Страницы

28.05.2015

Me'yari-iman Əlidir

Azər Bandoj

Kim ki, möminsə ona dəhrdə sultan Əlidir.
Qəlbi aram olanın, qəlbinə mehman Əlidir.

Dövr edir cümlə-cahan, baş əyərək Allahə,
Şövqlə iqrar eləyir, qibleyi-dövran Əlidir.

Kəlam acizdi ki, vəsf eyliyə mövla Əlini,
Hər kəlam sahibinə məntiqü-burhan Əlidir.

Rəsuli-Əkrəmi mə'bus elədi Həzrəti-Həqq,
İlkin imanini iqrar edən insan, Əlidir.

Qədiri-Xum deyilən yerdə,vida-həccində,
Dedi Peyğəmbərimiz, me'yari-iman Əlidir.


Əli iman,Əli irfan,Əli ümman,Əlidir şah,
Ki dərk eyləginən, natiqi-Quran Əlidir.

Seyr edib aləmi, me'rac gecəsi Peyğəmbər,
Dedi, mən cani Əliyəm, mənə də can Əlidir.

Kim gəda, ya da ki şah olsa hüzurunda onun,
Xar edib nəfsini söylər şəhi-mərdan Əlidir.

Nütfəsi haram olandan, Əliyə yar olmaz,
Çün halalzadələrə, ən təmiz ünvan Əlidir.

İftixar eylə ki, Bandoj sənə mövladır Əli,
Ona mürşid olana, cənnəti-rizvan Əlidir.

Комментариев нет:

Отправить комментарий