Страницы

30.05.2015

Hacıbala Abutalıbov Azərbaycanın pullarını vahhabilərə yedizdirir

“Abutalıbov Hacıbala başdan xarab qocalıb ağılını itmiş, səy və sarsaq adamdır”

Bunu Simsar.az-a Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Bakı merinin ittihamlarına cavab verərkən deyib.
Abutalıbov Hacıbalanın birbaşa həbs edilməli olduğunu deyən partiya sədri bildirib ki, Bakı meri Azərbaycanı yeyib-talayıb: “Binaların üzlükləri vurulanda onun gözü kor idimi? Şəxsən o, bizim partiyanın qərargahı yerləşən binanın uzlüyü vurulanda gəlib dayanıb, baxırdı. Məsuliyyəti niyə boynundan atır bu adam? Oğlu vahhabilərə qoşuldu, məsuliyyəti boynundan atdı. Bu gün Azərbaycanı yandırır, özünü xəbərsiz kimi göstərir. Özünü qoyub kloun yerinə. Prezidentin yanında özünü yaxşı oğlan kimi göstərir. Prezident də onun kim olduğunu yaxşı bilir”.
Hafiz Hacıyev daha sonra bunları deyib: “Hacıbala bütün pulları yığır, oğlunun vasitəsi ilə vahhabilərə yedizdirir. Çünki o, ağılsız və sarsaq adamdır. Azərbaycan prezidenti gərək təcili onu həbs etsin. Ona görə ki, bütün qanunsuz tikintilərin pulunu o yeyib. Bu birmənalı şəkildə belədir. Onun Azərbaycan xalqından yediyi pullar milyardlarla hesablanır”. /aztoday.az/

Комментариев нет:

Отправить комментарий