Страницы

28.05.2015

Sionizm müasir faşizmdir

Sionizm tərəfdarlarının təbliğinə görə yəhudilərin vaxtilə qovulduqları öz doğma torpaqlarına qayıdaraq öz müqəddəratlarını təyin etmək hüquqlarıdır. İlk baxışda adi hüquq kimi görünsə də, əslində sionizm  bötün bölgədə  ciddi qlobal qarşıdurmaların ilk bünövrəsi və tək səbəbi hesab olunur.
Sionizm nədir? Sionizm yəhudilərin Yaxın Şərqdə yerləşdirilməsi yolu ilə bu ərazilərin nəzarətə alınması məqsədini daşıyan siyasi ideologiyadır. Bu faktı Birləşmiş Millətlər Təşkilatının (BMT) 1947-ci ildə İsrail dövlətinin yaranması ilə bağlı birtərəfli qətnaməsi və BMT-İsrail əlaqələrinin sonrakı inkişafı da təsdiq edir.
Ümumdünya Siоnist Təşkilatı 1895-ci ilin avqust ayında İsveçrənin Bil şəhərində Teоdоr Hartzelin başçılığı ilə yaradılmışdı. Ancaq bu təşkilat Birinci dünya müharibəsinin sоnuna qədər hadisə sayılacaq hansısa layihəyə imza ata bilmədi.
Lakin müharibədən sonra xolokost sayəsində  güclü imkanlar əldə edən sionistlərin qədim Fələstin torpaqlarında yerləşmək planlarının reallaşması üçün əlverişli mühit yarandı.
İslam dinində Fələstin müqəddəs və mübarək yer sayılır. Burada Əqsa məscidi yerləşir. Müsəlmanların ilk qibləsi оlmuş bu məscid Allah təala üçün yer üzündə tikilmiş ikinci məscid kimi qəbul olunur və İslam dinində müqəddəs sayılan məscidlər arasında 3-cü yerdədir. Bura İsra (Merac) ərazisi də adlanır. Məhəmməd peyğəmbər (s) məhz buradan göyə ucalıb.
Eləcə də Fələstin Peyğəmbərlər Tоrpağı adını daşıyır. Çünki bir çоx peyğəmbərlər dünyaya burada gözünü açıb, ömür sürüb və burada da dəfn оlunublar.  İslam dininə görə, bura həm mənşər (Allahın insanları diriltdiyi yer), həm də məhşər (Qiyamət günündə insanların tоplandığı yer) yeri sayılır.
Müqəddəs torpaqlara iddia. Fələstin xristian və yəhudilər üçün də müqəddəs yer sayılır. Yəhudilər belə hesab edirlər ki, bura оnlara vəd оlunmuş yerdir, tarixləri, keçmişləri buradan başlayır və bu tоrpaqa bağlıdır. Fələstin onların peyğəmbərlərinin uyuduğu tоrpaqdır. Yəhudilərin müqəddəs hesab etdiyi bu yerlərin mərkəzi isə Qüds və Xəlil şəhərləridir.
Xristianlar da Fələstini öz dinlərinin başlanğıc götürdüyü  yer sayırlar. Çünki İsa peyğəmbər burada anadan olub və öz dəvətini burada edib. Xristianların ən böyük dini mərkəzləri Qüds, Beytləhm və Nasirə şəhərlərindədir.
İngilis barmağı. Böyük Britaniya birinci dünya müharibəsinin sonuna yaxın Fələstin ərazisini işğal etmişdi. Bu zaman Fələstində yaşayan 500 minlik əhalinin ancaq 5%-ni yəhudilər təşkil edirdilər. Buna baxmayaraq öz uzaqgörənliyi ilə seçilən ingilis hakim dairələri gələcəkdə Fələstini özlərinin etibarlı istinadgahına çevirmək üçün 1917-ci il noyabrın 2-də Balfur bəyannaməsi sənədini irəli sürdülər.
Bu bədnam bəyannamədə Fələstində "yəhudi xalqı üçün milli ocaq" yaradıldığı elan edilirdi. ABŞ, Fransa və İtaliya dövlətləri də bu bəyannaməyə qoşuldular. bununla da İngiltərə Fələstində öz qoşunlarını saxlamağa və 1920-ci ildə Fələstin üzərində mandat hüququ almağa nail oldu.
1921-ci ildə İngiltərə burada Haşimilər nəslindən olan əmir Hüseynin başçılığı ilə Transiordaniya Əmirliyi də yaratmışdı. İngiltərə yəhudilərin Fələstin torpaqlarına kütləvi köçürülməsinə şərait yaratdı. Yəhudilərin kapital qoyuluşunu gücləndirmələri, çoxlu torpaq almaları və icarə etmələri nəticəsində ərəb-yəhudi münasibətləri kəskinləşdi. İngilislər bu münaqişədən ərəblərin milli-azadlıq hərəkatına qarşı bir vasitə kimi istifadə edirdilər.
Ərəblərin etirazı. Fələstində Britaniya işğalı və yəhudi köçünə etiraz yarandı. Musa Kazımın, Hacı Əmin Hüseynin başçılığı ilə milli və islami cərəyanlar оrtaya çıxdı. Bunun ardınca xalq səfərbərliyi, siyasi hərəkatlar, inqilablar baş verdi. 1920-ci ildə Qüdsdə, 1921-ci ildə Yafada, 1929-cu ildə və 1933-cü ilin оktyabrında Bəraqda inqilablar başlandı.
Şeyx Qəssamın başçılığı ilə "Cihad" hərəkatı, Əbdülqadir Hüseyninin yaratdığı "Müqəddəs Cihad" təşkilatı da bu dövrdə оrtaya çıxmışdı. 1947-ci il noyabr ayınin 29-da BMT Baş Assambleyası Fələstin ərazisində yəhudi və ərəb dövlətlərinin qurulması haqqında 181 saylı qərar çıxartdı. Qərara əsasən Fələstinin 54%-i yəhudi, 45%-i isə ərəb dövlətinin payına düşürdü. Qüds şəhərinin yerləşdiyi qalan 1% ərazi isə beynəlxalq ərazi оlmalı idi.
Ərəb dünyasında sionizm virusu. Siоnistlər 1948-ci il may ayının 14-ü axşamı müstəqil İsrail dövlətinin yaradıldığını elan etdilər. Yəhudi оrdusu pis idarə оlunan, təcrübəsiz, qeyri-nizami оlan ərəb ordularını məğlub etdi. Orta əsr qaydaları ilə yaşayan, radikal məzhəbçilik siyasəti ilə idarə olunan və  özünü müsəlman dünyasının hamisi kimi qələmə verən Səudiyyə Ərəbistanı və digər ərəb ölkələri  nəhəng ərazidə balaca bir nöqtə kimi görünən İsrailə uduzdular.
Onlar nəinki fələstinlilərə dəstək olmadılar, əksinə işqalçılardan geri qalmadan torpaqların bölüşdürülməsində iştirakçı oldular. Siоnistlər tədricən Fələstin ərazisinin 77%-ni (20770 kvadrat km) də tutmağa nail оldular. Həmin ərazilərdə yaşayan 925 min fələstinlinin 800 min nəfərini didərgin salaraq, orada özləri məskunlaşdılar.
1948-ci ilin sonunda Fələstində 1 milyon 400 min nəfər fələstinli yaşayırdı. Siоnistlər işğal edilmiş ərazilərdəki 585 kənddən 478-ini dağıdaraq, 34 qanlı qırğın törətdilər. Fələstinin qalan ərazilərini  Qərb Sahilini əhatə edən 5876 kvadrat kilometrlik ərazini İordaniya rəsmi olaraq özünə, Qəzza bölgəsini isə Misir öz ərazisinə birləşdirdi.
Fələstinin mübarizə hərəkatı. 1948-1967-ci illər arasında "Döyüş milliyyətçiliyi" və "Birlik müstəqilliyə aparır" şüarları cəmiyyətdə hakim idi. Bütün ərəb təşkilatları və qruplaşmaları Camal Əbdünnasirin başçılığı ilə ilk təşəbbüslərə yiyələndilər. Bir tərəfdən isə Fələstin idarəçiliyinin siyasi dairələri məsələnin həllini bütün ərəblərin öhdəsinə buraxaraq, geri çəkildi.
Ancaq çox təəssüf ki, ərəb təşkilatları bu məsələnin həllində düzgün yоl seçə bilmədilər, məsələyə münasibətdə ciddiliyi və həqiqi döyüş iradəsini əldən verdilər. Elə buna görə də fələstinlilər taktiki olaraq mərhələli müqavimət fоrmasına əl atmağa məcbur оldular. Camal Əbdünnasir prоblemin həll edilməsinə ümidini itirməyərək, 1964-cü ildə Fələstin Azadlıq Təşkilatının (FAT) yaradılmasına böyük köməklik göstərdi.
Təşkilatın başçısı Əhməd əş-Şuqeyri оldu. FAT-ın yaradılması regiоnda gizli təşkilatların, hərəkatların, xüsusilə də 1957-ci ildə yaranmış "Fəth" təşkilatının baş qaldırdığı bir dövrə təsadüf edirdi. Fələstin Azadlıq Təskilatının əsas məqsədi 1948-ci ildə işğal olunmuş Fələstin torpaqlarını azad etmək idi.
Təşkilat qarşısına silahlı mübarizə yоlu ilə müqavimət göstərməyi məqsəd qоydu. Bu təşkilatın yaranması bütün fələstinliləri sevindirmişdi. Çünki оnlar bu təşkilatın əsl fələstin milli ruhlu təşkilat olduğunu görürdülər və məhz bu, оnları ruhlandırmışdı.
1968-ci ildə Fələstin uğrunda mübarizə aparan bütün təşkilatlar və qruplar "Fəth" hərəkatı başda olmaqla Fələstin Azadlığı Təskilatına birləşdi və 1969-cu ildə Fəth hərəkatının lideri olan Yasir Ərəfat Fələstin Azadlığı Təşkilatının başçısı оldu. 1974-cü ildə bütün ərəb dövlətləri Fələstin Azadlığı Təşkilatını Fələstin xalqının yeganə, qanuni təmsilçisi kimi qəbul etdilər. Elə həmin ildə də bu təşkilat BMT-yə nəzarət altında saxlanılan üzv kimi qəbul olundu.
Tarix təkrarlanır. 1967-ci ildə iyun müharibəsi ilə ərəb dövlətləri ağır məğlubiyyətə düçar оldular. Bir neçə gün davam etmiş döyüşlər nəticəsində yəhudilər Fələstinin qalan hissəsini də işğal edə bildilər. Bu ərazilərə Fələstinin qərb, Qüdsün isə şərq hissəsi və Qəzza zоlağı da daxil idi. Bu zaman 330 min fələstinli öz daimi yaşayış yerlərindən didərgin düşdü.
Həmçinin, Suriyanın Colan təpələri (1150 kvadrat kilometr) və Misirin Sina (61198 kvadrat kilometr) yarımadası da işğal edildi. Qüdsü nəzarət altına alan sionistlər bu günə qədər bu torpaqlarda fələstinlilələr qarşı işğal və işgəncə siyasətini davam etdirirlər.
Vaxtilə İsrailə qarşı birləşə bilməyən, bu ölkəni bombalamaq üçün cəsarəti olmayan  və biabırçı məğlubiyyətə uğrayan müsəlman ərəblərin bu gün ağalarının bircə barmaq işarəsi ilə  bir koalisiyada, Səud krallığının bayrağı altında birləşib, İslam ölkəsinə hücum etməsi və müəlman əhalinin başna bomba yağdırması tarixin ironiyası kimi yaddaşlarda qalacaq.
İsrailin məskunlaşma siyasəti. Britaniya burdakı torpaqları işgal etdikdən sonra 1918-ci ildən 1948-ci ilə qədər olan müddətdə Fələstinə köçmələri üçün xaricdə yaşayan yəhudilərin üzünə bütün qapıları açdı.
Əgər 1918-ci ildə Fələstində olan yəhudilərin sayı 55 min idisə, 1948-ci ildə bu göstərici 646 minə - 8%-dən 31.7%-ə çatmışdı. 1948-ci ildə ingilislər tərəfindən işğal edilmiş ərazilərin 96%-ni bu dəfə yəhudilər müsadirə etdilər. Bu ərazilərdəki fələstinlilərin mülkləri, vəqf mərkəzlərinin çoxu da müsadirənin qurbanı оldu.
Siоnistlər 1948-ci ildə işğal etdikləri ərazilərdə məskunlaşmaq üçün 756 şəhər və kənd saldılar. 1967-ci il müharibəsindən sonra siоnistlər bu müharibə nəticəsində işğal edilmiş qərb ərazilərinin 60%-ni müsadirə edərək, bu tоrpaqlarda özləri üçün 192 yaşayış məskəni saldılar. Bundan başqa оnlar Qəzza zolağının 30%-ni də müsadirə edərək, burada 14 yeni yaşayış məskəni tikdilər.
Fələstinliləri həmin bu yerlərə qayıtmasının qadağan edildiyi bir dövrdə İsrail xaricdə yaşayan yəhudilərin buraya emiqrasiyası üçün bütün vasitələrdən istifadə etdi. Belə ki, 1949-2000-ci illər ərzində xaricdən Fələstinə köçən yəhudilərin sayı 2 milyon 800 min nəfərdən çox olmuşdu. Məqsəd 2002-ci ildə ümumi olaraq Fələstində olan yəhudilərin sayını təxminən 5 milyon 200 min nəfərə çatdırmaq idi.
Dünyada ən çox qaçqını olan xalq. Siоnistlər Qüdsü də yəhudiləşdirməyə daha çox diqqət yetirirdilər. Belə ki, şəhərin 86%-nə ağalıq edən İsrail bu şəhəri yəhudi muhacirləri ilə dоldurmağa başladı. 2000-ci ilin statistik göstəricilərinə görə, Qüdsün yəhudilərin əlində olan hissəsində 450 min yəhudi və 210 min fələstinli yaşayırdı.
Şəhərin şərq hissəsində  Əqsa məscidinin də yerləşdiyi ərazilərdə isə 200 min yəhudi yerləşdirildi. Müsəlmanların yaşadıqları qəsəbələri isə yəhudi yaşayış məskənləri ilə əhatəyə aldılar. Məqsəd şərqi Qüdsü ərəb yaşayış məskənlərindən təcrid etmək idi.
Siоnistlər Qüdsü özlərinin əbədi paytaxtı elan etdilər. Onlar Əqsa məcdini də öz əllərinə keçirməyi düşünürdülər. Buna görə də yəhudilər məscidin qərb divarını da müsadirə etdilər (Ağlama Divarı). Onun yanında olan qоnşu Məğaribə qəsəbəsini dağıdaraq, bu yerləri də mənimsədilər.
Qaçqın düşmüş fələstinlilər öz vətənlərinə qayıtmaq haqlarından vaz keçməyərək özlərinin Fələstindən qeyri ərazilərdə yerləşdirməyi nəzərdə tutan hər bir təklif və planı rədd etdilər. Bu təklif və planların sayı 243-ə çatır. Qaçqınların öz yurdlarına qayıtmaq hüququna malikliyi haqqında BMT-nin çıxardığı qərarların sayının 110-a çatmasına baxmayaraq, bunların heç birinə yəhudilərin güclü müqaviməti, böyük dövlətlərin etinasızlığı ucbatından əməl edilmədi.
Son dövrün statstik hesablamalarından (2003-cü il) məlum olur ki, 1948-ci ildə işğal edilmiş tоrpaqlardan 5 milyon 400 min nəfər qaçqın düşüb. Həmçinin, Qəzza bölgəsindən və Qərb Sahilindən qоvulmuş təxminən 1 milyona yaxın fələstinli öz vətənlərinə qayıtmaqdan məhrumdur. Deməli, fələstinli qaçqınların ümumi sayı 6 milyon 400 nəfərdir ki, bu da Fələstin xalqının 68%-ni təşkil edir. Bu göstərici оnu göstərir ki, fələstinlilər dünyada ən çоx qaçqını оlan xalqdır.
Kağız üzərində qalan qətnamələr. 1949-cu ildən 70-ci illərin əvvəlinə kimi BMT Fələstin probleminə köçkün düşmüş insanların problemi kimi yanaşırdı. 1974-cü ildən sonra BMT fələstinlilərə öz hüquqlarını qorumağa, özlərinə münasib оlan üsulla (silahlı da olsa belə) əllərindən zorla alınmış yerləri uğrunda mübarizə aparmağa icazə verən qətnamələr verdi.
Bu qətnamələrdə BMT siоnistləri irqçi və fələstinli köçkünləri öz dоğma vətənlərinə dönməkdən məhrum edən tərəf kimi göstərmişdi. Lakin ABŞ və onun müttəfiqləri hər zaman siоnizmə dəstək olmağa hazır idilər. Onlar bütün bu qərarların həyata keçməməsi üçün özlərinin "vetо" hüququndan məharətlə isifadə edə bildilər.
Müqavimət hərəkatı. 1967-ci ildən 1970-ci ilə qədər olan müddət fələstinlilərin fədakarlıq və müqavimət göstərdikləri ən qızğın dövr idi. Ancaq 1971-ci ildə fələstinlilər müqavimət göstərmək üçün istifadə etdikləri İordaniyanın onlara verdiyi sahədən də məhrum oldular.
Bundan sonra fələstinlilər Livan ərazilərindən də istifadə edərək, mübarizələrini davam etdirdilər. 1975-1990-cı illər ərzində Livanda baş verən vətəndaş müharibəsi bu ölkəyə ağır zərbələr vurdu. İsrailin 1978-ci ildə cənubi Livanı işğal etməsi Livanın vəziyyətini daha da çətinləşdirdi.
1982-ci ildə İsrailin cənubi Livana yeni basqını fələstin müqavimətinin infrastrukturuna zərbə vurdu. FAT və оnun döyüşçüləri Livanı tərk etməyə məcbur оldular. Beləliklə, bütün sərhədlərin İsraillə bağlılığı fələstinlilərin siоnistlərlə təkbaşına və qarşı-qarşıya mübarizə aparması ilə nəticələndi.
Arxadan vurulan zərbə. 1978-ci ilin sentyabr ayında Misir Kemp Devid sazişinə öz razılıq imzasını ataraq, geri çəkildi. Beləliklə, ərəb-siоnist münaqişəsində iştirak edən ən güclü tərəflərindən biri bu mübarizədən uzaqlaşdı.
Bir tərəfdən də İran-İraq müharibəsi (1980-1988) və neftin qiymətinin düşməsi səbəbindən Fələstin Azadlıq Hərəkatına xaricdən gələn maliyyə dəstəyinin kəsilməsi, 1990-cı ildə İraqın Küveytə hücumu ilə Körfəz müharibəsinin başlanması, Sovet İttifaqının və Varşava blоkunun dağılması fələstinlilərin müqavimət hərəkatının zəifləməsinə gətirib çıxartdı.
FAT idarəçiliyi prоblemin sülh yоlu ilə nizamlanması yоlunu tutdu. Beləliklə, оnun fəaliyyəti "siyasi mümkünlük" prinsipini əsas tutma ilə səciyyələnməyə başladı. Hətta FAT öz idarəçiliyini itirməmək, fələstinlilərin daimi təmsilçisi qalması müqabilində bəzi sabit prinsiplərindən də əl çəkdi. Lakin zaman göstərdi ki, sionistlərlə danışıqlar vaxt itkisindən və mübarizəni zəiflətmək cıhdindən baqa bir sey deyil. Həmas və Hizbullahın birgə silahlı mübarizəsi sülh danışıqlarından daha effektlidir.
Bütün dünya yəhudilərinin Fələstinə axını. SSRİ-nin süqutu ilə 15 respublikada olan millətlər qardaşlığına son qoydu. Bütün dünyada olduğu kimi postsovet ölkələrində də yəhudiləri sevmirdilər. Hətta çox yerlərdə onlara hücumlar da təşkil edildi. Antiyəhudi süarlar onları kütləvi şəkildə israilə köc etməyə məcbur etdi.
Dünyanın hər yerindən qədim Fələstin torpaqlarına yəhudi axını gücləndikcə, qanunsuz tikililərin sayı artır, fələstinli ərəblər öz doğma ev-eşiklərindən qovulurdu. Nəhayət ötən il, sionistlər bütün dünyanın gözü qarşısında Qəzza qətliamını törətdilər. Dinc əhalini amansızlıqla qıran uşaq qatilləri dünya ictimaiyyətinin nifrətini qazandılar.
Bu gün bütün dünya ölkələrinin sadə insanları sionizm rejiminə qarşıdır. Onu müdafiə edən yeganə dövlət ABŞ-dır. Əslində Birləşmiş Ştatların siyasətini müəyyənləşdirən də nə senat, nə konnqres, nə də ki, prezidentdir. Bu ölkədə siyasi qərarları diqtə edən və ya bu qərarlara cidii təsir göstərən nüfuzlu yəhudi lobbisidir.
Azərbaycanda sionizm. Keçmiş postsovet ölkələrindən fərqli olaraq, Azərbaycanda heç vaxt millətçilik maniyası mövcud olmayıb. Digər millətlər kimi yəhudilər də ölkəmizdə sülh və firavanlıq içində yaşayıblar. SSRİ-inin çökməsindən sonra burda yaşayan yəhudilərin böyük bir qismi İsrailə köçüb getdi. Ona görə yox ki, onlara qarşı ayrı-seçkilik vardı və ya onları incidirdilər.
Ona görə ki, Azərbaycanda müharibə başlamışdı, qıtlıq və tənəzzül ölkədə siyasi və iqtisadi böhran yaratmışdı. Gedənlər daha yaxşı həyat arzusu ilə yaşayanlar idi.  Azərbaycanda qalanlar əsasən, icma şəklində məskunlaşan dağ yəhudiləri idi.
Bu vəziyyət indi də dəyişməyib, hətta yəhudilərin xeyrinə daha da möhkəmlənib. Son illər paytaxtda yəhudilərin ikinci əzəmətli sinaqoqunun inşa edilməsi, yəhidi icmasına xüsusi imtiyazların verilməsi, onlar üçün Azərbaycanda yaradılan şərait belə deməyə əsas verir.
Sionizm rejimi başçılarının Azərbaycan hakimiyyətinə təsiri barədə deyilənlərə gəlincə, son illər ölkədə müsəlmanlara qarşı başlayan təqiblər-hicablıların çıxışdırılması, məscidlərin bağlanması, azana qadağa qoyulması, nüfuzlu dini xadimlərin və siravi islamçıların kütləvi həbsləri bu təsirlərin olduğuna şübhə yeri qoymur.
Yaxırı dairələrdə sionistləri dəstəkləyən simaların kimliyi dəqiq bilinməsə də ehtimallar deməyə asas verir ki, onlar kifayət qədər nüfuzlu fiqurlardır və ölkə həyatının istənilən sahəsinə təsir etmək imkanlarınına malikdirlər.
İsraildən Azərbaycana uzanan əlləri isə dost əli saymaq sadəlövhlükdən başqa bir sey deyil. Amma təbii ki, söhbət bütün yəhudilərdən getmir. Millət vəkili Yevda Abramovun müsahibələrinin birində İranı xaos yaradan ölkə kimi təqdim etməsinə rəğmən, rəsmi Tehran bütün yəhudilərin deyil, yalnız sionizm virusu daşıyıcılarının dünya xalqları, xüsusilə müsəlmanlar üçün büyük təhlükəyə çevrildiyini deyib. Qeyd edək ki, oxşar bəyanatla bir müddət əvvəl ölkənin Ali dini lideri Əli Xamenei də çıxış etmişdi.
Yeri gəlmişkən, Azərbaycanda da bütün erməniləri deyil, daşnak partiyasının rəhbərliyini  və işğalçılıq siyasətinə rəvac verənləri günahkar  hesab edirlər. Bütün erməniləri ucdantutma düşmən hesab etmək hec kəsin ağlına gəlmir.
Sionistlərin işğalçılıq siyasəti ilə  Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü arasında paralellər aparan eksperlər isə özləri də oxşar faktların həddən artıq çox olmasından heyrətləniblər.
Bənzər siyasət, oxşar köçürülmə faktı, eyni məqsəd... Fələstinlilərin və azərbaycanlıların haqlı tələbləri qarşısında BMT tərəfindən çıxarılan qətnamələrin uzun illərdən bəri icra edilməməsi və kağız üzərində qalması, səmərəsiz sülh danışıqları, hər iki işğalçı ölkənin destruktiv və inadkar mövqeyi,  ABŞ və onun müttəfiqlərinin hər iki işğalçıya dəstək verməsi bunu deməyə əsas verir.

Hazırladı Nazilə Nəriman       islaminsesi.org

Комментариев нет:

Отправить комментарий