Страницы

02.05.2015

İsmixan Kazımov - SƏNİN

Nahaq bu sevdaya düşmüsən, oğlan,
Sevmirəm, qəlbimdə yerin yox sənin.
Bir ümid qəlbimi çalıb oynadan
Görmürəm, könlümdə yerin yox sənin.

Sürünmə ardımca, gəlmə ardımca,
Qurtar bu sevdanı, çıxar başından.
Şöləyə vurulmuş bir pərvanəsən,
Olmaz nə istisi, nə odu sənin.

Xəyal şirin olur, həqiqət acı,
Yuxuda görürsən başında tacı.
İstərdim olmasın sözlərim acı,
Ayıl bu yuxudan, tac olmaz sənin.


İsmixan, bu eşqin dad-acısından
Saralıb solarsan dad-acısından.
Çıxmasa bu sevda əgər başından
Yanarsan, külündən qor olmaz sənin.

Комментариев нет:

Отправить комментарий