsəlovun xeyli miqdarda spirtli içki qəbul etdikdən sonra Göytəpə polis bölməsinə, öz bacısı oğlundan şikayət etmək üçün getdiyi deyilir: “İçkili olduğu üçün və onu tanıdıqları üçün “sabah gəlib verərsən” deyiblər. O isə ani olaraq benzini üzərinə tökərək özünü yandırmışdır. Bu cür vəziyyətlərin məharətli istifadəçisi Mirşamil Mürsəlov düşünmədən “Qarabağ qazisi rayon rəhbərliyində onu eşitmədikləri üçün intihara əl atıb” xəbərini yayıb.
İctimaiyyəti çaşdiran bu xəbərlə ölkəyə xəyanət edən bu adamın cinayətləri haqqında nə qədər istəsəniz rayondan məlumat ala bilərsiniz. Və ya Mirşamil Mürsəlovun adını google -də axtarsanız, onun haqqında üzəduran kimi də məlumat əldə edə bilərsiniz.
Qeyd: Mirtahir Mürsəlovun ruhi xəstə olduğunu təsdiq edən sənədi əlavə edirəm”.

Комментариев нет:

Отправить комментарий