Страницы

28.05.2015

HEYDƏR ƏLİ ŞİRVANİ ĞƏRƏVİ

İslamın görkəmli, savadlı alimlərini yada salmağın və onların hədəflərini gələcək nəsillərə tanıtdırmağın müasir dövrdə yaşayan insanlara çoxlu faydası olacağına ümidvarıq. Belə alimlər dünyasını dəyişsə də, heç vaxt unudulmur. Onların qoyub getdiyi elm xalqındır.

 VIII hicri əsrinin axırlarında yaşamış Mərhum Mövla Heydər Əli Şirvani Ğərəvi zəmanəsinin dəyərli din xadimlərindən biri olub. Onun atası Mirzə Məhəmməd Həsən oğlu Müdəqqiq Şirvani böyük alim və fəqihlərdən biri, anası isə birinci Şeyx Məhəmməd Təqi Məclisinin qızı və tanınmış din alimələrindən biri olub. Mərhum Şirvani zəmanəsinin görkəmli alimlərindən çoxlu elmləri mənimsəyərək yüksək elmi məqama çatır. Təhsilini tamamladıqdan sonra dini təhsil alan tələbələrə dərs verməyə başlayır. Cavanlıq çağlarında Əllamə Məclisinin qızı (anasının daysı qızı ilə) ilə evlənib ailə həyatı qurur.

 Mərhum Şirvani sünnü alimləri ilə çoxlu elmi bəhslər apararaq həmişə düzgün yolu tapmaqda onlara kömək etməyə çalışardı. Bu barədə çoxlu kitablarda yazmışdır.
 Özündən sonra çoxlu nəfis elmi əsərlər yazaraq yadigar qoymuşdur. Onlardan bəzilərini qeyd edirik:
1.“Əl-İslamu vəl-İman”;
2.“Əl-Ayatun-nazilətu fi zəmmil-cairin”;
3.“Əsalətul-bəraət”;
4.“Haşiyətun ələl-Kifayə”;
5.“Əl-Höccətu vəl-İmamət”;
6.“Ricali Heydər Əli Şirvani”;
7.“Təkfiru ğeyri-imamiyy”;
8.“Müxtəsərul-Mistah”;
9.“Məqtəlul-Hüseyn” (əleyhis-salam);
10.“Kəşkus-Səlat”;
11.“Əl-Mənaqibul-Təhririyyə”;
12.“Rizsə fi küfril-münafiqin”.
 Dəyərli alim 1767-ci ilə qədər həyatda olub. Amma vəfat tarixi dəqiq məlum deyil.

Mənbə: Faiq Vəli oğlu

Комментариев нет:

Отправить комментарий