Страницы

01.05.2015

Kommunistlər 1 MAY bayramını qeyd edib


Azərbaycan Kommunist Partiyası Bakının Nizami rayonundakı Azad Fəhlə Heykəli önündə 1 May - zəhmətkeşlərin beynəlxalq həmrəylik gününə həsr olunmuş bayram tədbiri keçirib. Sov.İKP MK-nın katibi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Telman Nurullayev təbdiri açaraq 1 May bayramının tarixi əhəmiyyətindən danışıb.

Partiyanın mətbuat xidmətindn tvpress.az-a verilən məlumata görə KP MK-nın katibi Ədalət Abdinov tədbir iştirakçıları qarşısında geniş çıxış edib. O, deyib: " Azərbaycanda Bir may ilk dəfə Bakıda 1900-cı ildə Balaxanı-Sabunçu rayonunda Stepan Razin dağının әtәyindә sosial-demokrat dәrnәklәri nümayәndәlәrinin yığıncağında gizli keçirilib. 1901-ci ildə polis təqiblərinə baxmayaraq, Balaxanı-Sabunçu fәһlələri Bir mayı әllәrindә qızıl bayraqlar inqilabi maһnılar oxumaqla qeyd etdilәr. 1902-ci il Bir may günündә Bakıda 5 minә qәdәr fәһlә “Rәdd ol¬sun mütlәqiyyәt!”, “Yaşasın azadlıq”, “Səkkiz saatlıq iş günü” şüarları ilә küçәlәrә çıxdı. 1903-cü ildə Bakı¬da keçirilәn Bir may nümayişini “İskra” qәzeti “gözlәnildiyindәn çox yüksәk” bir tәdbir adlandırdı. Həmin gün nümayişçilәrlә polis arasında qanlı toqquşma oldu. 1905-ci ildә Bir may gününü Bakı proletariatı ilə yanaşı Yelizavetpol (indiki Gəncə) fəһlәlәri dә geniş qeyd etdilәr. Sonralar Bir may Azәrbaycanın digәr qәzalarında da qeyd edilmәyә başladı. Bakı fәһlәlәrinin “Rәdd olsun ingilis işğalçıları!”, “Yaşasın Azәrbaycanda Sovet һakimiyyәti!”, “Yaşasın Sovet Rusiyası!” şuarları altında keçәn 1919-cu il Bir may nümayişindә 50 minә qәdәr nümayişçi iştirak etdi".
Azərbaycanda Sovet һakimiyyәtinin qәlәbәsindәn sonra ölkәmizin hər yerindә olduğu kimi respublikamızda da Bir may günü ümumxalq bayramı kimi qeyd edilirdi. - Ədalət Abdiniv dedi - Yəni 1920-ci ildən başlayaraq, 1 may Azərbaycanda da rəsmi bayram günü kimi qeyd olunub. Yeri gəlmişkən, hələ 1919-cu ildə əməkçilərin 1 May bayramı qeyd ediləndə Rəsulzadənin rəhbərliyi ilə ADR hökuməti bu bayramda fəal iştirak edib".
Tədbirdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Əmrulla Şirvanov, Azərbaycan KP Lənkəran Komitəsinin birinci katibi Rza Cəfərov çıxış etdi.
Toplantıda Azərbaycanın müasir kommunist hərəkatında fəallıq göstərən partiya üzvlərinə orden və medallar təqdim edildi.
Bayram tədbiri Dənizkənarı Milli Parkda gəzinti ilə davam etdirildi. /news.tvpress.az/

Комментариев нет:

Отправить комментарий